“IRƏLİ”dən İsmayıllıya gedən yol

Bu slaydşou üçün JavaScript lazımdır.

14 avqust 2011-ci il tarixində   Quba rayonunda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi bloqqerlərlə bağlı növbəti tədbir – açıq hava altında seminar keçirilməsi haqqda elanı görəndə çox sevinmişdim amma sevincim çox çəkməmişdi-Müəyyən səbəblərə görə həmin tarixdə getməyim alınmamışdı.Hər işdə bir xeyir var deyirlər -İsmayıllı Səfərimiz   bu ifadənin düzgün oldugunu özüm üçün sübut etməyimə səbəb oldu ki,mən bu günki postu sentyabrın 11 də keçirdiyim maraqlı günün təəsüratlarını artıq bölüşməyə hazıram.

Mən yazmayacam ki,hara və saat neçədə təyin olunmuşdu  toplaşmaq,Mən yazmayacam ki tıxac səbəbinə göstərilmiş vaxtdan 30 dəq.gecikmişdim və buna görə  hamıdan yenə də üzr isiyirəm :$ Bütün bunlara çox yer ayırmadan  İsmayıllı səfərimiz haqqda yazmaq istərdim:

Bayaq qeyd etdiyim kimi,gediş tariximiz 11 sentyabra təsadüf etdi ki,bu gün də bizim üçün özəl tarix idi-İTM Layihələr üzrə koordinator və məhz WeBlog layihəsinin rəhbəri İmamın ad günü idi avtobusda təşkil olunmuş kiçik bir ad günü sürprizindən sonra Yol başladı.

Mafia oyunları,Kart oyunları,Musiqilərlə (Xüsusilə Rəşid Behbudovun “Badamli”mahnisi bizim -Gülnar və mənim ifamızda😀 )yol bitdi,Gəldik çıxdıq Vəfa Rüstəmova ilə Vüsal Bəkirovun vətəni-İsmayıllı rayonuna :)İsmayıllıya ilk gəlişim idi…

İqtisadi rayon: Dağlıq Şirvan
Ərazi: 2 074 (km²)
Əhali: 77 800
Əhali sıxlığı: 37.6 (nəfər/km²)
Yaşayış məntəqələrinin sayı 109
İcra başçısı: Nizami Ələkbərov
İnternet saytı: http://ismayilli-ih.gov.az

İsmayıllı-Böyük Qafqazın cənub ətəklərində yerləşir.Rayonun istər yüksək dağlıq, istər dağətəyi və düzən yerlərində qədim yaşayış məskənləri mövcuddur. Yaşayış məskənlərinin bir-birinə yaxın olması, bəzən geniş ərazinin qədim yaşayış məskəni olması İsmayıllı ərazi üçün xarakterik xüsusiyyətdir.

İlk olaraq biz  İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə baş çəkdik,Bildirildi ki mərkəzin şahmat,aviamodelçilik,heykəltəraşlıq,rəssamlıq,Bacarıqlı Əllər uşaq dərnəkləri,Heydər Əliyev irsini araşdırma mərkəzi vardır və biz bir bir bu yerlərə baxa baxa yolumuza davam etdirdik.

Burda biz ulu öndərin həyatını əks etdirən sərgi-ekspozisiya zalında “Kətan parça üzərində çəkilmiş şəkillərlə tanış olduq(“Kətan parça üzərində çəkilmiş şəkilə əl ilə toxunmaq olmazmışş” dedi Sahil Balazadə🙂 )Burada rayon gəncləri üçün yaradılmış şərait istənilən gəncin vaxtını səmərəli keçirilməsinə sübut idi-Gənclər üçün yaradılmış Şahmat rəssamlıq heykəltaraşlıq əl işləri və s. dərnəklərində müxtəlif maraqlı əl işləri sərgilənmişdi.

Ismayıllı rayonunda müxtəlif tikinti, təsərrüfat işləri zamanı tapılmış maddi mədəniyyət nümunələri və ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri ərazidə əhalinin eneolit dövründə oturaq həyata keçdiyini təstiq etmişdir .Bu nümunələrlə biz İsmayıllı rayon Tarix Diyarşünaslıq müzeyini ziyarət edərkən daha yaxından tanış olduq. Muzeyin direktoru İkram İsmayılov bizə bildirdiki 2011-ci ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İsmayıllı rayonu “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunmuşdur. İsmayıllıda turistlərin rayon haqqında, onun tarixi keçmişi haqqında geniş təsəvvür yaradılmasına xidmət göstərən Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, Lahıc və Basqal tarix- mədəniyyət qoruqları fəaliyyət göstərir. Parkın ərazisində yapon mütəxəssisləri tərəfindən salınan 1500 kvadratmetr sahəni əhatə edən “Yapon bağı xüsusilə xoşumuza gəldi

 İsmayıllı Rayon  Diyarşünaslıq muzeyində  İsmayıllı rayonunun qədim tarixi barədə məlumat aldıq ,Muzeydə İsmayıllı rayonunda aparılmış arxeoloji qazıntılar zamanı tapılmış e.ə 3-1 ci əsrlərə aid olan alətlər,məişət əşyaları, sikkələr, Lahıc misgərlərinin əl işləri eləcə də 18 ci əsrləri əhatə edən arxeoloji qazıntılar zamanı deyil əhalinin gətirib muzeyə bağışladıqları ev və məişət əşyaları da vardı.və digər eksponatlar nümayiş olunur.

Və və və nəhayət gəldik çıxdıq təbiət qoynuna. Gözəl mənzərə təmiz hava bulaq suyu dağ qoynu və yelləncəklər -Yelləncək görən kimi hamımız uşaqlıq xatirələrimizi xatırladıq və hətta 1 yelləncəyə -3-4-5 adam da oturduq:D nəticə isə bax belə oldu :

Təbiət qoynunda dincələn kim,yemək yeyən kim,agaca çıxan kim,at sürən-at sürmək üçün növbə gözləyən kim. .Daha sonra Ekspertlər Əli Hacızadə və Hikmət Hüseynov tərəfindən “İnformasiya müharibəsi dövründə bloqlardan necə istifadə etməli?” mövzusunda açıq hava altında keçiriləcək olan təlim isə maraqlı disskusiyalarla yaddaşımızda qaldı,bu təlimdən sonra mən öz yazılarımda böyük  dəyişiklik edəcəyimi qarşıma məqsəd qoydum!

Təlim zamanı informasiya müharibəsi zamanı bloqların önəmi və ondan səmərəli istifadə olunması məsələlərinə toxunuldu eyni zamanda Təlimçi Vüsal Bəkirov da öz maraqlı fikirləri ilə bölüşdü.Müzakirələr gedən zaman Tələt usta dadlı kabab bişirirdi  amma buna baxmayaraq biz  seminara diqqətlə qulaq asırdıq.Təbiiki belə gözəl məkandan heç kəs ayrılmaq istəməzdi.Mahnı oxuya oxuya qayıtdıq Bakımıza !Üzərimizdə yorgunluq hiss olunsada ,eyni vaxtda avtobusda hamı yatmış Mən və Nəsrin oyaq olsaq da😀

yenə də eyni ampulada oxuya oxuya oyunlar oynaya oynaya qayıtdıq 

Daha bir maraqlı maarifləndirici əyləncəli gün yazıldı xatirələrimizə!Təşkilatçılara İrəli İTM komandasına və iştrakçılara Təşəkkürlər!

4 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. Sema isali
    Sen 15, 2011 @ 07:26:27

    Super) Ugurlar)

  2. Ayten Bdu
    Sen 15, 2011 @ 08:35:16

    Hemishe xosh istirahetlerde, caniimmmm🙂

  3. Epic Soccer Training Program
    İyn 11, 2013 @ 05:21:58

    We absolutely love your blog and find almost all of
    your post’s to be what precisely I’m looking for. Do you offer guest
    writers to write content in your case? I wouldn’t mind creating a post or elaborating on many of the subjects you write regarding here. Again, awesome web site!

  4. content
    İyl 04, 2013 @ 08:35:22

    This post is in fact a good one it helps new internet users, who
    are wishing in favor of blogging.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: