Kiçik bir dərs

— Atam gəldi. Uraa!!!
— Gəl görüm, qucağıma. Ay səni dəcəl, günü gündən böyüyürsən. Belə getsə, səni qucağıma ala bilməyəcəm. 
— Bəli, mən böyük kişiyəm artıq.Bu gün də beş dənə beş aldım.
— Nə gözəl. Afərin sənə. Həmişə belə davam elə. Söz verirsən?
— Başüstə, amma sən də velosiped alacağına söz ver.
— Söz, alacam. Qoy gedim əllərimi yuyum. Gələrəm söhbət edərik. 
— Anam süfrəni açıb.
— Get, mən də gəlirəm. yaxşılıq edin ki,yaxşılıq görəsiniz— Hə de görüm günün necə keçdi?
— Ata bilirsən bu gün Vasiflə dalaşdıq. Birinci o başladı. Məni itələdi. Mən də yıxıldım, sonra durub onu vurdum.
— Yaxşı eləmisən. Qoyma səni vursunlar. Heç vaxt.
— Yaxşı eləmişəm? Amma müəllimə dedi ki, düzgün hərəkət eləməmişik. Dedi ki, «Allah insanlara şüur verib, dil verib. Aranızda nə varsa, danışaraq həll edin. Dalaşaraq nəyisə həll etmək insan olmayan varlıqlara aiddir.» Düz deyir ata?
— Hhhəə… Düz deyir.
Ata nədənsə qızardı. Simasında az öncə yaranan hirs, əsəb bir anda yox oldu.
— Ata bu gün biz inşa yazdıq.
— Həə. Nə inşası?
— ” Böyüyəndə kim olmaq istəyirsiniz?
— Sən nə yazdın?
— Yazdım ki, atam kimi həkim olacam.
— Afərin sənə.
— Sonra yazdım ki, çoxlu xəstələrim olacaq və mən də onları atam kimi sağaldacam. Kasıblardan pul almayacam. Onları pulsuz sağaldacam. Ehtiyacı olanlara pulsuz dərmanlar verəcəm. Çünki mənim atam belə edir. 
Atanın iştahı nədənsə kəsildi. Çətinliklə nəfəs alırdı. Niyəsə artıq oğlunun söhbətinə qulaq asmaq istəmirdi. 
— Müəllim inşanı oxudu və məndən sənin adını soruşdu. Mən də dedim. Sonra dedi ki,:” Atana denən halal olsun. Dünya da belə insanlar azdır. Əsl vəzifəsini unutmayıb.”
Oğlu süfrədən durub atasını bərk- bərk qucaqladı və ” Mən də böyüyəndə sənin kimi olacam.” dedi. Ata oğlunu qucaqlayıb, başının sığalladı. Zorla gülümsədi. Sonra yeməyini bitirmədən durub ağır addımlarla kabinetinə getdi. Stulunda əyləşib dərindən nəfəs almağa çalışırdı. Ürəyi sıxılırdı. Gözü masanın üzərində olan övladının şəklinə sataşdı və beynində «Mən də böyüyəndə sənin kimi olacam» sözləri əks olundu. 
— Allahım mən neynirəm?
Əlinə telefon dəstəyini götürüb. Işlədiyi xəstəxanaya zəng vurdu.
— Alo, Nazilə xanım. Dünən gələn xəstəyə zəng vurun. Deyin indi təcili xəstəxanaya gəlsin əməliyyat olunacaq. Otağı da hazırlayın mən də gəlirəm.
— Axı demişdiniz pulu gətirməsələr əməliyyat olmayacaq. Onlar hələ pulu ödəməyib. 
— Nə deyirəm onu eləyin. Çatdırın ki, pul lazım deyil. Təcili olaraq gətirsinlər. 
— Burda da heç kim yoxdur. İş saatı bitib. 
— Zəng eləyin hamını yığın. Həkimlər üçün iş saatı olmur. artıq söz istəmirəm. Mən gələndə hər şey hazır olsun.
— Başüstə.
Maşınına əyləşib xəstəxanaya tərəf sürdü. Yol boyunca dünən yanına gələn xəstə və onun yaxını ilə olan söhbəti xatırladı. 
— Ancaq əməliyyat olunmalıdır. Müalicə gec ola bilər. Nə qədər tez əməliyyat olunsa, o qədər yaxşıdır. Pulu ödəyin qalanı bizlikdir. 
— Ağrıları çoxdur. Dözə bilmir. Bu gün əməliyyat eləsəniz. Mən sonra pulu gətirəcəm.
— Xanım, bura sizin üçün mağaza deyil ki, nisyə dəftərimiz olsun. Burda yazılan dərmanları alın verin ağrısı azalacaq. Pulu ödəyən kimi də əməliyyat olunacaq. 
— Qurban olum. Mən bu qədər pulu 2-3 günə necə tapım? Hardan tapım? 
— Orası bizlik deyil. 2-3 gün olmasın bir həftə olsun. Sizin xəstəniz əziyyət çəkir.
Bütün bu söhbətləri xatırladıqca utanırdı. Alnından tər muncuq- muncuq axırdı. Hələ indiyə qədər belə vicdan əzabı çəkməmişdi.
— Hamı burdadır?
— Bəli. Xəstəni də gətiriblər. əməliyyat otağı da hazırdır. 
— Lap yaxşı. Başlayaq.
Əməliyyat uğurlu keçmişdi. Xəstəyə dərman verildiyinə görə hələ ayılmamışdı. Səhətini yoxlamaq üçün otağa girdi. O gün söhbət elədyi xanımı gördü. Başını aşağı saldı. Bu yaşına qədər hələ heç kimdən üzr istəməmişdi. İstədi ki, söhbəti yayındırsın üzr istəməsin, amma yenə oğlunu sözləri yadına düşdü. «Mən də böyüyəndə sənin kimi olacam.» 
— Xanım bağışlayın. O günkü söhbətə görə çox utanıram. Hər şey bir kənara öz insanlıq vəzifəmi unutmuşam. Bu hərəkətimdən dolayı üzr istəyirəm. 
— Allah bağışlasın. Hamımızın gözünün tutulduğu an olur. Əsas odur ki, gec olmadan fərqinə varaq.
— Haqlısınız. Bir azdan ayılacaq. Bu dərmanları götürün. İçində kağız var. Yazmışam ki hansını nə vaxt qəbul etməlidir. Gələn həftə yoxlanışa gətirərsiniz.
— Oldu. Hər şeyə görə çox sağolun. 
— Borcumuzdur. Sadəcə unutmuşdum.
— Oğlunuz sizinlə öyünməkdə haqlı imiş. İnşallah dediyi kimi gələcəkdə sizin kimi bir insan olar. O sizə qibtə edir.
— Siz…?
— Bəli mən oğlunuzun müəlliməsiyəm. Allahın işi bu… Qismət deyək. 

Həyatda hər şey biz insanlar üçündür. Səhv addım ata bilərik. Ömrümüzün sonuna qədər belə olmalıyıq deyə bir qayda yoxdur. Əsas odur ki, elədiyimiz səhvi görüb gec olmadan düzəldək və dərs götürək. Neçə yaşında olursaq olaq daima ətrafdakı insanlardan doğru yolu öyrənə bilərik. Hətta 8 yaşında olan oğlandan belə….
Həmçinin bilin ki, Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir.
Müəllif:Şəbnəm Hümbətova

16 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. Elnur Kelbizadeh
    Sen 25, 2011 @ 06:29:55

    Sadəcə və sadəcə əla yazıdır. Çox təsirləndim.

  2. nerminabdullayeva
    Okt 05, 2011 @ 13:39:59

    heqiqeten de tesir edici bir postdu

  3. Gulush
    Mar 02, 2012 @ 18:10:33

    Adımı yazdığınıza görə xüsusi təşəkkürlər.

    Beyenenlere de ikiqat tesekkurler🙂

  4. Hamzayeva
    Mar 02, 2012 @ 18:45:46

    Borcumuz və xoşdur🙂
    Dərin təşəkkürlər məhz Sizə belə düşündürücü hekayəyə görə

  5. aysel
    Dek 13, 2012 @ 07:00:09

    Şəbnəm xanım, ALTUN KİTAB nəşrlər evinin əməkaşı olaraq sizinlə əlaqə saxlamaq istəyirəm. Bu həm sizin üçün, həm də nəşriyyat üçün vacibdir. Bunun üçün 012 5626988 -e zeng vurmağınızı xahiş edirəm.

  6. Dasqin
    Dek 19, 2012 @ 18:24:50

    Bu dusundurucu hekayeye gore tesekkurler.Her kes ucun bir netice cixarilasi hekayedir.19,12,2012 S.Dasqin

  7. senan
    Avq 02, 2013 @ 06:11:41

    sadece halaldi size menali ve duwundurucu sozlerinizucun

  8. SENAN TURAN
    Avq 02, 2013 @ 06:17:48

    BRAVOOO

  9. HESENOV SENAN TURAN NECEFELIYEVA
    Avq 02, 2013 @ 07:39:47

    Dürüstlük – bahalı bir mülkdür, ucuz insanlarda tapılmaz.

  10. NIHAT
    Yan 01, 2014 @ 18:58:49

    Cox tesir edici hekayelerdir tesadufler ola biler

  11. misa
    Mar 03, 2014 @ 18:30:06

    cok tesirlendim

  12. s739687i
    Apr 26, 2014 @ 07:18:24

    sadece ve sadece cox tesirlidi…umud ediremki bele hadiseler heyatda baw verir.🙂

  13. Dürdanə
    İyl 29, 2014 @ 14:50:49

    Mənə elə gəlir ki, bu cür hadisələr yalnız hekayə və nağıllarda ola bilər

  14. cavidan
    Noy 04, 2014 @ 18:40:38

    maraqlidir bu kurikulum 5 de var oxuyan da cox tesirlenmisdim

  15. eliaga
    Noy 30, 2014 @ 15:37:24

    hmm

  16. RAMİL
    Dek 02, 2015 @ 15:35:05

    ela

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: