YouTube Downloader (YouTube videolarını yükləyin)

Youtube video serveri günümüzdə ən məşhur video yayımlayan internet səhifələrindən biridir. Bir çoxlarımız gündəlik olaraq bu ünvanı yada salırıq. Əksər hallarda videoları bəyənirik və daha sonra baxmaq və ya dostlarımıza göstərmək üçün videonu əldə etmək istəyirik. Bu istəyinizi reallaşdıran proqram var.

Bu sadə və pulsuz proqramı yaxşı dəyərləndirin. Bu proqram iki əsas xüsusiyyətə malikdir. YouTube saytından əsas olaraq (.FLV) formatlı faylları(videoları) yükləmək və onları digər formatlara çevirmək. PROQRAMI BURADAN YÜKLƏYİN

Proqramın istifadə qaydası

Video yükləmək üçün: 
1.YouTube saytında videonun səhifəsində URL adresini kopyalayayırsınız 
(misal: http://www.youtube.com/watch?v=VmFZFP9g8L0)
2.Əslində proqram kopyaladığınız URL adresini avtomatik olaraq qəbul edir. 
Bilməniz üçün deyirəm ki, əldə etdiyiniz URL linkini “Enter video URL” bölməsinə daxil edirsiniz və “OK” düyməsini sıxırsınız.
3.Yüklənəcək videonun hansı sənədin içinə yüklənməsini təyin edirsiniz.

Video formatını dəyişmək üçün:
1.Proqramın əsas pəncərəsindəki “Convert video (previously downloaded) from file” bölməsini seçin.
2.”Select video file” bölməsindən daha öncə kompyuterinizə köçürdüyünüz videonu seçin.
3.”Convert to” bölümündən çevirəcəyiniz formatı seçin. (hər sistemdə aça bilməniz üçün .wmv və ya .avi formatları tövsiyyə olunur)

2 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. daypoint
    İyl 18, 2011 @ 15:40:46

    bunu ucun youtube-un ozunun qeydiyyatinda olmag lazimdi yoxsa ferqi yoxdu onun?

  2. Can Turan
    İyl 22, 2011 @ 09:27:25

    ən yaxşısı dovvnload masterdi eləə ehtiyac yoxdu url copy pastinəə :> istədiyin keyfiyyətdə avtomotik skacka verir

Bir şərh yazın