İlin adamı Mübariz İbrahimov

Vətən öz qəhrəmanları ilə tanınar ,Şəhidlər ölməzdi onları ağlamazlar deyirlər ,ağlamırıq əksinə adı gələndə fəxr edirik ,ayağa qalxıb ruhuna hörmət bildiririk .Bu günki yazımı da  Qürur mənbəyimiz ,Qəhrəman Mübariz İbrahimovdan yazmaq istərdim.Simvol oldu o,Qəhrəmanlıq simvolu ,Günümüzə,ilimizə,əsrimizə olan vətənpərvərlik simvolu ki biz  gənclər ondan nümunə götürərək gələcək nəsillərimizə bəhs edəcəyik!

Bu gün xəbərlər informasiyasından aldığım məlumata əsaslanaraq deyim ki

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən 2001-ci ildə təsis edilmiş “İlin adamı” adına 2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimov layiq görülüb.

APA-nın məlumatına görə, “İlin adamı” mükafatının təqdimat mərasimində Milli Qəhrəmanın valideynləri, ANS Şirkətlər Qrupunun rəhbərliyi, ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları və ziyalılar iştirak edib.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, M. İbrahimov öz əməli ilə “ölkədə müharibə ab-havası yoxdur” fikrinin doğru olmadığını sübuta yetirib. Milli Qəhrəmanın atası Ağakərim İbrahimov isə Mübarizin atası olmaqla fəxr etdiyini və oğlunun “İlin adamı” seçildiyinə görə sevindiyini vurğulayıb. Müdafiə Nazirliyinin tərbiyəvi işlər idarəsinin rəisi, polkovnik Vaqif Məmmədov Azərbaycan ordusunun döyüş hazırlığından, şəxsi heyətin təcrübəsinin artırılması məqsədilə mütəmadi təlimlərin keçirilməsindən danışıb.

Sonda qəhrəmanın atası A. İbrahimova “İlin adamı” mükafatı, xüsusi diplomu və Milli Qəhrəman Çingiz Mustafayev Fondu tərəfindən 4 min manat pul mükafatı təqdim olunub.

Tarix yazan qəhrəmanımız …Səninlə fəxr edir,ruhun qarşısında baş əyirik! Vətən sağ olsun!!!


2 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. Novruz
    Fev 13, 2011 @ 18:34:26

    Chox gozel qeyd etmisiz. .Choxda gozel yazmisiniz). Men sizin fikirlerinize qoshulub deye bileremki,Azerbaycan Respublikasinda ILIN ADAMI mukafatina,ILIN ADAMI adina Mubariz Ibrahimov Layiq idi . .Chunki Bu insan. .Esl Vetenperver bir insan idi. .

    Mr.Novruz

  2. zehra
    Dek 03, 2012 @ 15:14:43

    cok harika bir hikayedir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: