Nə ala bilərsən, nə də sata…

Nə az, nə çox düz bir dollar səksən yedii senti var idi. Qız pullarını üç dəfə saydı. Səhv etməmişdi…
O, həyat yoldaşı ilə bu evdə həftəsi səkkiz dollara qalırdı.Elə bir üstünlüyü olmasa da,yaşamaq olardı. Göz yaşları quruduqdan sonra Qız üz – gözünü silməyə başladı…
Sevgilisi üçün hədiyyə almağa yalnz bir dollar səksən yeddi senti var idi. Bu pulu da neçə aya yığmışdı. Ancaq indi heç bir işə yaramırdı. Halbuku həyat yoldaşı üçün gözəl bir hədiyyə almaq istəyirdi.Güzgünün qarşısına keçdi gözləri par – par parıldayırdı.Ancaq rəngi solmuşdu.Saçlarını açıb çiyinlərinə tökdü.Evlərində iki qiymətli şey var idi.Biri sevgilisinin babasından qalan qızıl saat, o biri də çiyinlərinə tökülən saçları.Qız saçlarını arxasına atdı.Parıldayan saçları bir göz qırpımında bütün bədənini örtdü. Bir az dayanıb saçlarına baxdı.Yanaqlarından iki damla göz yaşı axdı.Gözlərinin yaşı qurumamış geyinib küçəyə çıxdı.Hər cür saç ləvazimatları yazılmış lövhənin qarşısında dayandı.Bir az baxdıqdan sonra içəri girdi.”Saçlarımı satıram.Nə qədər verərsiniz?”- deyə soruşdu.Yaşlı qadın qızın saçlarını əlləri ilə yoxladıqdan sonra “20 dollar”,- dedi, razılaşdı. Artıq O, sevincdən uçurdu.Özünü o qədər xoşbəxt hiss edirdi ki,saatların necə gəlib keçdiyindən də xəbər tutmurdu. Cimə hədiyyə almaq üçün dükanları alt – üst etdi. Nəhayət istədiyini tapdı.Bu, saat zənciri idi.Zəncir yoldaşının saatına çox yaraşacaqdı. Evə getdi.Güzgüdə bir də saçlarına baxdı.Artıq o parlaq saçları yox idi.Görəsən onun xoşuna gələcəkdimi? Bələ də saçlarını kəsdiyi üçün danlayacaqdı onu. Bir az sonra qapı döyüldü.Qapıda yoldaşı idi.İçəri girdi.Sevgilisini sınayıcı nəzərlərlə süzdü.Sonra əlindəki hədiyyəni uzatdı.Qız bağlamanı açanda gözlərinə inanmadı. Bu onun çoxdan arzu etdiyi daraqlar idi.Gözlərindən iki damla yaş axdı.Ancaq tez özünü yığışdırdı. Şırın bir təbəssümlə hədiyyəsini ona uzatdı.Yoldaşı bağlamanı açanda saat zəncirini gördü.O hardan biləydi ki, artıq saat yoxdur?Daraqları almaq üçün o da saatını satmışdı.Ancaq heç biri məyus olmadı.Çünki əsas məsələ sevgi idi.Onu isə nə almaq, nə də satmaq olardı…..

5 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. S.C.L.C.I
    Yan 03, 2011 @ 21:48:56

    S.C.L.C.I !

  2. Vefa
    Yan 04, 2011 @ 16:39:15

    Suuuper hekaydi. Bunu mən Paulo Coelho-nun səhv etmirəmsə Alchemist əsərindən oxumuşam. Çoox təsirli hekayədi, həqiqətən. Əllərinə sağlıq, Konka

  3. Alish
    Yan 04, 2011 @ 19:58:07

    Salam! Konul! Bayramin da mubarek! Seni bu yaradici ve maariflendirici fəaliyyətini çox bəyəndim! ALLAH üreyincə versin! Baxdım.. oxudum .. maraqlı hekayələr , məlumatlar ! Və əlbəttə ki dizayn! Her şey əladı ! Sükanı belə SAXLA! OK. İ ll follow you . …. and your imagination ))

  4. hkonul
    Yan 12, 2011 @ 21:03:43

    Cox sagolun Dostlar !!!

  5. Peri
    Apr 02, 2015 @ 12:49:10

    Superrrrrrr

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: