İlk sayt və yaradıcısı haqqında

Əgər profilimə girb nəşrlərimə baxsaz görərsiniz ki, başladığım bir neçə mövzu yarımçıq qalıb. Və belə təəsürat yarana bilər ki, mən təmbələm. Düzdü təmbəlliyimi boynuma alıram. Amma burda başqa səbəblər də mövcuddur. Əsas səbəblərdən biri də xasiyyətimlə bağlıdır. Dostlarım da təstiqləyə bilər ki, mən həyatda da bir mövzunu başlayıram və tam qutarmamış digərinə keçirəm və beləliklə yarım saat ərzində az qala 10 – 15 mövzudan söhbət edirəm. Amma başladığım və yarımçıq qalan mövzuları gec tez tamamlayıram. Söz verirəm ki, burda yarımçıq qalan mövzularımı da tamamlayacam. Nə isə keçirəm təzə mövzuya.
Dünyada ilk veb sayt hansıdı???

Dünyada ilk veb sayt 6 avqust 1991-ci ildə yaradılıb. http://info.cern.ch/
Onun yaradıcısı Tim Berners Li bu saytda Yeni texnologiya olan, HTTP protokolunda məlumatların ötürülməsi, URİ ünvanlama sistemi, və HTML Hipermətnə əsaslanan World Wide Web (WWW) texnologiyasının təsvir edib. Bundan əlavə saytda veb server və veb brauzerlərin yüklənməsi və istifadə qaydaları barədə məlumatlar yerləşdirmişdir.
Sayt dünyada ilk internet kataloq da sayıla bilər çünki Berners Lİ sonra lar bu saytda başqa saytlara keçidlər siyahısı da yerləşdirmişdi.
Birinci saytın işləməsinə lazım olan avadanlıqları isə o hələ əvvəlcədən hazırlamışdı – 1990-cı ildə birinci Hipermətn Veb brauzer, NeXTcube bazasında ilk veb server hazırlamışdır.
Tim Berners Li belə hesab edirdi ki, Hipermətn şəbəkədə məlumat mübadiləsi üçün əsas ola bilər və o öz arzusunu həyata keçirə bildi. Hələ 1980-ci ildə o Hipermətn proqram təminatı olan Enquireni hazırladı, sonralar Jenevada Cenevrədə CERN-də işləyərkən o öz yoldaşlarına Bir-biri ilə hiperkeçid əlaqəli olan hipertekstlər yazmağı təklif etdi.
Tim Berners Li HTTP,URİ/UPL və HTML kimi texnologiyaların atası sayılır. Hal hazırda o özünün təsis etdiyi – Ümumdünya şəbəkəsinin Konsorsumunun (World Wide Web Consortium) Rəhbəridir. Bu qurum internet standartlarının hazırlanması və tətbiqi ilə məşğuldur.

1 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. S.C.L.C.I
    Dek 27, 2010 @ 17:00:01

    Davamli Olsun😉

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: