Ümid sənədir ancaq Azərbaycan Əsgəri!

Uzanır danışıqlar,
imzalanır sənədlər.
Xəritədə aləmə
Göstərilir sərhədlər.
Səsimizə səs verir
Dünya başbilənləri;
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Dəyirmi masalarda
İzi var dirsəklərin,
Ağla sığan söhbəti,
Sözü var dəstəklərin.
Yardım bağlamasında
Özü var dəstəklərin,
Lap ləl-cavahir olsun
Hər yardımın dəyəri.
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Diplomat cənablarin
Hər biri hörmətlidir.
Bu məqamda ölkəmə

Təşrifi qiymətlidir.
Səyi təqdirə layiq,
Rəyi ədaletlidir.
Gözdən-nəzərdən salan
Kimdir ki, bu işləri?
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

İşğal altında qalır
Torpağımız-daşımız,
Nələr görmür gözümüz,
Nələr cəkmir başımız…
Qarışıb bir-birinə
Baharımız-qışımız.
Çadır göstərmək olub
Hər çatana peşəmiz.
Sərgi olmasın deyə
Bu Mil-Muğan düzləri,
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Ali qonaqlar gəlir
Dünyanın hər yerindən.
Ürək yanır, göz dolur
Şəhid qəbirlərindən.
Düşünüb daşınıram
Özlüyümdə dərindən;
Intiqam ala bilməz,
Məzarları bəzəyən
Ehtiram çiçəkləri
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Söhbətlər çözələnir,
Bir şey görünmür hələ,
Heyyətlər təzələnir,
Bir şey görünmür hələ.
Müddətlər təzələnir,
Bir şey görünmür hələ.
Açılmır ki, açılmır
Düyünü bu torpağın.
Qov alışa bilərmi,
Od saçmasa çaxmağın?
Ildırımlardan belə
Umma bu zərrələri,
Umid sənədir ancaq,
Azərbaycan əsgəri!

Sülhə qurban kəsərəm,
Mən də qan istəmirəm!
Təzə-tər qərənfilli
Xiyaban istəmirəm!
Tükenir səbrim fəqət,
Sazişlər,
Qətnamələr,
Bəyanatlar
Kifayət!
Ziyafətlər
Kifayət!
Ziyafət dumanında
Nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan
Biyaban istəmirəm!

Yellənsin sülh bayraği!
Bu bayrağa kam baxan,
Həm baxmayan,
Həm baxan
Bədguman istəmirəm!
Sevindirsin milləti
Qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq,
Azərbaycan əskəri!!!

15 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. Novruz
    Fev 13, 2011 @ 19:17:07

    Chox gozel..Chox xoshuma geldi bu yazin..Men inaniramki VETENPERVERLIK ruhu vaxt gelecek,Haminin damarinda qan kimi axacaq..Vetenperverlik insanlarin ADRENALINIne chevrilecek..Ve inaniramki bu ani yashamaqimiza chox az vaxt qalir..ISTerdim Vetenperlik Qanizdan axsin..!Siyasi baxishlarimiz uqurlu olsun..!Konul yazmaqinda davam ele..)

    Facebook.com/Novruzmextiev

    Mr.Novruz

  2. azad
    Noy 11, 2011 @ 18:19:28

    bu seir cox gozel olsada,menasini coxdan itirib

  3. Hamzayeva
    Noy 12, 2011 @ 07:55:56

    Baxir kim üçün🙂
    Bu şerə mən çox dəyər verirəm mənim üçün heç vaxt mənasını və aktuallığını itirmir

  4. zehra
    Dek 03, 2012 @ 14:45:25

    dunyada en cox beyendiyim seirdir bu seiri muellimeme aparacan onun cox xosuna geleceyini dusunurem

  5. Nihad
    Dek 04, 2012 @ 13:35:56

    bir vetenperver ucun menasini hec vaxt itirmez

  6. aytac
    Dek 08, 2012 @ 17:24:22

    super seyirdi, super sairdi

  7. ekber
    Dek 10, 2012 @ 15:25:33

    bomba seirdi rehmetdik ela yazib…..

  8. vuqar
    Apr 09, 2014 @ 12:49:01

    qeseydi❤😦

  9. Sabina
    İyn 08, 2015 @ 10:17:42

    cox sevirem bu weiri

  10. hasan
    Yan 18, 2016 @ 14:48:18

    Super. Eladi. Yaxsi. 20 yanvar

  11. hasan
    Yan 18, 2016 @ 14:49:53

    Yaxsi yaxsi

  12. Polad Həsənli
    Mar 18, 2016 @ 08:07:12

    düşmən belini qıran şeirdir

  13. Ə.QƏHRƏMAN
    Apr 07, 2016 @ 12:58:54

    VAR OLSUN AZƏRBAYCAN,YOX OLSUN ERMƏNİSTAN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  14. Taleh
    May 01, 2016 @ 18:04:48

    Ela

  15. Elmin
    May 08, 2016 @ 09:15:41

    qesy seirdir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: