Sona aparan işarələr.

Bir qoca yemir-içmir, böyük çətinliklərə qatlaşaraq pul yığır və ev alır. Evi aldığı ilk gün “Evim mənim sən mənim illərdir çəkdiyim əziyyətin bəhrəsisən. Ömür boyu sənin üçün işləmiş, həyatımı tükətmişəm. Ona görə səndən bir xahişim var. Heç olmasa yıxılmazdan əvvəl mənə xəbərdarlıq et ki, ehtiyatımı görə bilim” ,- deyə səslənir. Evdən isə heç səs çıxmır, qocada bunu razılaşmanın ifadəsi kimi anlayır. Bu anlaşmanın üstündən bir il keçir. Bir gün pəncərə tərəfdəki divar çatlayır. Qoca ora mala ilə sement vurur. Sonra qapı tərəfdəki divar çatlayır. Qoca orayada sement vurur.
Bu minvalla illər keçir bir gün qoca işdən evə gələndə evin dağıldığını görür. Gördüyü mənzərə qarşısında çox üzülür və evin xarabalığına “Ay evim, axı demişdim sənə, yıxılmamışdan əvvəl mənə xəbər edərsən”, -deyə səslənir. Elə bu zaman xarabalıqdan belə bis səs yüksəlir: “Nə edim, ay qoca. Nə vaxt ağzımı açdım ki, sənə xəbərdarlıq edim, sən də bir mala sementlə ağzımı qapadın. Nəticədə də belə oldu”

Həyatımızda eyni bu hekayəyə bənzəyir. Bir gün ağaran saçlarımız, başqa bir gün xəstəliklərimiz bunun bir gün bitəcəyindən xəbər verir. Saçlarımıza qocanın vurduğu mala kimi rəng vursaqda, dərman atıb xəstəliklərimizi sağaltmağa çalışsaqda, bir gün…

P.S. İstəmərəm Ə. Əliyevin “ Müvvəffəqiyyətə gedən yol” kitabından olan bu hissəni oxuyub, pessimizmə qapılasız. Bu hissəni ona görə buraya yerləşdirdim ki, sadəcə bir anlığa insanı sona doğru aparan işarələr üzərində düşünüb, həyatınızı daha dəyərli yaşayasız.

3 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. ehmedss
    Fev 13, 2011 @ 12:19:21

    cox maraqlidi )))

  2. Novruz
    Fev 13, 2011 @ 18:40:20

    ..Hm Konul:-). . umumiyetle he4 bir insan Pessizmle Yashamamalidir. .Eksine Realsit olmalidir. .Her sheye inanib yazlniz IRELIye baxmalidir. . Heyati dahada maraqli yashamaq her bir Insanin Oz elindedir. . .Sadece O an insandan,Insana ferqlenir. . Kimise Heyatin maraqini,Oyunda,Kimi Facebookda,Kimisi Mashin Surmekde nebilim Daxa neler. .Yani Her bir insan oz heyatinda neyise kumire 4evirib Heyatinin daha deyerli yashamaqchin hemin kumirden yeterince faydalandir. .
    Menim heyatimi maraqli eden!?) aha. . Maraqli..Heyatimi KITAB maraqli edir..Oyy) daha doqrusu kitablar..Hemishe demishem,Eger heyatdayiqsa he4 bir sheye adi baxmiyaq,Ve chalishaq Chox oxuyaq..Chunki Bir vaxt gelende kimse ile uzbeuz debatda,Yaxud Diskurtsiyada eyleshende,Chalishmaliyiqki monumuzdekinin kolgesinde qalmiyaq,Onun biliyinin qabaqinda itib batmiyaq..Eger Bunlarin bashiniza gelmeyini istemirsizse Chalishaq Chox oxuyaq !neceki men ele edirem!

    Mr.Novruz

  3. Peri
    Apr 02, 2015 @ 12:43:27

    Heyat da eynen bu nagila oxsayir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: