Ailəmin Gələcəyinə inanıram…( De-institusionalizasiya)

 

 

 

 

 

 

De-instituonalizasiyaEtiraf edim ki bu kəlməni ilk dəfə idi eşidirdim,qəribə  gəldi mənə görəsən nə deməkdir ? 27.07.2011 tarixində İrəli İctimai Birliyi və Dünyaya baxış təşkilatının təşkil etdiyi tədbirdən sonra  məlumat aldım və bu haqqda yazmağa qərar verdim.

    Azərbaycan Respublikasında bir sıra dövlət təlim-tərbiyə müəssisələrində (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri və internat məktəbləri, ümumtəhsil internat məktəbləri, sağlamlıq imkanlarından  məhdud uşaqlar üçün xüsusi internat məktəbləri və xüsusi məktəblər, atılmış uşaqlar üçün körpələr evi və s.) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif səbəblərdən (valideynlərin itirilməsi, valideyn himayəsindən məhrum olma, ailənin maddi vəziyyətinin son dərəcə aşağı olması, ailədə qeyri-normal psixoloji vəziyyət, uşaqların sağlamlıq imkanlarının məhdudluğu və s.) dövlət himayəsində yaşayır, təhsil və təlim-tərbiyə alırlar.
    Hazırda respublika üzrə qeyd olunan təlim-tərbiyə müəssisələrində 21000 nəfərə yaxın uşaq vardır  .məni bir sual düşündürdü- “Dövlət uşaq müəssisələrində uşaqların sayının artmasının səbəbi nədir görəsən?”Təlim zamanı  sualıma Azərbaycan Respublikası Təhsil Nazirliyinin De -İnstitutlaşma və Uşaqların Müdafiəsi idarəsinin rəhbəri Məlahət xanım Hacıyeva cavablandırdı. “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində uşaqların valideynlərini itirməsi, qaçqın və məcburi köçkün ailələrinin maddi vəziyyətinin aşağı olması və digər sosial amillər dövlət uşaq müəssisələrində uşaqların sayının artmasının səbəblərindəndir”.
    Dövlət uşaq müəssisələrində saxlanılan uşaqlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət qayğısı ilə əhatə olunmuşdur. Azərbaycan Respublikasının da qoşulduğu BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına görə ailə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Həmin Konvensiyanın tələblərinə əsasən dövlət uşaq müəssisələrindən uşaqların bioloji və ya digər alternativ ailələrə verilməsi, bu uşaqların hüquqlarının qorunması daim diqqət mərkəzində olmalı, uşaqları qəbul edən ailələrə sosial yardım edilməlidir.
Bildiyimiz kimi Respublikamizda iqtisadiyyatın sürətli inkişafı, sosial sahələrə diqqətin artırılması, regionların inkişafı məqsədilə həyata keçirilən tədbirlər nəticəsində yeni iş yerlərinin açılması, adambaşına düşən gəlirin ilbəil artması əhalinin, o cümlədən hər bir ailənin sosial vəziyyətinin yaxşılaşması üçün zəmin yaratmışdır.
    Qeyd olunanlar hazırda respublikada dövlət uşaq müəssisələrində dövlət himayəsində təhsil və təlim-tərbiyə alan uşaqların bu müəssisələrə düşməsinin qarşısının alınmasına, belə müəssisələrdə uşaqların sayının azalmasına, ailə mühitində inkişafının təmin edilməsi üçün onların ailələrə verilməsinə geniş imkanlar yaradır.
Həmin imkanların reallaşdırılması üçün uşaqların qayğısına qalmaqda çətinlik çəkən ailələrə müvafiq yardımın göstərilməsi, dövlət uşaq müəssisələrinin uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinə çevrilməsi, uşaqların ailələrə verilməsini və onların hüquqlarının qorunmasını təmin edən müvafiq sistemin yaradılması, bu sahədə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin rəhbəri Məlahət Hacıyeva dövlət proqramı çərçivəsində 2006-2010-cu illər ərzində görülmüş işlər haqqında məlumat verdi.

 Proqramın əsas məqsədi uşaqları uşaq müəssisələrindən kənarlaşdıraraq ailə və ya ailə əsaslı alternativ qayğı formaları ilə onlara normal və dolğun həyat tərzi bəxş etməkdir.

    De-institusionalizasiyanın yerinə yetirilməsi üçün aşağıdakı prioritet istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
1) ölkədə yoxsulluğun azaldılması və sosial-iqtisadi vəziyyətin yaxşılaşması zəminində uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi və belə müəssisələrdə olan uşaqların sayının tədricən azaldılması;
2) uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin sayının azaldılması, dövlət uşaq müəssisələrinin uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinə çevrilməsi, alternativ sosial xidmətlər sisteminin (icma və ailə əsaslı xidmətlər, qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailəyə verilmə və s.) yaradılması;
3) uşaqların ailələrə (bioloji və ya alternativ) verilməsi imkanlarının genişləndirilməsi və stimullaşdırılma mexanizmlərinin tətbiqi;
4) dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünün dəyişdirilməsi və sosial işçilərin hazırlanması sisteminin yaradılması;

5) ailələrə verilmiş uşaqların vəziyyətinin monitorinqinin aparılması və onlara sosial xidmətlər (təhsil, səhiyyə, reabilitasiya) mexanizmlərinin yaradılması.

    Azərbaycan Respublikasında De-institusionalizasiya aşağıdakı dövlət uşaq müəssisələrini əhatə edir:
1) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri;

2) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri;

3) ümumtəhsil internat məktəbləri (ümumi təyinatlı internat evləri);

4) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri;

5) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər;

6) atılmış uşaqlar üçün körpələr evi.

Nazirliyin nümayəndəsi qeyd etdi  ki, ötən 5 il ərzində uşaq müəssisələri tam təmir olunub, uşaqların yaşayış şəraiti yaxşılaşdırılıb, təlim-tədris fəaliyyətləri ilə məşğul olmaları üçün geniş şərait yaradılıb. 
M.Hacıyeva  nəzərimizə çatdırdı ki, hazırda ölkədə 9874 dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif səbəblərdən dövlət himayəsində yaşayır, təhsil alır və tərbiyə alırlar. Dövlət uşaq müəssisələrində saxlanılan uşaqlar Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət qayğısı ilə əhatə olunub. Onun sözlərinə görə, proqramın başlanğıcında çətinliklərlə üzləşdikləri məqamlar da olub: “Artıq uğurlu nəticələr var. İnternat və uşaq evlərinin sayı azalmaqdadır”

 2008-ci ildə 4055, 2009-cu ildə 3945 uşaq belə müəssisələrdə yaşadığı halda, 2010-cu ildə 3860 uşaq dövlət uşaq müəssisələrində təlim-tərbiyə alır və yaşayır. Uşaqların bioloji ailələrinə verilməsi istiqamətində çox ciddi addımlar atılıb, uşaq evlərinə düşməsinin qarşısını almaq məqsədilə Bakıda və bir neçə rayonda “Günərzi” qayğı mərkəzləri yaradılıb və iş davam edir”. M.Hacıyeva vurğuladı  ki, bu işi yalnız Təhsil Nazirliyi deyil, ölkənin bir çox dövlət və qeyri-dövlət qurumları birgə həyata keçirir: “Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” və “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” pilot layihələri həyata keçirilməkdədir”.

O, hazırda ölkədə 46 dövlət uşaq müəssisəsinin olduğunu bildirdi  və dedi  ki, bunlardan 2 körpələr və 1 uşaq evi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Ağır formada olan əlil uşaqlar üçün 2 internat evi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir. 41 müəssisə isə Təhsil Nazirliyinin tabeliyindədir.

Məlahət xanım Hacıyevanın dolğun informasiyalarından sonra  Azərbaycana Birgə Yardım(UAFA)təşkilatının layihə meneceri Züleyxa xanım Nəcəfova fikirlərini bölüşdü

O,valideynin övladını uşaq evinə və ya internat məktəbinə verməsinə səbəb olaraq ya valideynin övladını maddi cəhətdən tam təmin edə bilməməsi ya da uşağının sağlamlıq imkanı məhdud olmasını gördü. Düşünürəmki razılaşarsız ki bu və bi kimi çoxsaylı “tutarlı”səbələr uşağı həmişəlik ailədən ailə qayğısından ayıraraq internat və ya uşaq evinə göndərməyə səbəb deyil,Əksinə valideynin öz üzərinə düşən valideyn hüququndan bu kimi bəhanələrlə boyun qaçırmasıdırki bu da gələcəkdə həmin uşağın cəmiyyətdə tam sağlam mövqə tutmasına mane olaraq öz yerini tutmasına ,xoşbəxt özünəinam şəraitdə böyüməsinə mane olur.

Bir anlıq  düşünək-Bir ailə illərlə uşaq həsrəti ilə yaşayır,illərlə övlad sahibi ola bilmir –Digər bir ailə isə çox asan bir şəkildə öz övladını sevgisindən məhrum edərək ,internat və uşaq müəssəsinə verir.Unutmamalıyıq ki sevmək sevilmək-hər bir insanın daxili ehtiyacıdır uşaq yalnız evdə ailəsinin yanında sevimli,özünə güvənən  ola bilər ,internatda isə o yalnız tərbiyəçinin qayğısına ehtiyacı olan yüzlərlə uşaqda biridir…Hansı övlad buna layiqdir ?Gözləri hər yerdə ana ata axtaran,bu gün,sabah gəlib məni aparacaqlar burdan kimi yalançı və boşaçıxan ümidlər…

 Dövlət uşaq müəssələrində yaşayan uşaqlar 16 yaşında real həyatı tanımağa başlayırar,İnternatı bitirən uşaqlar artıq öz əhatəsində olan insanlara etibar etməyəcək,Həyatda öz mövqeyini asanlıqla tuta bilməyəcək,sağlam ailə qura bilməsi çətin olacaq ,Ortaya bir sual çıxır görəsən övladını internata və ya uşaq evinə verən valideyn nə itirir?Əgər o valideyn bu haqqda düşünməyibsə,düşünməyinə bir qədər yardımçı olaq-Övladının günbəgün necə böyüdüyünü görməyən valideyn onun ən vacib anlarında-uşaqlıq yetkinlik yaşlarında yanında ola bilmir,övladının ehtiyacı olan anda  valideynindən  almalı olan məsləhəti kənar insanlardan alır.Bir neçə ildən sonra isə vaideyn övladına övlad valideyninə yadlaşaraq,qoca vaxtında valideynin tək tənha qalmasına gətirib çıxarır.

Uşağı böyütmək onu təmin etmək çətindir  amma bu uşağı ailədən kənarlaşdırmağa səbəb deyil!Unutmayın!Minlərlə ailə var ki,uzun illər övlad həsrəti ilə yaşayır,Siz isə Ulu Tanrının bəxş etdiyi sevinc payından özünüzü öz əllərinizlə məhrum edrsiniz !

Dövlət müəssələrində saxlanılan uşaqların dövlət qayğısı ilə əhatə olunmasına,onların bir çox problemlərinin həll edilməsinə baxmayaraq uşağın ailədə böyüməsi olduqca mühim əhəmiyyət kəsb edir.

“Uşaq ağacın kövrək və zərif budağına bənzər,onu qayğı ilə qorumaq və yetkinliyə qədər əzizləmək,müdafiə etmək lazımdır ki,sınmasın,əzilməsin,qurumasın…”

Heydər Əliyev

3 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. nigar
    Sen 15, 2011 @ 17:23:41

    like…good luck dear

  2. Remziyye Aghayeva
    Sen 17, 2011 @ 06:11:06

    Men de DE -Instiuolazasiya haqqda esitmisdim amma bilmirdim ne demekdir melumat ucun tesekkurler

  3. Hamzayeva
    Sen 21, 2011 @ 05:18:48

    Oxudugunuz üçün sizə təşəkkürlər

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: