BƏNÖVŞƏLƏR DİQQƏT GÖZLƏYƏN GÖZƏLLİK

Özünü tanıyandan bənövşəni çox sevərdi. Uşaqlığının keçdiyi iki mərtəbəli evin bağçasında bahar gəldikdə bənövşə açar, xoş ətirli iy verərdilər. Anası bənövşələri həmişə divar kənarında əkərdi. Bənövşələr kölgəni sevir deyərdi. Halbuki; müəllimi onlara bitkilərin günəş şüaları ilə fotosintez etdiyini izah etmişdi. Bitkilər günəş işığına möhtac idi. Bənövşələr nə qəribə bitkilər idi “Hər bitki günəşi sevərkən, onlar niyə kölgəni seçirlər?” deyə düşündü, dayandı Aysel…Balaca, kiçicik ağılı ilə əslində bənövşələrin digər çiçəklərdən fərqli olduğunu kəşf etmişdi, bəlkə də bənövşələr buna görə bu qədər gözəl idi. Kiçik başı o gün hər kəsdən fərqli olsan, bu həyatda qiymətli olarsan mühakiməsinə varmışdı. Daha o illərdə fərqli olmaq üçün məşğul olmağa, cəhd etməyə başladı. İlk, heç kimin yanında oturmaq istəmədiyi, “Həcərin yanına oturmaq istəyirəm müəllimim.” deyərək başladı fərqliliklərlə sürən həyatı. Həcər belə çaşmış, təəccüblə baxırdı onun üzünə. “Həcər, çox səliqəsiz, bir az başa düşmə çətinlikləri olan problemli bir ailənin qızı idi. Aysel isə; mühəndis Kamil Bəyin bircə qızı… “>Müəllim, oturtmaq istəmədi əvvəl Həcərin yanına Ayseli… Aysel, təkid edirdi Həcərin yanına oturmaq istəyirdi. Daha sonra bir problem çıxmasın deyə müəllim Ayselin anasını çağırdı. Anası evə gəldikdə Ayseldən soruşdu:” Balam, niyə Həcərin yanında oturmaq istəyirsən?Aysel cavab verdi: ” Keçən baharda bənövşələr əkdiyimiz gün ,ana, sən mənə bənövşələr günəşi sevməz demişdin. Halbuki, hər bitki günəşi sevər. Bənövşələr fərqlidir… Bəlkə də buna görə bu qədər gözəldirlər… Həcərin yanında heç kim oturmaq istəmir. Mən fərqli olmaq istəyirəm. Bəlkə, Həcər də gözəldir, ona diqqət etmək istəyirəm.” dedi. Ayselnin anasının ağzı açıq qalmışdı. İbtidai məktəbin 4- cü sinif şagirdi qızının yetkinliyinə heyran qalaraq ” Yaxşı qızım, kimin yanında istəsən otura bilərsən.” dedi. Bazar ertəsi, Aysel Həcərin yanında oturmağa başladı. Həm Aysel narahat idi, həm də Həcər… Bir- birləri ilə heç danışmırdılar. Digər qızlar da soyumuşdu Ayseldən. Necə Həcər kimi səliqəsiz, bir şeyi iki dəfə izah etmə ilə anlayan kasıb bir qızın yanına oturmağı istəmişdi? Həkim Camal bəyin qızı Əsmər idi ən çox inciyən… Ana ataları hər həftə sonu görüşürlər, Aysel və Əsmər birlikdə oynayırdılar hər Bazar… Necə olur ki, öz yerinə Həcəri seçərdi? Çox qüruru qırılmışdı Əsmərin… Aysel ilə danışmırdı. Bir gün, Aysel və ailəsi, Əsmərgillə dağ kəndlərindən birində reallaşdırılacaq bir yarmarkaya qatılmaq üçün sözləşdilər… Aysel, yenə Əsmərin qaşqabağını tökəcəyini bildiyi üçün getmək istəmirdi. Ürəyində də Həcərə əsəbləşməyə başlamışdı, yoldaşları ilə arasının pozulmasına səbəb olmuşdu. Niyə sanki bu qədər səliqəsiz idi, niyə hər şeyi iki dəfədə anlayırdı, yoxsa axmaq idimi? Sonra bənövşələri xatırladı. Dərhal düşüncələrindən utandı. Həcər, fərqli olduğu üçün mühakimə etməmək lazım idi. Həcərin heç kimin bilmədiyi gözəlliklərini kəşf edəcəkdi. Buna bütün gücü ilə inandı Tam ümid etdiyi kimi olmuşdu. Əsmər, qaşqabağını tökərək qarşısında otururdu. Aysel ilə danışmırdı. Aysel, ürəyi sıxıldığından bir az gəzmək üçün anasından icazə aldı. Kənd yolunda getməyə başladı. Hava yaxşıca soyumuş və ayaz yaxşıca artmışdı. Qar yağmağa başlamışdı. Aysel qarı çox sevirdi. Getdi, getdi… Kəndə gəlib çatmışdı… Bir evin qarşısında dayandı. Evin pəncərəsindəki saxsıya gözü ilişdi. Gözlərinə inana bilmirdi, bunlar bənövşələr idi… Ama qış idi və bənövşələr soyuğu heç sevməzdilər, evə doğru bir addım atdı, qapıda meydana çıxan kölgəyə çox sonra diqqət etdi. Bu Həcər idi. Ayselə gülümsəyirdi “Xoş gəldin Aysel ” dedi Həcər, bir az ürkək “Buyurmazsanmı?”Aysel təəccüblə qapıya doğru irəlilədi və içəri girdi. Otaq, isti idi. Odun sobası hər yeri istilətmişdi. “bənövşələr” deyə bildi yalnız Aysel, “bu soyuqda???”Həcər gülümsədi: ” Onlar anam üçündür, anam onları çox sevir.”Sonra çarpayıda yatan qadına diqqət etdi Aysel. – “Anan xəstədir ?” dedi Həcər: “Bəli, 2 il əvvəl iflic oldu, ona mən baxıram. Bizim heç kimimiz yoxdur. Bir tək inəyimiz var, onunla dolanırıq amma bütün işlər mənə baxdığı üçün dərsləri oxumağa çox vaxtım olmur.” dedi utanaraq…Bir də dedi ki: “Bizim kənddən şəhərə vasitə yoxdur, bu yolu hər gün ayaqla gedirəm ona görə də çox yorğun məktəbə gəlirəm dərsləri anlamaqda çətinlik çəkirəm.”Ayselin gözləri dolmuşdu… Bayırdan gələn səs ilə özünə gəldi. Anası onu axtarırdı. Çox narahat olmalı idi… Çölə qaçdı və anasını qucaqladı, ağlayırdı… Bir müddət sonra “Ana, bu Həcərdir! ” deyə tanış etdi sinif yoldaşını… Həcərgilə gedib birlikdə Həcərin hazırladığı isti şorbadan içdilər. Aysel, anasına izah etdi Həcərin həyatını, ağlayaraq. “Nəisə edək, ana “ dedi… O həftə, anası və Aysel, Həcərgilə gedib anası və Həcəri öz evlərinə apardılar… Həcər, artıq Ayselgildən məktəbə gedib gəlirdi. Nə səliqəsiz idi, nə də axmaq… Sinfin ən yaxşı şagirdi olmuşdu… İllər keçdi… Həcər və Aysel bir yoldaş deyil, bacı idilər artıq… Bənövşələr Ayselə Həcəri hədiyyə etmişdi… Həcərə isə; həm Ayseli, həm həyatı…İllər sonra ikisi də evləndi… Həcər indi bir həkimdir… Ayseldən vicdanın nə qədər əhəmiyyətli olduğunu öyrəndi. Xəstələrinə vicdan ilə şəfa verirdi…Aysel isə; bir müəllimdir… Uşaqlara fərqli olan şeyləri sevməyi də öyrədir… Bir qızı var. Adı: Həcər Bənövşədir…>Həyatda ən çox sevdiyi iki şeyə birini daha əlavə etdi Aysel. Həcər Bənövşə, xalası Həcəri çox sevir və anasına xalası üçün hər gün təşəkkür edir… Sevdiklərinizə qəti ön mühakiməli yanaşmayın. Daim qarşınızdakını dinləyin… Görəcəksiniz ki, ön mühakiməsiz bir şəkildə yanaşsanız, şərhləriniz daim məqsədəuyğun olacaq..Hər şey, sevənə qədər fərqlidir…. sevdikdən sonra isə; sevginin dili həmişə eynidir.

2 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. ilhame
    Fev 14, 2015 @ 10:21:43

    cox sag olun maragli hekayedir. Bu gulu cox seviram.Mence Awiq Elesger haqlidi- bu gulu sanki “melekler derib goyden gonderib”

  2. ilhame
    Fev 14, 2015 @ 10:23:08

    cox sag olun maragli hekayedir. Bu gulu cox seviram.Mence Awiq Elesger haqlidi- bu gulu sanki “melekler derib goyden gonderib”.Bu gul qeyri adidir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: