Diqqət!Azərbaycanlı İnternet istifadəçilərin nəzərinə!


Bu yazını copy pate eləmək qərarına gəldim,Sözü gedən məsələ məni çox narahat etdiyi üçün düşündümki,paylaşım və xəbərdar olmayan insanlar da nə isə edə bilsinlər.
Son 2 gündə Facebook-da ən çox danışılan məsələlərdən biri də Google Translator-də ”Qarabağ” sözünün tərcüməsi məsələsidir. Bəziləri bunu ermənilərin hazırlamış olduğu provakasiya kimi qələmə verərək əks addımlar atmağa çağırırlar. Bu qısa postda məsələ ilə bağlı bir neçə məqama aydınlıq gətirməyə çalışacağam.

Azərbaycan dilində “Qarabağ” “Armenia” kimin tərcümə olunur günahını yanız Azərbaycan istifadəçilərindədir!

Google Transtatorda azərbaycan (eləcə də erməni) dilləri BETA versiya olduqları üçün istifadəçilər tərəfindən təkmilləşdirilir. Necə ki, istifadəçilər Wikiperida-da hansısa dildə məqalə yazır və ya kimsə Facebook-u hansısa dilə tərcümə edir, burada da eyni proses baş verir. İndiki halda hansısa erməni daxil olaraq tərcüməyə “Armenia” kimi daxil edib və hal-hazırda tərcümə bu formada göstərilir.

Bizim günahımız ondadır ki, biz vaxtında daxil olub bu tərcüməni birinci etməmişik.

Bizim günahımız ondadır ki, İnternet biliklərimiz çox zəifdir və onlar təkmilləşdirməyə həvəs göstərmirik.

Bizim günahımız ondadır ki, İnternet bilən uşaqlar 2 cəbhədə döyüşürlər – bir tərəfdən ermənilərlə, digər tərəfdən daxilimizdəki “ermənilər” – şərəfsiz manqurtlar və mutant bloqqerlərlə və çox təbii haldır ki, heç də hər zaman bütün məsələlərə lazım olduğu qədər diqqət yetirmək olmur.

Əslində bu problemin həll çox sadədir. Qısa vaxt ərzində kütləvi sayda istifadəçi tərcümədə dəyişiklik etməlidir. 400-500 nəfərin düzgün tərcümə əlavə etməsi işləri qaydaya salacaq.

Etməli olduqlarınız isə:

1. “Qarabağ” sözünü azərbaycancadan ingilis dilinə (və rus) tərcümə edin.
2. “Armenia” sözü yazılandan sonra o sözün üstünə klik edin. Şəkildə göstərildiyi kimi orda əlavə 2 “Qarabag” yazılmış 2 variant gələcək. Onlardan birinci yazılmış “Karabakh” variantını seçin. (rus dilində isə boş sahəyə “Kарабах” yazın). Nə qədər çox adam bunu etsə, yəni googla-a tərcümə üçün bu variantı təklif etsə, tərcümə həmin istiqamətdə dəyişiləcək.

Daha peşəkarlar isə Translator Toolkit-dən istifadə edə bilər.

Ümid edirəm ki, birgə səylərimiz nəticəsində problemi tezliklə həll edəcəyik.

BU yazının müəllifindən şəxsən icazə almasam da müəllif hüquqları qorunması üçün ad qeyd etmək zəruridir.
@ copyright_Rauf Mardiyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: