QƏLƏBƏ !!!

Vətənimin Qələbəsi !!!

Necə gözəl hiss ilə bu məqaləmi yazacam…Vətənim -Azərbaycan bu il Almaniyada keçirilmiş Eurovision müsabiqəsinin birincisi oldu!!İanılmaz sevinc coşqu yaşanır vətənimdə-paytaxt və bölgələrimdə…Hamı qeyd edir bu gözəl bayramı,hər kəs bir birini təbrik edir sevincini bölüşür təəsüratlarını paylaşır…Müstəqilliyimizin 20-ci ilində, Avropa Şurasına qəbul olunmağımızın 10-cu ilində, 300 milyon insanın izlədiyi Eurovision müsabiqəsinə qatılmağımızın 4-cü ilində 800 milyon Avropalının yarışdığı mədəni müsabiqə olan Eurovision-da 1-ci olduq…Həqiqətən də qələbə sevinci təəsüratlarımı böyük ürəyimlə paylaşmaq hissi çox gözəldir…Vətənimlə,həmvətənlərimlə_Eldar və Nigarla qürur duyuram!!
İnanırdım bu qələbəyə,istərdim ilk əvvəldən başlayım yazımı…
İrəli İctimai Birliyi 12 may tarixində təmsilçilərimiz Eldar və Nigara dəstək olmaqla Qız Qalası ətrafında toplaşıb,əvvəlcədən təşkil olunmuş aksiyada öz ugur və ümid mesajlarımızı müxtəlof sloqanlarla,mahnı və şüarlarla Türk Azərbaycan tələbə birliyi göstərərək öz həmvətənlərimizə uğurlar dilədik.
Səhəri gün bizi İRəliçilər irəli İctimai Birliyinin sədri Ceyhun Osmanlı ilə birgə Azərbaycanın Eurovisionun yayımlanmasına dəstək olan telekanla-İctimai kanalda iştirak edərək bir daha öz ugur mesajlarımızı inamımızı çatdırdıq.Və mən orada İrəliçi olaraq öz fikirlərimi bildirərək həmvətənlərimə ugurlar dilədim ,kecen günki aksiyada öz təəsüratlarımı paylaşaraq həmvətənlərimizə inandıgımi bildirdim-” Biz həmvətənlərimizə inanırıq ilk 5 likdə hətta Bu müsabiqənin gələn il ölkəmizdə kecirələcəyinə də inanırıq”-deyib fikirlərimi bildirdim.
Artıq yarış başladı hamı həyəcan içində xaricdə yaşayan dogmalarına dost tanışlarına səslənir dəstək gözləyir! çıxış baş verdi,Eldar və Nigar Odlar Yurdu təmsilçiləri mükəmməl çıxış etdilər! Vəəə ən həya\əcanlı an-Səsvermə.Səsvermə bitdikdən sonra sevinc gözyaşlarımı saxlaya bilmədim
Azərbaycan “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi oldu! Eldar və Nigar dueti 219 xal toplayıb və ən yaxın rəqiblərini xeyli qabaqlayıb. Bizə səs verən ölkələr
Rusiya – 12
Niderland – 6
Kipr – 8
Ukrayna – 10
Finlandiya – 5
İslandiya – 8
Slovakiya – 7
Avstriya – 8
Polşa – 8
İsveç – 3
San-Marino – 10
Türkiyə – 12
İsveçrə – 1
Yunanıstan – 5
Gürcüstan – 8
Fransa – 6
Xorvatiya – 10
Belarus – 6
Rumıniya – 10
Albaniya – 8
Malta – 12
Portuqaliya – 8
Macarıstan – 7
Litva – 8
Bosniya və Hersoqovina – 8
İsrail – 4
Estoniya – 8
Belçika – 3
Latviya – 3

Azərbaycan isə ən yüksək xalı Ukraynaya verib. Gürcüstan Azərbaycandan 10, Yunanıstan isə 8 xal aldı.

Vətənim haqqda dünya mətbuatı yazdı ,
Əl Cəzirə”: “Azərbaycanın Düsseldorfdakı “Eurovision-2011″-dəki qələbəsi əsl zəfərdir və bununla bağlı olaraq müsəlman qardaşlarımızı təbrik edirik. Bütün Avropanın tamaşa etdiyi bu müsabiqədə Azərabycan təmsilçiləri əsl şou göstərdilər və haqlı qələbəyə nail oldular”

“Associated Press”: “Azərbaycan təmsilçiləri geniş reklam edilmiş irlandiyalı əkizlərlə başqa favoritləri geridə qoyaraq ölkələrinin tarixində ilk dəfə olaraq “Eurovision” müsabiqəsində qalib gəldilər.
Son üç ildə Azərbaycan həmişə müsabiqənin ilk onluğunda yer tutsa da, indiyədək qələbəyə nail olmamışdı. Azərbaycan müsabiqənin favoritləri arasındaydı, amma o, tək favorit deyildi. Qələbəyə əsas iddialılar irland qardaşların dueti və fransız tenor Amori Vasiliy idi”.

“Kyodo”: “Azərbaycanın “Eurovosion-2011”-dəki qələbəsi Bakının böyük uğurudur. Bakı indi bayram edir və onların şənliyini anlamaq olar. Axı Düsseldorfdakı müsaqibədə Eldarla Nigar ölkə tarixində ilk dəfə olaraq qələbə çaldılar. Növbəti “Eurovision” Bakıda keçiriləcək”.

“Agence France Presse”: “Azərbaycan təmsilçilərinin Düsseldorfda keçirilmiş “Eurovision-2011″ müsabiqəsində qələbəsi haqlı zəfərdi. Eldarla Nigarın ifası əsl şou idi”.

ORT telekanalı (Rusiya): “Azərbaycanlı Eldarla Nigar mahnılarını oxuyanda səhnədə alov seli vardı. Axı Azərabycanın digər adı “Odlar diyarı”dır. Onların mahnıları çox xoş idi”.

TRT telekanalı (Türkiyə): “Eldar və Nigar duetinin mahnılarını ifa edəndən sonra Nigarın əlində Türkiə bayrağını yelləməsi ürəyimizi qürurla doldurdu. Dost və qardaş Azərbaycanı təbrik edirik”

“Milliyət” qəzeti: “Azərbaycan təmsilçiləri Düssüldorfdakı”Eurovision-2011″da bütün rəqibləri üstələyərək zəfərə nail oldular. Nigarın əlində Türkiyə bayrağını tutması isə bizi kövrəltdi. Eldarla Nigar bütün Türkiyə vətəndaşlarının ürəkləridə taxt qurdular”

“Reuters”: “Azərbaycan bu il 100 milyon insanın baxdığı və qulaq asdığı məhəbbət barədə mahnı ilə “Eurovisiln”a qalib gəldi. Müsabiqə Atlantik Okeanından Xəzər dənizinədək translyasiya olundu”

CNN: “Azərbaycan tarixində ilk dəfə “Eurovision” müsabiqəsində qalib gəldi. Ell/Nikki dueti kimi tanınan Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısını ifa edərək uğur qazandılar”

“The Wall Street Journal”: “Builki “Eurovision”un qalibi Azərbaycandır. Üç isveçli bəstəkarın bəstələdiyi mahnını ifa edən azərbaycanlılar hansısa başqa səbəblərə görə yox, məhz istedad və səylərinə görə qalib gəldilər”.

“Deutshe Welle”: “Düsseldorfdakı 25 ifadan sonra Azərbaycan təmsilçiləri Avropanın münsiflər heyətini heyrətə salaraq səhnəni qalib kimi tərk etdilər. Təxminən 125 milyon insan onları qələbəyə layiq bilərək 221 xal verdilər. Onların “Running Scared” romantik balladasını ekspertlər müsabiqənin lap əvvəlindən potensial qalib sayırdılar”.
Artıq hərkəs vətənimi tanıyır! Mən qalib Gəlmiş vətənin övladıyam! Mən ODLAR YURDU Azərbaycanlı olmamla fəxr edirəm!
Bu gün artıq vətənim qələbə sevincini yaşayır ! Eurovision 2012 vətənimdə keciriləcək və vətənimi tanımayan qalmayacaq!Qələbə sənə çox yaraşır dogma vətən! Qələbə günü mübarək!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: