Ermənistanın rəsmi saytı dağıdıldı

ABŞ Nümayəndələr Palatasında “soyqırım” qanununun gündəmə gəlməsi üçün Nancy Pelosiyə təzyiq edən və NBA ulduzu Kobe Bryantın Türk Hava Yollarının reklam üzü olmaması üçün kampaniya reallaşdıran Erməni Milli Komitəsinin rəsmi saytı türk hakerlərin hədəfi olub. Erməni diasporunun ABŞ-dakı ən təsirli quruluşlarından olan Amerika Erməni Milli Komitəsinin rəsmi internet saytının Türkiyə bayrağı təhrif olunan və Türkiyə haqqında yanlış məlumat yerləşdirilən əsas səhifəsi dağıdılıb.

Özünə “Jeopardy” adlandıran və virtual aləmdə hücumlarıyla tanınan bir hakerin liderlik etdiyi “Code the arts” qrupu, Komitənin rəsmi internet saytına (www.anca.org) Pelosi əleyhinə və Kobe Bryantı dəstəkləyən məlumatlar yükləyib.
Qrup Türkiyə əleyhinə çıxan erməni əsilli ABŞ-lı porno ulduz Kim Kardaşyanla bağlı məlumatları da qeyd edib.

Hücumu reallaşdıran “Code the arts” qrupunun içində türk tezislərinə dəstək verən Şilili və Argentinalı hakerlər də var. Qrup, “Jeopardy”, “PowerDream”, “Nettoxic”, “Xarnuz”, “BuZuLL” adı istifadə edən 5 hakerdən ibarətdir.

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: