Mənim Azərbaycanım-FotoArt

Layihənin adı: “Mənim Azərbaycanım” 

Keçirilmə müddəti: 14 iyun – 26 iyun

Tərəfdaşlar: “İRƏLİ” İctimai Birliyi

Layihənin məqsədi: Gənc fotoqraflara dəstək

Hədəf qrupu: Yaradıcı gənclər

Fəaliyyət növləri: Foto və Mobiloqrafiya

Mən İrəli İctimai Birliyinə 2 il öncə üzv oldugumda məhz o gün və bu gün də bu birliyi mənim üçün təmsil edən ən dəyərli cəhətlərdən biri  məhz=-Biz, milli-mənəvi dəyərlərə, dininə, dilinə, tarixinə hörmət edən vətəndaş obrazı yaradan təşkilatıq deyə cümlə idi,Bura qoşuldugumdan sonra bunun cümlə deyil əməldə görülən iş prinsip olduguna əmin oldum və bu gün də bunun şahidiyəm.

Bu günə qədər 59 dan çox həyata keçirilən layihələrin əksər qismi biz gənclərə vətənpərvərlik hissini aşılamaq və bu hissin aliliyini müqəddəsliyini daha da artırmaqdır.

9 İyun 2011 tarixində İrəli İb “Mənim Azərbaycanım” fotomüsabiqəsinə start verdiki bu müsabiqədə vətənimi tərənnüm edən gözəl şəkillərin İrəli İctimai Birliyinin Facebook səhifəsində istfadəçolər tərəfindən bəyənilməsinə əsaslanmışdı.“İRƏLİ” İctimai Birliyinin rəsmi Facebook səhifəsində həyata keçirilən müsabiqədə iştirak üçün 100-ə yaxın iş təqdim olunmuş və onlardan yalnız 56-sı müsabiqədə iştirak hüququ qazanmışdır. 2 həftə boyunca davam edən səsvermədə 12 000 nəfərdən çox insan iştirak etmişdir. Bu indiyə kimi keçirilən müsabiqələr arasında mütləq rekorddur.Təbiiki qalibləri mükafat gözləyir özdə nə mükafat🙂

  • Mükafat fondu:
  • Müsabiqənin qalibi – Apple iPad
  • II yerin sahibi – BlackBerry smartfonu
  • III yerin sahibi – Sony CyberShot fotokamerası

Beləcə qaynar yarışma başladı,Vətənimizi tərənnüm edən bi birindən gözəl şəkillər bəzəyirdi səhifəni:)    Mənim Azərbaycanım Albomunda olan şəkillərdən ən çox bəyənilən( Like olunan )Müsabiqənin qalibi oldu .

Və nəhayət 3 avqust 2011-ci il tarixində Müasir İncəsənət Mərkəzində “İRƏLİ” İctimai Birliyinin FotoArt layihəsi çərçivəsində həyata keçirdiyi “Mənim Azərbaycanım” müsabiqəsinin bağlanış və təltifetmə mərasimi keçirilmişdir. Mərasimdə “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı, birliyin fəalları, müsabiqə iştirakçıları və qalibləri, həmçinin media nümayəndələri iştirak etmişlər.Tədbiri giriş sözü ilə açan Ceyhun Osmanlı ilk öncə dəvətliləri salamlamış və qeyd etmişdir ki: “İki həftə boyunca davam edən və 17 000 nəfərin qatıldığı “Mənim Azərbaycanım” müsabiqəsi bugünə kimi Azərbaycanda keçirilmiş ən böyük virtual müsabiqədir”.”Sonra “İRƏLİ” İctimai Birliyinin ən gənc üzvlərindən biri olan, 2011-2012-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanında maksimum-700 ballıq nəticə göstərmiş Ləman Məmmədovaya “İRƏLİ” İctimai Birliyi tərəfindən təsis edilmiş fəxri fərman və hədiyyə olaraq kompüter təqdim olunmuşdur.Daha sonra fotomüsabiqənin ilk 10 yerinin sahibinə müsabiqədə fəal iştiraklarına görə diplom, ilk 3 yerin sahibləri: Hüseyn Məmmədov, Rəfiqə Qasımova və Vüqar Qasımzadəyə  isə mükafat fondunda olan hədiyyələr (müvafiq olaraq Apple iPad, BlackBerry smartfonu və Sony Cybershot kamerası) təqdim olunmuşdur.

Müsabiqə iştirakçılarının layihəyə təqdim etdikləri fotolardan təşkil olunmuş sərgi qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Qalibləri mən də öz adımdan təbrik edirəm!

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: