6 ildə 6 nəfərdən -20.000 nəfər

“Yeni düşüncə tərzinə malik olan, təşəbbüslü, savadlı, bacarıqlı, eyni zamanda milli-mənəvi dəyərlərə sadiq olan, Azərbaycanın qarşısında duran çağırışlara tutarlı cavab verə bilən və müasir dövrün nailiyyətlərini saxlamaqla yanaşı gələcək uğurlara imza atmağı bacaran  gənclər görmək idi məqsədləri-məhz bu gənclər Azərbaycanda yeni vətəndaş simasını formallaşdıraraq, müstəqil Azərbaycanı təminatlı gələcəyə aparmalıdır”-deyərək tam 6 il bundan əvvəl -26 Avqust 2005-ci ildə  “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının yaratmaq təşəbbüsünü irəli sürdülər.Məqsədyönlü 6 gənc idi təşəbbüskarlar- Ceyhun Osmanlı,Elnarə Qəribova, Fərhad Məmmədov, Röya Talıbova , Elnur Məmmədov və Ziya Əliyev . Bəlkə də o zaman onlar bu təşəbbüsü irəli sürərkən , öz 3 illik fəaliyyət müddətində  6 mindən çox Azərbaycan gəncini ətrafına toplayaraq ölkənin ən fəal təşkilatı olacağını,hal-hazırda 22700 nəfərdən artıq gəncin inanıb etibar etdiyi böyük bir gənclər təşkilatı  olacağını düşünməmişdilər.

İrəli Ümumrespublika Gənclər Hərəkatı -Bu müddəti ərzində (2 ildə )ətrafina 4 mindən çox gənci topladı,2 ildə 14 regionu, 20 ali məktəbi əhatə etdi,2 ilde 28 fəaliyyət istiqamətində 500-dən çox layihə reallaşdırdi. “IRƏLI” öz uğurları ilə Azərbaycana indiyə qədər görmədiyi və eşitmədiyi bir gənclər təşkilatı olmasının sevincini bəxş etdi. Bəs “IRƏLI” nədir? “IRƏLI” Azərbaycan gəncidir. “IRƏLI” bu adın ətrafına toplaşmış 4 mindən çox gəncin birliyi və həmrəyliyidir. “IRƏLI”nin uğurları = “IRƏLI” üzvlərinin zəhməti və fədakarlığı. Bəs “IRƏLI” nə istəyir? “IRƏLI” Azərbaycanın inkişafini istəyir. “IRƏLI” Azərbaycanin ərazi bütövlüyünü istəyir.  “IRƏLI” bunları istəməklə kifayətlənmir, istəklərin reallaşması üçün  addımlar atır.

Və bu addımlarla tam 3 ildən sonra isə-“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı təsisçiləri  9 Dekabr 2008-ci ildə Hərəkatın buraxılması barədə qərar qəbul etdilər və 24 Dekabr 2008-ci ildə isə “İRƏLİ” İctimai Birliyi təsis olundu. və 6 ildən sonra 20 000 üzv, 750-dən çox layihə, 500 partnyor, 160 000 nəfər benefisiar, Avropada 15 nümayəndəlik, 34 alt struktur, fəaliyyət dairəsi – bütün Azərbaycan, minlərlə təşəbbüs, yüzlərlə yenilik!!!

Bu müddət dönəmi  ərzində zaman dəyişdi Ünvanlarımız dəyişdi-ofislərimiz dəyişdi🙂 (1-ci ofis Füzuli 58, 2-ci ofis Yusif Məmmədəliyev 21, 3-cü ofis İçəri şəhər 1-ci qəsr döngəsi 70, Sonra Azadlıq prospekti 18, və hal hazırki -Sabir küçəsi 3) amma Məqsədimiz,Fikirlərimiz dəyişmədi!Bizi sevənlər də var,sevməyənlər də var,Qəbul edənlər də var qəbul etməyənlər də var,negativ fikirlərə baxmayaraq biz varıq və Azərbaycan gəncliyinin inkişafı üçün fəaliyyət göstəririk.

Artıq Biz İctimai Birliyik-Bu günə qədər ətrafəmızda 20.000 Azərbaycan gəncini toplayaraq onların cəmiyyətimizdə sağlam fikirli  yer tutmaları üçün əlimizdən gələni edə bilən-2005 ci ildən bu  yolda 500 dən çox layihə həyata keçirmiş olan bir ailə!24 dekabr 2011 ci il tarixində  Bizim Ad günümüz ,Biz 3 yaşımızı qeyd etdik,Birliyin təsis olunmasının 3-cü il dönümünə həsr olunmuş tədbirdə 700 nəfər qatılmışdı İRƏLİNİ təbrik etməyə diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, özəl sektorun, həmçinin QHT sektorunun təmsilçiləri və fəal “İRƏLİ”çilər  təşrif buyurmuşdular ,çox yüksək səviyyədə təşkil olunmuşdu elə maraqli idi ki…Hamı da elə gözəl bəzənmişdi ki…xüsusən xanımlar😉

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı qonaqları salamladı çıxışına Cənab Prezidentimiz İlham Əliyevin doğum günü təbriki ilə başladı, Azərbaycan gəncliyinin inkişafında verdiyi töhfələrdən danışdı.Gələcəkdə də təşkilatın əsas vəzifəsinin məhz qazanılmış etimadın, etibarın saxlanılması və daha da möhkəmləndirilməsinə yönəldiləcəyini söyləmişdir.

Sonra Azərbaycan Respubikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxışında “İRƏLİ” İctimai Birliyinin ölkəmizdə insan kapitalının, gənclər sektorunun inkişafında olan rolunu xüsusi olaraq qeyd etmişdir.

Daha sonra millət vəkilləri Qənirə Paşayeva, İlham Məmmədov, Asim Mollazadə, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, həmçinin ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza “İRƏLİ”ni öz çıxışlarında təbrik etmişlər.

Tanınmış ifaçılardan Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Miriyusif, həmçinin “İRƏLİ”çilərin hazırladıqları musiqi, vals, Latino Amerikan, milli rəqs nümunələri gecəyə xüsusi rəng qatmışdır .Dostlarımızın  ifası oxunan mahnılar günü daha da rəngarən etdi :)Bizim Tortumuz ən şirin ən dadlı tort idi :)Tədbir əyləncəli musiqi nömrələri ilə davam etdi :)Bir daha bütün təşkilatçılara bu möhtəşəm günə görə dərin təşəkkürümü bildirirəm!Ad günümüz Mübarək!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: