“weBlog” | www.hamzayeva .com

İrəli İctimai birliyi ilə tanışlığım çoxdaaaaaa……..an Kütləvi informasiya vasitələrindən olsa da bu birliyə qoşulmaq , üzv olmaq aktiv gənclər sırasında olmaq nədənsə o zamanlar mənə əlçatmaz görünürdü ki,2 il öncə mən- fikirlərimi, ideologiyamı tam olaraq əks etidrən,gəncləri daha da vətənpərvər olmaga aşılayan bu  birliylə daha da  yaxından tanış oldum( İrəliyə necə gəlməmi İnşaallah başqa postda yazacam;) ki,istərdim bu yazımla sevinc hisslərimi çatdırım.

Blogla yaxın  tanışlığım məhz İrəli İctimai Birıiyində ,daha çox fəaliyyət göstərdiyim İnformasiya Texnologiyalar Mərkəzinin daha bir ugurlu layihəsi olan WeBlog -1 layihəsində oldu,Təlimçilərimizin köməyi ilə blog yaratmaq və yazmaq vərdişlərinə yiyələndikdən sonra ,Bloggerlər sertifikatlarla təltif olundularki,Bu haqqda da bir yazımı məhz belə sevinc hissi ilə yazmışdım.

May ayının 24ü “Country Chicken” restoranında Weblog-2 layihəsinin bağlanış və eyni zamanda Welog-3 ün açılış mərasimi keçirildi.40 nəfərin iştirak etdiyi və təxminən 3 aya yaxın davam edən layihənin sonunda iştirakçılar diplom və sertifikatlarla təltif olundu.Dostlarımın hamısı yaratdıqları  bloga görə  sertifikat və diplomlarla təltif olundular.Gün sürprizlərlə dolu idi,belə ki İRƏLİ İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzi mənə ( və WeBlog 1 dən 2 istirakçıya).com domenini hədiyyə elədi,bəlkə də düşünə bilərsiz ki domein almaq elə də çətin bir iş deyil düzdü,amma bu domeini Qazanmaq və məhz İrəli tərəfindən qazanmaq daha da xoş sürpriz oldu ki ,o an-adım çəkiləndə  keçirdiyim hiss və həyacanısonuncu dəfə  nə vaxt keçirdiyimi xatırlamıram …mmm xatırlayıram Debat Yarışlarında  :D

Günün sonunda ise Netty müsabiqesinin final merhelesi keçirildi.Finala İreli İB-nin 4 saytı vesiqe qazanmışdı. ireli.az ve xaricdetehsil.org saytları Netty 2011-in qalibi oldu.Bu hadisə sevincimi bir daha artırdı !

Sonda sitərdim bütün İrəliçiləri Netty qalibiyyəti münsaibətilə təbrik edim və Həmçinin bugünki xoş sürprizə görə- İTM kollektivinə,hamınıza ,dərin təşəkkürlər!

Şərhlər bağlıdır.

%d bloqqer bunu bəyənir: