Mənim “İRƏLİ”dəki Yolum

[slides

Mən bu Postu çoxdan yazmaq istiyirdime …Niə yazmırdım? Bilmirəm…Amma deyəsən necə başlayacağıma qərar verə bilmirdim indi də qərarsızam amma yaza yaza cümlələr özü gələcək,Əminəm buna.Çünki nə vaxtsa ürəkdən səmimi qəlbdən nitq söyləyəndə,Kiməsə nəsə yazanda cümlədəki sözlər səndən qeyri ixtiyari düzülür..indi də elə olacaq ,çünki mən bu yazımı İrəLi İctimai Birliyi ,Mənim Burda qazandıqlarım haqqda ümüumiyyətlə hər şey haqqda  yazmaq istəyirəm.

Bu günə qədər yadımdadır İrəli haqqda ilk dəfə İctimai Televiziyada yayımlanan Xəbərlər proqramında Yay Universiteti haqqda yayımlanan süjetlə məlumat almışdım

Məlumatsız idim …ona görə beynimdə suallar yarandı -“Bu nə təşkilatdı görəsən? harda yerləşir? ora necə üzv olurlar?orda kimler var? üzv olmaq pulludu görəsən ?”heç bir sualıma cavab ala bilmridim ((Çünki o vaxtlar mən 1 ci kursa təzə qəbul olmuşdum,Universitet patok dekan rektor prorektor seminar mühazirə sözlərini təzə əzbərliyirdim))))Məlumat əldə etmək üçün isə internetə çıxışım yox idi…((

Amma bu video roliki izlədikdən sonra həmişə başqa ölkələrdə gördüyüm gənclər birliyinin Azərbaycanda fəaliyyət göstərdiyini bildim və…və başladım İrəli haqqda məlumat öyrənməyə-Universitet dost tanış.Aha,öyrəndim ki “Ora gənclər mərkəzidir,ora qəbul olmaq ödənişsizdir ,maraqlı layihələr maarifləndirici seminarlar” deyəndə artıq axtardgımın məhz İrəli olduguna qərar verdim.:).

Qış ayları,DeBata hazırLaşan vaxtlarımız idi( Komputerimi bu vaxtlarda aldım və İrəli haqqda daha çox məlumatlı oldum) ,Bizim Debat Təlimçimiz-Ədalət Şahbazov(P.S.hər kəsin fb də Edik kimi tanıdıgı))məni və bir neçə dostlarımızı İrəliyə üzvlüyə apardı,(Yeri gəlmişkən Edik,Həmişə dediyim kimi burdan da sənə təşəkkürlərimi bildirirəm)Dekabr ayının 20 idi.hmmm.Bura ora idi-Mənim üzvü olmagımı arzuladıgım təşkilat,Gənclər birliyi!Həyəcanlı idim…Birdən məni qəbul eləməzləree “-deyə deyə hamını bezdiridiyim indiyə qədər yadımda:D

Qəbul üçün ərizə akentləri paylanıldı yazdıq və gedirik aşağı müsahibə almaga…”Ay Allah?Görəsən nə soruşacaqlar”(Mən yenə hamını bezdirirəm:D )- deyə deyə gəldik asagıya.Burda isə -Vüsal Bəkirov Və İlkiz İsgəndərli oturmuşdular,Müsahibə almagı gözləyirdilər.Qış ayları olmasını,Havanın tez qaralacagını və üzvlüyə gələnlərin əksəriyyətinin bəylər yalnız 3 xanım oldugunu nəzərə alaraq yekdilliklə FİRST LADİES dedilər.Vaaayy!:D o həyəcanım indiyə qədər yadıma gəlir ))))Ən birinci cəsarət eliyib getdim əyləşdim ,müsahibə ugurla kecdi))

Həəə suallara cavab verəndən sonra qayıtdıq evə,Çox keçmədi cavab gəldi.” Siz İrəli İctimai bİrliyinə üzv olmusunuz Sizi gələcək layihələrdə görmək arzusu ilə”  Bu mesajı oxuyanda qışqırdıgım səs hələ də yadımdadı sevinmişdim çooooox..

Üzv olaraq çox həvəslə qoşuldum layihələrə-ilk qoşuldugum layihə isə-“22 May Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya  idi.Getdikcə ofisə daha tez tez gedərək layihərə daha çox qoşulmaga yeni insanlar dostlar tapmaga başlayırdım.

Və 7 May 2010-cu il, “İRƏLİ” İctimai Birliyinin Bakı şəhərində növbəti ofis mərkəzinin açılış mərasimi keçirildi,Yeni Mərkəzdə  gəncliyin özünü hər istiqamətdə sınaya biləcəyi sahə var idi (İndidə var amma yeni ünvanda)-“İRƏLİ” Kitabxanası, “İRƏLİ” Radio, “İRƏLİ” Prodakşn, “İRƏLİ” Tədqiqatlar Mərkəzi, “İRƏLİ” Tarix Mərkəzi, “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi, “İRƏLİ” Hüquq Mərkəzi, “İRƏLİ” Beynəlxalq Əlaqələr Mərkəzi, “İRƏLİ” Xarici Dillər Mərkəzi fəaliyyət göstərəcəkdi.Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev, millət vəkili Qənirə Paşayeva, millət vəkili İlham Məmmədov, Bakı şəhəri Gənclər və İdman idarəsinin rəisi Raqif Abbasov, BMT-nin beynəlxalq eksperti Kamil Nabusi, Palitra qəzetinin baş redaktoru Namiq Əliyev, “Novco” şirkətlər qrupunun prezidenti Fərid Novruzi, BMT-nin turizm proqramı üzrə Azərbaycandakı nümayəndəsi Faiq Qürbətov, BMT-nin narkotiklərlə iş üzrə proqramının Azərbaycandakı nümayəndəsi Məzahir Əfəndiyev, doktor Vüqar Yaqublu, Azərbaycan-Almaniya cərrahlar ittifaqının sədri Qurban Müslümov, Azərbaycan Kənd Bələdiyyələri Assosiasiyasının sədri Əli Mehdiyev, “İRƏLİ” İctimai Birliyinin həmtəsisçisi, AFFA futbol akademiyasının meneceri Elnur Məmmədov, “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı və digər əməkdaşlıq etdiyimiz qurumların təmsilçiləri və əlbəttə ki,Məndə iştirak etdim🙂 Çox keçmədi yeni ofis bizə dogmalaşdı,İnformasiya texnologiyalar Mərkəzinin keçirdiyi İT təlimlərdə iştirak edərək mən İt haqqında biliklər qazandım və öz ilk İT müəllimlərimi tanıdım -İmam Quliyev(Layihələr üzrə koordinator)Eldar Mirzəliyev(“İRƏLİ” strukturları ilə iş üzrə koordinator)Xaqani Fərəcov-(Xarici əlaqələr üzrə koordinator)Elçin Aşurov(Yaradıcı işlər üzrə  koordinator)Sahil Balazadə(web developer) Qoşqar Hüseynov,Sərxan Şükürov,Aytən Əsədullayeva-Təlimçilərimiz idi,Bundan əlavə İT təlimlərdə tanıdıgım insanlar dostlarım oldu VƏFAlı (Vəfa Rüstəmova)) insanlarım,o insanlarki mənə onları İRƏLİ tanıtdı.Hər təlimlərə qoşulduqca ətrafımda yeni dostlar oldugunun şahidi olurdum-Hansiki hal hazırda o dostlarımın adı  ən çətin anımda məsləhət ala biləcəyim insanlar sırasındadırlar!

Bundan əlavə İrəlidə keçirilən hər tədbirdə iştirak edərkən çooxdan görmədiyim sinif yoldaşlarım tanışlarımı ,Qohumları da görürdümki,Bunun da öz maragı var…:)

Təlimlər artıqca İT sahəsinə olan maragım da artırdı,getdikcə dostlarımdan təlimçilərimdən yeni İt biliklər əldə edirdim.Sonra  İtm strukturda pr koordinatorlardan biri oldum bu gündə bu fəaliyyətimi davam edirəm🙂

və mən bu blogu da blogda yazmaq bacarigini da İrəliylə İtm də öyrəndim +)Bu domeini də İrəlidə qazandım…

Sonra İrəli Xarici Dillər Mərkəzi İlə tanış oldum,Bura da çox maarqlı idi -İxtisasımın ingilis dili oldugunu nəzərə alaraq XDM in rəhbəri -Layla Sharifova mənə İngilis dili müəlliməsi olmamı təklif etdi “,kim mən?!Yooo bacarmaram”–deyə deyə bu yolda da təcrübə qazanaraq universitetdə keçirilən təcrübələrdə artıq əla qiyməti almaga başladım:)

“Mən heç vaxt Pedagog olmayacam deyirdim “-İrəli XDM mənə bunun sadəcə dildə deyilən söz oldugunu və mənim bu sənəti necə sevdiyimi sübut etdi.

Artıq 2 il olacaq İrəlidə olmagımdan,Dönüb arxaya boylandığımda bu 2 il ərzində çox şey qazandıqlarımı görürəm-İstənilən sahə üzrə olan biliklə yanaşı qazandıgım DOSTLARIM mənə əziz olan insanlar!!!Siz!!!İRƏLİ mənə sizləri tanıtdı!

İrəlidə keçirilən layihələrdə çalışıram hamısında iştirak edim (Amma heyifki bəzi məqamlar olur-Məsələn bu gün WeBlogla komandası ilə Qubaya gedə bilmədim ,alınmadı((  ) nəisə …

İRƏLİ mövcud olan gündən bütün regionları əhatə edən layihələr keçirdir. Bunun nəticəsi kimi hər bir bölgədən savadlı və prekpektivli gənclər üzə çıxır,Məndə bu birliyin üzvüyəm və mənim özümü bir şəxsiyyət kimi formalaşmamda İRƏLİnin böyük rolu oldu.

Mən sıradan sizin kimi bir gəncəm amma İrəliçi  bir gəncəm!Və həmişə də bununla da qürur duyuram!Çünki İrəli Məhz vətənimiz üçün yararlı vətəndaş yetişdirir!

Mövzuya başlarkən sözlərin qeyri ixtiyari düzüləcəyinə əmin idim!Elə də oldu!Çünki mən bu postu Ürəkdən  yazdım🙂

p.s.İrəli indi bu ünvandadır-

“İRƏLİ” Gənclik Mərkəzi

Ünvan: Sabir küç 3, İçərişəhər, Bakı, Azərbaycan

Telefon: (+99412) 4928045

Faks: (+99412) 4924806

E-poçt: ireli@ireli.az

Web: http://www.ireli.az

Mən öz yolumu seçdim !Bəs siz?!

İrəliyə qoşul!

20 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. daypoint
    Avq 14, 2011 @ 13:06:20

    Super post:)InwAllah ugurlarivin davami geler.Hemiwe IRELIde!P.S.Irelide tanidigim ve daniwdigim ilk insanlardan biri de sen olmusan))mene en cox destey olan da sen olmusan.sene coxlu tewekkurler.herweye gore🙂

  2. Ayten Bdu
    Avq 14, 2011 @ 13:11:23

    Caan, nece ureyden yazmisanee, Konka🙂 Bir nefese oxudum, baxmayaraq ki, yazilanlarin coxun bilirdim😉 Tamamile raziyam, IRELI her bir gencin tereddud etmeden, tam eminlikle addimlaya bileceyi bir yoldur…

  3. NigarAn
    Avq 14, 2011 @ 15:15:13

    Duygulandım…. )) Uğurlar sənə hər zaman!

  4. cennetmekani
    Avq 14, 2011 @ 18:08:38

    Könül, qazandığın hər bir uğura görə təbriklər. Mən də irəliyə üzvlük üçün gələndə eyni həyəcanı və qorxu hissini keçirirdim. Cavabı gözləmək həyəcanımı hələ təsəvvür etmirsən. Mənə ilk kömək edən şəxs Aytən BDU oldu. İndidə kömək etməyə davam edir. Çox sevinirəm ki, sizin kimi gənclərlə birlikdəyəm

  5. Hamzayeva
    Avq 15, 2011 @ 07:15:23

    Super günün olsun oxudugun üçün təşəkkürər!Neynəmişəmki Əsmər,Mənə də indi yanımda olan dostlarım dəstək olmuşdular,Nə vaxt nə köməklik lazım olsa əlimdən gələni etməyə hazıram!

  6. Hamzayeva
    Avq 15, 2011 @ 07:16:19

    Çox sagol Aytəş!Səndə İRƏLİnin mənə qazandırdığı ən dəyərli insanlardan birisən!

  7. Hamzayeva
    Avq 15, 2011 @ 07:18:24

    Sənə də Nigar:) Sənlə də Məktəb İllərindən sonra ilk dəfə İRƏLİdə qarşılaşmışdıq,Necə sevinmişdik yadında ?!:)

  8. Hamzayeva
    Avq 15, 2011 @ 07:20:44

    Çox sagol Nərmin məndə səni ugurlarına görə təbrik edirəm !Biz hamımız bir birimizə dəstək oluruq və olmalıyıq çünki adını daşıdıgımız bir amal var-Azərbaycan Gəncləri!Oxudugun üçün təşəkkürlər:)

  9. nerminabdullayeva
    Avq 15, 2011 @ 10:13:51

    postun lezzet eledi)) seninle Irelide taniw olduq,ITM-de :)) really happy for that:)

  10. Samiran
    Avq 15, 2011 @ 11:08:34

    Belə səmimi və sevgi dolu postu üzdə təbəssüm olmadan oxumaq qeyri-mümkündü. Mən də İrəli-yə ən azı sənin kimi dostlar qazandığıma görə borcluyam (ən azı).🙂 Bundan sonra da uğurlar sənə, əzizim. 🙂

  11. Hamzayeva
    Avq 15, 2011 @ 11:16:54

    Nərmiş yadıma gəlirsən sən İT təlimlər idi-Bizə Delphi öyrətməli idin =) i’m also very happy my dear🙂

  12. Hamzayeva
    Avq 15, 2011 @ 11:20:01

    Oxudugun üçün çox sagol Samiii ,Əslində çoxdan yazmalı idime yaxşıki dünən Qubaya getmədim yazdım😀😀😀
    Bu post hamını düşündürdü deyəsən😉
    Sənə də ugurlar =)

  13. nigar
    Avq 15, 2011 @ 14:41:32

    ugurlar…hec vaxt bu “ireli”leyisinde lengimeyesen!heqiqetende sende boyuk deyisiklikler, ozune guven yaranib.boyuk addimlarla irelilemeyi davam et

  14. IRELI_ITM
    Avq 15, 2011 @ 15:36:02

    Gözəl posta görə Təbriklər Konul🙂 Biz səni çox istəyirik. Sən bundan da böyük ugurlara layiqsən

  15. Hamzayeva
    Avq 16, 2011 @ 08:10:29

    Çox sagol Niguş,Oxuduguna görə- Səni də Nəhayət İRƏLİ də görmək arzusu ilə:)

  16. Hamzayeva
    Avq 16, 2011 @ 08:11:29

    Çooo saol İTM 🙂

  17. Edik Qasimov
    Avq 17, 2011 @ 10:58:19

    Konul evvela seni tebrik edirem,Elde etdiyin ugurlar ucun.Inshallah davami gelsin.Men hemiwe deyirem,yene deyecem,hecne etmedim men.Sadece senin her zaman arzu etdiyin Irelinin yolunu gosterdim.Yenede her wey ucun urekden tewekkurler….
    P.S.Seni Ireliye apardigim gun,ad gunum idi))

  18. Hamzayeva
    Avq 17, 2011 @ 12:06:48

    Co saol Edik sene de her zamanki sonsuz tewekkurler ve ugurlar arzulayiram🙂
    P.S Yadimdaaaaaaaa🙂 metroda bilmisdik sen egdenden sonra,Duzdu 1az gec bildim duzdu amma ki bildim😀

  19. cemile
    Okt 29, 2011 @ 16:06:09

    salam men sizin her yazdiginizi boyuk zovqle oxudum her kese heyatda ugurlu nailiyyetler arzulayiram hemcinin de size,men bilmek isterdim siz yazmisiniz orda sual cavab edirdiler men heyecanli idim ne suallari verilir ki? men de bilmek isterdim

  20. Hamzayeva
    Okt 31, 2011 @ 07:05:08

    Salam Oxudugunuz üçün təşəkkür edirəm🙂
    Sual cavab deyərək sizi qorxutmayım ) Adi suallar-Kimsiniz harada oxuyursunuz və s.
    Sizə də uğurlar .

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: