“CTR+Z” siz həyata çalışaq :)

Salam Olsun🙂
Bu günümlə uygunlaşan bir hekayə oxudum ,gülümsəməyimə sövq etdi məni,hamımızda olur-Bir işdə günahkar məhz özümüz olanda özümüzü günahkar hesab eləmirik-Qəbul etmirik bunu ,qarşı tərəfi günahlandırıb odu günahkar deyib fikirləşirik,Bəzi hallarda qarşımızdakının günahkar olmasıbna dair fikirlər yürüdürük faktlar dəlillər gətiririk AMMA bəlkə də məhz bu halda da səhv özümüzük ,Günahkar bizik.Reallıqla davranmırıq .

Oxudugum hekayəni  sizdə oxuyun :

“Adamın biri artıq arvadının əvvəlki qədər yaxşı eşitmədiyindən qorxurmuş və arvadının eşitmə cihazına ehtiyacı olduğunu düşünürmüş. Ona necə yaxınlaşması lazım olduğundan əmin deyilmiş. Bu vəziyyəti danışmaq üçün ailə həkimini axtarmış; həkim adamın arvadının nə qədər eşitdiyini anlaya bilməsi üçün sadə bir üsul təklif etmiş. ‘Edəcəyin şey bu, arvadından 40 addım irəlidə dayan, normal bir səs tonuyla bir şey de; əgər eşitməsə 30 addım aralıda eyni şeyi təkrarla, sonra 20 addım; cavab alana qədər eyni şeyi təkrarla ‘ O axşam arvadı mətbəxdə axşam yeməyini hazırlayarkən adam həkimin dediyini etməyə başlamış. 40 addım uzaqlıqdan arvadına normal bir danışma tonuyla səslənmiş ‘Həyatım bu axşam yeməkdə nə var?’ 
Cavab yoxdur .Mətbəxə bir az yaxınlaşmış. Məsafəni 30 addıma endirmiş və sualı təkrarladı: ‘Həyatım bu axşam yeməkdə nə var?’ Yenə cavab yox. Mətbəxə bir az daha yaxınlaşmış, məsafə 20 addım və təkrar soruşmuş ‘Həyatım bu axşam yeməkdə nə var?’ Hələ cavab yoxdur. 

Adam mətbəxin qapısına gəlmiş, artıq məsafə yaxşıca azalmış və sualı təkrarladı: ‘Həyatım bu axşam yeməkdə nə var?’ Yenə cavab ala bilməmiş. Bu səfər arvadına yaxşıca yaxınlaşmış və eyni sualı təkrar soruşmuş ‘Həyatım bu axşam yeməkdə nə var?’ ‘Həyatım beşinci dəfə söyləyirəm, Toyuq’  😀

Topik — hekayədən çıxarılası nəticə: Bəlkə də problem qarşımızdakı şəxsdə deyil. Problemin səbəbini bir az da özümüzdə axtarmalıyıq.

Bir birimizə elə davranaq ki sonda CTR+Z -ə ehtiyac olmasın🙂


6 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. leman
    Noy 22, 2011 @ 14:47:43

    cox maraqlidir

  2. can2ran
    Noy 22, 2011 @ 15:44:57

    “heyatim 5ci defedi deyirem TOYUQ “;) zordu guldum ;)) qeseng uygunlasdirmasi var temayla😉 5 ci defedi deyirem LIKE😉

  3. temerald
    Noy 22, 2011 @ 18:29:31

    can KonuL supper cox guldummm

  4. Sabina Savadova
    Noy 22, 2011 @ 19:32:39

    İnsanlar həmişə belədi, öz əkslərini başqalarında görürlər, və gördüklərinin öz əksləri olduğunu çox az hallarda anlayırlar.

  5. Samiran
    Noy 23, 2011 @ 09:57:16

    hahaha. əla hekayədi. :)) Bunu twitdemey lazimdi.😉 U know what I mean.

  6. Hamzayeva
    Noy 26, 2011 @ 11:55:07

    Oxuyub -Fikirlərinizi bildirdiyinizə görə Təşəkkürlər🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: