Earth Hour Azerbaijan 2011 və Mən !

EARTH HOUR -haqqında ilk dəfə İrəli ictimai birliyinin facebook fan sehifəsində(http://www.facebook.com/IRELIpublicunion) oxudum və beləki
İqlim dəyişikliyinə qarşı WWF tərəfindən təşkil olunan Earth Hour kampaniyası ənənəvi olaraq hər il mart ayının axırıncı şənbə günü keçirilir. Bu tədbir zamanı bütün insanlardan xahiş olunur ki, Earth Hour-a qoşularaq elektrik enerjisindən istifadəni bir saat müddətinə dayandırsınlar.
Earth Hour aksiyası WWF və Sydney Morning Herald tərəfindən 2007-ci ildə başlayıb. Bu zaman 2.2. milyon Sidney sakini işıqları söndürməklə bu aksiyaya qatılmışlar. Sidney başda olmaqla, bir çox digər şəhərlər artıq 2008-ci ildə bu tədbirə qoşuldular.
Azərbaycan da bu il Earth Hour tədbirinə İRƏLİ İctimai Birliyi təşkilatçılığı ilə qoşulur.-yazılmışdı məlumat olaraq .marağımı çəkdi =) Gərgin həvəslə çalışan EHA komandası nəhayətki dünən ölkəmizin də adını siyahıya yazdırdı!Bu çox sevindirici haldır.Günü əvvəldən sona qədər maraqla yaşadığım üçün günün təəsüratlarını yazmaa qərar verdim.
Maraqlı tədbir  “İRƏLİ” İctimai Birliyinin baş katibi və ölkə üzrə koordinator olan Rauf Mərdiyev  açılış nitqindən sonra başladı .Daha sonra Earth Hour dünya ölkələri ilə keçirilmə videoları eyni zamanda Azərbaycan təmsilçiləri EHA TEAM tərəfindən çəkilmiş maraqlı roliklər izlənildi .Hədsiz dərəcədə marağımı çəkən məqamlardan biri isə Ekoloji seminar idiki
Təbiət Elmlərinə Dəstək və Ekoloji Maarifləndirmə” İctimai Birliyinin və Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin əməkdaşları Rövşən Əkbərov və Ramil Rüstəmov  çox maraqlı seminarla çıxış etdilər .
Daha sonra biz əvvəlcədən programlaşdırma üzrə CİTY GAME oyununa başladıq bunun üçün isə komandalara bölündük –

Və mən Qirmiz kart sahibləri olan komandada oldum .Komanda rəhbərimiz Rövşən Camalovla birgə verilmiş tapşırıqları yerinə yetirə yetirə ,”Ən böyük QIRMIZI” Ən güclü Qırmızı “şüarı ilə nəhayət gəldik çıxdıq Möhtəşəm layihənin baş tutacağı məkana -tarixi abidəmiz Qız Qalasının ətrafına qalanın işıqlarla görünüşü möhtəşəm idi saatlar sonra qalanın işıqları sönəcəkdi

geriyə sayım başladı və artıq dəqiqələr sonra dünya ölkələri arasında Azərbaycanın da adı siyahıda olacaqdı vəə bu baş tutdu

O anı sözlə ifadə edə bilməyəcəyimdən çəkilən şəkillərlə təsvir edim  bəli bu uğur idi artıq bizim ölkəmizin də adı 127 ölkə siyahısındadır!Artıq biz gənclər də Dünya gəncləri kimi Eart Hour gününü qeyd etdik və möhtəşəm hazırlanmış şəkildə qeyd etdik!

P.S.Layihənin bütün olmasa da detallarını paylaşmaq istədim nə qədə alındı bilmirəm amma gün həqiqətəndə çox maraqlı keçdi .Əziyyəti keçən hər kəsə dərin təşəkkürlər!

2 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. Nargiz
    Mar 29, 2011 @ 21:08:04

    Ela Konul!🙂

  2. hkonul
    Apr 01, 2011 @ 20:19:06

    Cox sagol Nergiz !:)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: