Bir yaz günü, çimərlikdə oturub, qumlarla oynayan iki uşağı seyr edirdim. Hər ikisi də, dəniz sahilində qapılarıyla, qüllələriylə, tunelləriylə böyük bir qala etmək üçün bərabərcə böyük səylə çalışırdılar. Qala demək olar ki, tamamlanmışkən, böyük bir dalğa gəlib qalanı pozdu. Hər şey, bir anda yaş bir qum yığınına çevrilmişdi.
Bütün əziyyətlərinin bir anda gözlərinin qarşısında yox olduğunu görən uşaqların göz yaşlarına boğulmalarını gözləyirdim. Amma uşaqlar məni çaşdırdı. Ağlamaq yerinə, ikisi də qalxıb əl-ələ tutdular və gülərək sahildən bir az daha uzaqlaşıb yeni bir qala düzəltməyə başladılar.
Uşaqların, o anda mənə əhəmiyyətli bir dərs öyrətdiklərini anladım. Həyatımızdakı hər şey, yaratmaq üçün üzərində çox zaman və enerji sərf etdiyimiz hər qarışıq quruluş, əslində qumdan hazırlanmışdır.Tez ya da geç, bir dalğa gəlib, qurmaq üçün sıx səy sərf etdiyimiz işləri anında məhv edə bilər. «Belə bir vəziyyət qarşısında isə, yalnız yanında tutacaq bir əli olan insan gülümsəyə bilər….»
Qumdan qala
28 Fev 2011 3 Şərh
Hekayələr içində Etiketlər:dushundurucu hekaye, dusundurucu hekaye, hekaye, hekayeler, maraqli hekaye
Advertisements
Fev 28, 2011 @ 19:53:08
Aha..Yaxshi bir movzudur..Sadece men bilmek isterdim,Bu hekayedeki seyrchi heqiqeten Sensenmi ?…
Fev 28, 2011 @ 19:53:37
Yoxsa Sadece Fantaziyanin xeyalidir ?…
Fev 28, 2011 @ 20:37:29
bu hadisə və buna oxşar yüzlərlə hadisələrlə əslində hər birimiz gündəlik həyatımızda rastlaşırıq yetərki diqqqətli olaq və nəticə çıxaraq .