Hörümçək toru qədər yaxşılıq

 

 

Bir gün dünya həyatında həmişə pislik işləyən bir adam, Cəhənnəmin qapısında bir mələk ilə qarşılaşdı. Mələk adama belə səsləndi: Bura girməməyin üçün, həyatda ikən tək bir yaxşılıq etmiş olmağın yetər. Yaxşı düşün!Uzun müddət düşünən günahkar adam, nəhayət xatırladı! Bir dəfəsində meşədə gedərkən yolunun üzərində bir hörümçək görmüş və ona basmamaq üçün yolunu dəyişdirmişdi. Həyəcanla bu yaxşılığını dilə gətirdi. Mələk gülümsədi və bir hörümçək toru endirildi. Adam tora dırmaşaraq Cənnətə girə biləcəkdi. Adam tora dırmaşıb yuxarı çıxarkən, Cəhənnəmlə cəzalandırılanlardan bəzidəri də bu fürsətdən yararlanmaq istəyərək tora dırmaşmağa başladılar. Amma adam döndü və torun hər kəsi daşımayacağından qorxaraq onları itələməyə başladı. Elə bu anda, tor həqiqətən də qopdu və digərlər ilə birlikdə adam da Cəhənnəmə düşdü. «Heyf» dedi mələk. «Qorxaqlığı, həyatında işlədiyi tək yaxşılığı da pisliyə çevirdi. O insanlara qayğı göstərə bilsəydi, torun hər kəsi daşıya biləcəyini görəcəkdi.»

Yaşadığımız müddətcə yaxşılıqlar edib yaşayaq !

3 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. NovRuz
    Fev 14, 2011 @ 20:45:49

    Axa..Ibretamiz bir yazidir..Her bir insan bele yazilari oxusa,Pis niyyetli insanlar bele oz niyyetlerinden aydrilib,Fikirlerinden vaz ke4erler . Tshk sene. .

    Mr.NovRuz

  2. NovRuz
    Fev 14, 2011 @ 20:50:46

    Umumiyyetle heyata gelmishikse,Yaxshiliqla yadda qalmaq lazimdir. .Men demiremki IDEAL olaq ..Esla yox) sadece chalishdiqmiz qederi ile pislikden,kimese pislik etmekden,ve s ishlerden uzaq olsaq,Hetta yashadiqimiz,muhitimiz,Cemiyetimiz,Hetta etrafimizdaki insanlar bele saflashar!

  3. hkonul
    Fev 14, 2011 @ 21:06:29

    Oxuyub fikirlərinizi bölüşdüyünüz üçün təşəkkürlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: