Tütünə birgə “YOX” deyək!

Əhatəmdə olan dost tanış və tanış olmayan insanların Tütün çəkmək vərdişini nəzərə alaraq İrəli Gənclik Mərkəzində Tütünə Yox Deyək adlı layihədə tütünün insan orqanizminə vurdugu ziyanları öyrənərək yazıram bu postu.Bəlkə oxuduqdan sonra bu zərərli vərdişdən əl çəkərlər .Kim bilir?!:)
Azərbaycan Tibb Assoaiyasiyasının TÜTÜNƏ YOX DE gənclərin sağlamlığı layihəsi
27 və 31 may 2011 ci il tarixlərində Azərbaycan Tibb Assosasiyasının TÜTÜNƏ YOX DE ! gənclərin sağlamlığı layihəsi çərçivəsində 31 may-Dünya tütünlə mübarizə günü nə həsr edilmiş tibbi maarifləndirmə seminarı və yekun konfransı keçirildi .İlk tədbirdə məndə iştirak etdim belə ki ilk tədbir 27 may 2011 ci il tarixində İrəli Gənclik Mərkəzinin Şuşa zalında yekun tədbiri isə 31 may 2011 cil Astara şəhəri Gənclər evində baş tutmuşdur.
Layihənin məqsədi Ümüumidünya Səhiyyə Təşkilatının 31may Dünya Tütünlə Mübarizə Gününə həsr edilmiş tibbi maarifləndirmə seminarı və konfransında iştirak edən gənclərə ( Həmçinin mənə) tütünün insan orqanizminə vurduğu zərər və siqaret çəkən şəxsin özü ilə bərabər digər insanların da sağlamlığına ziyan vurması haqqında geniş və vacib tibbi informasiya verməkdir.
Ümumi Məlumat
Dünya tütünsüz günü
1988-ci ildən 31 may tarixi Dünya Səhiyyə Təşkilatı tərəfindən Dünya Tütünsüz Günü( World No-Tobacco Day) kimi qeyd edilir.Dünya tütünə qarşı mübarizə gününü qeyd olunması insanları,dövlətləri,vətəndaş cəmiyyətlərini bir arada birləşdirib,tütünün sağlamlığa vurduğu zərərə qarşı mübarizəyə ruhlandırır.
Dünya səviyyəsində törətdiyi ölüm səbəbinə görə siqaretçəkmə ürək damar xəstəliyindən sonra ikinci yeri tutur və hal hazırda yetkinlik yaşına çatmış insanların hər 10 nəfərindən birinin həyatının itməsinə gətirib çıxarır.
Tütün öldürür!!!
Faktlar və rəqəmlər
Ümumdünya səhiyyə Təşkilatının hesablamalarına görə -Hazırda dünyanın 1 milyard kişi 250 milyona qədər qadın siqaret çəkir!Tütün məhsulları hər 6 saniyədə bir insanı öldürür!Tütün məhsulları 20 ci əsrdə 100 milyon insanın ölümünə səbəb olmu.dur 21 ci əsrdə 1 milyard insanın ölümü ilə nəticələnəcək!
Orta hesabla siqaretçəkmə insan ömrünün 15 il qısaldır!
Tütünün tərkibində nikotindən başqa insan orqanizmi üçün təhlükəli sayılan 7000-nə qədər toksiki-kimyəvi maddə var!
Tütün Bu və bu kimi bitməz ziyanlar edir insan saglamalığına! Sən hələ də bu zərərli tütünü çəkməkdə qərarlısan??Nəticə çıxarmaq özünündür!

1 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. Sinare
    Apr 02, 2016 @ 16:20:36

    Siqaret cekmek saglamliga ziyandi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: