Həyat kiçik bir təbəssümlə də gözəl ola bilər…Unutma!

Kiçik bir qız fikirli bir adama gülümsədi.Çox keçmədi ki, adamın fikri dağıldı. Sonra dostu yadına düşdü. Kiçik bir iş üçün ona təşəkkür etmədiyini xatırladı. Tez bir məktub yazıb yolladı.
Dostu bu məktubdan o qədər sevindi ki, nahar etdiyi yeməkxanada xidmətçiyə böyük bir bəxşiş verdi.
Xidmətçi ilk dəfə idi ki, belə bəxşiş alırdı. Axşam evə gedəndə bəxşişin bir hissəsini küçənin tinində oturan dilənçiyə verdi.
Dilənçi iki gün idi ki, ac idi. Tez gedib qarnını doyurdu. Sonra da bir binanın zirzəmisindəki “evinə” yollandı.
Yolda soyuqdan titrəyən bir balaca it gördü. Iti götürüb evinə apardı. Balaca it soyuqdan xilas olduğu üçün gecə yarısına qədər isti otaqda atılıb-düşməyə başladı.
Gecə yarısı binanı tüstü bürüdü. Yanğın var idi. Tüstünü hiss edən it hürməyə başladı. Əvvəlcə dilənçi oyandı. Sonra, bütün bina ayağa qalxdı.
Beləcə, böyük bir bəladan xilas oldular. Bunların hamısı isti, səmimi bir təbəssümün nəticəsi idi. Təbəssüm özü bir gözəllikdir.

P.S Hər şey isə bir qızın təbəssümündən başladı:

5 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. Novruz
    Fev 13, 2011 @ 19:22:14

    aha. . Maraqli yazi..Dushunuremki,Her shey Pulun deyerinden getmir..eksina Bir insanin ,Kasib yashamasi,Pulunun olmamasi,Insaniyetini elinden almir..Cemiyetimizde bele qayda ,bele qanun var her bir insan eyni huquludur..Chox isterdim Uzu Qemli olan korpelerimiz az olsun..amma teesuflerki bu isteyi reallashdirmaq,Menim ohdeme dushmur,,Yaxud dushsede butun korpelere Sevinc bexsh elemek menim gucum chatmaz..Amma chalishaq her bir ushaqi,Her bir korpeni ne ilese xoshbext edek..Adice Kuchedeki ushaqa,Tek qalan ushaqa,Ehtiyaci olan ushaqa nese hediyye elesek..Bu onun Sevincine Sevinc qatar.Tshk Konul

    MR.Novruz

  2. hkonul
    Fev 13, 2011 @ 19:27:41

    Təşəkkürlər fikirlərinizə görə!

  3. Novruz
    Fev 13, 2011 @ 19:31:18

    Inshallah Hemishe Bloguna muaciet edib ,Yazilarini oxuyacam!) amma chalish yarimchiq yazi olmasin. . .)..Senede Teshekkur..

  4. Novruz
    Fev 13, 2011 @ 19:32:20

    Inshallah tez-tez bloguna muraciet edib yazilarini oxuyacam!=. .) amma yarimchiq yazi olmaz!) teshekkur senede. .

  5. ILAHE
    İyn 04, 2015 @ 16:22:38

    HER ZAMAN UZLERDE TEBESSUM OLSUN

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma