Ürəklərin yaxınlığı

Dəfələrlə olub ,hər birimiz bizə yaxın olan insanla mübahisə zamanı səsimizin tonunu yüksəyə qaldırar və bir növ özümüzə haqq qazandırmağa çalışırıq.Bəs mübahisə zamanı qarşı tərəf bizə yaxın məsafədə olduğuna baxmayaraq nə üçün səsimizi ucaldaqki??? Sualin cavabi Maraqlıdırsa hekayəni oxuyun;

Bir gün müəllim uşaqlardan soruşur:
— Uşaqlar nə üçün insanlar mübahisə edəndə səslərini yuksəldirlər?
— Çünki sakitliklərini qoruya bilmirlər — deyə uşaqlardan biri cavab verdi.
— Bəs nə üçün qışqırırlar, axı mübahisə etdiyi insan yaxınlığında dayanır? — deyə müəllim soruşdu — sakit danışmaq olmaz? Hirslənəndə qışqırmaq lazımdır?
Uşaqlar müxtəlif cavablar verirlər, amma bunlardan heç biri müəllimi qane etmir və o izah etməyə başlayır:
— İnsanlar bir-birlərindən narazı olanda, mübahisə edəndə onların ürəkləri bir-birindən uzaqlaşır. Bu məsafəni bağlamaq və bir-birlərini eşitmək üçün onlar səslərini yüksəldirlər. Nə qədər çox hirslənirlərsə bir o qədər də yüksəkdən danışırlar.
— Bəs insanlar sevəndə nə olur? Onlar qışqırmırlar, əksinə çox sakit danışırlar. Çünki onların ürəkləri bir-birinə çox yaxındır və məsafə çox azdır. Bəs daha güclü sevəndə necə olur? — deyə müəllim davam etdi — onlar danışmırlar, sadəcə pıçıldayırlar. Daha sonra bu pıçıltılara da ehtiyac olmur. Onlar bir-birlərinə baxanda artıq hər şeyi sözsüz anlayırlar. Bu yalnız bir-birlərini hədsiz sevən insanlarda olur. Ona görə də mübahisə edərkən ürəklərinizin bir-birindən uzaqlaşmağına imkan verməyin, buna səbəb yaradacaq kəlimələr işlətməyin. Çünki elə bir zaman gələr ki, bu məsafə daha da böyüyər ve geriyə dönüşü heç mümkün olmaz.

8 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. NovRuz
    Fev 14, 2011 @ 20:56:07

    Aha ushaqlarin bele cavablari. . Insani dushundermeye mecbur edir..Amma esil heyatda Her bir insan Sesimizin tonunu qaldirmaqin sebebini ozu kimi dushunur. .Men bele dushunuremki,Sebrsiz insanlarda bu daha chox bash verir..Onun uchun etrafimdaki insanlara hemishe deyirem..Chalishaq SEBRli olaq..) Ve chalishaq sebrsiz olanlar bele qarshindaki insana qarshi Sesin tonunu qaldirmasin..IRQinden-MILLIYET-inden-DINinden,Dushunce Terzinden asili olmuyaraq..Insanlar eyni huquqludur)….

    MR..Novruz

  2. Sladkiy Yad
    Fev 15, 2011 @ 11:36:38

    Tesekkur .raziyam bu fikirle eseblesirik,fikirler ayrilir ve dediklerimiz bir birimizi qane elemir.ona gorede qisqiraraq demek istediyimizi qarsi terefe catdirmaq yox qebul etdirmeye calisiriq, bu da netice vermir…

  3. Kama
    Fev 16, 2011 @ 10:45:36

    Təşəkkürlər. Maraqlı yazıdır, face-de paylaşıram. ))

  4. kenan
    İyn 01, 2012 @ 11:35:11

    bu sayt cox xosuma geldi.Menasiz hekaye yoxdur.

  5. Naile
    Dek 31, 2012 @ 10:50:46

    Cox yaxsi hekayeler var burda. Bu hekayede cox maraqli hekaye idi. Menali hekayeler.

  6. humushka
    May 15, 2014 @ 04:59:25

    Cox yaxshi ibretamiz hekayedi. Cox sag olun.

  7. Samirə
    Sen 21, 2015 @ 18:01:12

    təşəkkür edirəm. Təsirləndim.

  8. Samirə
    Sen 21, 2015 @ 18:02:12

    Təşəkkür edirəm təsirləndim

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: