Microsoft Azərbaycan şirkətinin 2010-cu ili

Press-reliz: Microsoft korporasiyası cari ili müvəffəqiyyətlə başa vurur və gələcəyə nikbinliklə baxır. Şirkətdən verilən xəbərə görə, 2010-cu ildə Microsoft Azərbaycanda yeni Windows 7 əməliyyat sistemini təqdim etdi. Qeyd etmək lazımdır ki, elə həmin il Azərbaycanda Windows 7-nin Azərbaycan dilli versiyası da təqdim edildi. Windows 7-nin lokallaşdırılması nəticəsində Microsoft məhsullarında istifadə olunan əmr və sözlərdən ibarət Azərbaycan lüğəti (Glossary) yaradılmış, interfeys Azərbaycan dilinə lokallaşdırılmışdır (Language Interface Pack).

2010-cu ildə Microsoft Azərbaycan şirkəti Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və HP şirkətilə birlikdə yerli tərəfdaşların – Bestcomp və ULTRA – dəstəyilə əhalinin müxtəlif təbəqələrinin yüksək keyfiyyətli kompüter və lisenziyalı proqramlarla təmin olunmasına istiqamətlənən “Xalq Kompüteri” layihəsinin yeni mərhələsini başladılar. Yeni mərhələdə güzəştli şərtlərlə kompüter almaq imkanından məktəb müəllimlərindən başqa tələbə, şagird və ali məktəb müəllimləri də bəhrələnə biləcəklər.

Bu il Microsoft Azərbaycan hökumət və biznes üçün nəzərdə tutulan yüksək texnoloji həllərin tətbiqini də fəal şəkildə davam etdirdi. Microsoft həlləri hökumət, telekommunikasiya, bankçılıq, təhsil və s. kimi sahələrdə tətbiq olunmuşdur.

Microsoft Azərbaycan şirkətində ölkədə piratçılıq səviyyəsinin aşağı düşməsini müsbət hal kimi dəyərləndirirlər. Kamran İmanovun rəhbərlik etdiyi Müəllif Hüquqları Agentliyinin fəaliyyəti sayəsində bu müsbət tendensiya Azərbaycanın əqli mülkiyyətin qorunması sahəsindəki dünya imicini yaxşılaşdırmağa yardım edir.

2010-cu ildə Microsoft Azərbaycanın təhsil sistemi çərçivəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsindəki fəaliyyətini davam etdirdi. Microsoft Azərbaycan şirkəti 2008-2012-ci illərdə Təhsil Sisteminin İnformasiyaıaşdırılması üzrə Dövlət Proqramının reallaşdırılmasında Təhsil Nazirliyinin fəal tərəfdaşlarından biridir. Microsoft Azərbaycan və ölkənin Təhsil Nazirliyinin tərəfdaşlığı bir neçə istiqamətlərdə inkişaf edir: orta təhsildə innovasiyaların tətbiqi, təhsil prosesində İT-alətlərin istifadəsi üçün müəllimlərin peşəkar imkanlarının genişləndirilməsi və İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsi.

Bundan əlavə, Microsoft korporasiyası Təhsil Nazirliyinə güzəştli şərtlərlə lisenziyalı proqram təminatını təqdim etdi ki, bu da Azərbaycanın bütün məktəblərini leqal proqram təminatlarının ən son versiyalarılə təmin etməyə imkan verdi.

Məhsuldar əməkdaşlıq çərçivəsində Microsoft şirkəti Azərbaycanda yerli innovativ müəllimlər müsabiqəsini keçirir. Sözügedən müsabiqənin qalibləri ölkəni Avropa və dünya forumlarında təmsil edirlər. Bu il Azərbaycan müəlliməsi İlhamə Əkbərova ilk dəfə olaraq Azərbaycanı CAR-da keçirilmiş Ümumdünya İnnovativ Müəllimlər Forumunda təmsil etdi.

Ümumiyyətlə, Microsoft korporasiyası ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsini yüksək qiymətləndirir və bundan sonra da Azərbaycanla əməkdaşlığa davam edəcək.

2 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. Vuqar
    Dek 26, 2010 @ 22:01:55

    əla,sükanı belə saxla

  2. Vuqar
    Dek 26, 2010 @ 22:02:42

    əla

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: