Yaxşılıq et .

Ən çətin anında səndən -“Bu günədək kiməsə nəsə yaxşılıq etmisən?” soruşanda  gözünün qarşısından bütün həyatın kino lenti tək keçəcək… Bəlkə də o an ,kaş bu gününü-həyatını yenidən geri qaytarıb , kiməsə cüzi bir yaxşılıq etməyi arzulayacaqsan…Hələki gec deyil,əgər kiminsə sənin köməyinə,edəcəyin yaxşılığına ehtiyacı varsa,bunu əsirgəmə.Oxu və nəticə çıxar…

Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: ” Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən “. Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: ” Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın “. 

Mələk gülümsəyir, bu vaxt göydən bir hörümçək gəlir, öz torundan həmin adama uzadır. Adam ipdən yapışıb Cəhənnəmdən yuxarı, Cənnətə qalxmağa başlayır. Bu vaxt aşağıda olan digər günahkar insanlar da torun aşağısından yapışıb, xilas olmaq üçün imdad istəyirlər. Bir neçəsi tordan tutub qalxır. Kişi qorxur: ” Birdən adamlar ağırlıq edər, ip qırılar “.

Özünü xilas etmək üçün o, ayağı ilə aşağıdan yapışan insanları yerə itələməyə başlayır. Bu vaxt  həqiqətən də ip qırılır və kişi Cəhənnəmə yuvarlanır. Son anda onun qulağına Mələyin səsi gəlir: ” Təəssüf. Sənin qorxun və narahatlığın qəzəbə və paxıllığa çevrildi, sən yenə də pis əməlindən qalmadın. Son anda heç olmasa bir-iki insana yaxşılıq etmək şansını da əldən qaçırdın. Bu hərəkətinlə bütün ömrün boyu etdiyin o bircə yaxşılığı da itirdin “

Menbe :Kayzen.az

29 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. m
    May 23, 2012 @ 08:23:11

    Qorxa-qorxa cennete getmekdense,gule-gule gehenneme getmek yaxsidi.

  2. kenan
    May 31, 2012 @ 10:35:07

    Cox yaxsi hekayedir.Insan dunyada her kese yaxsiliq etmelidir.Bu hec vaxt paxilliga cevrilmemelidir.

  3. Gültəkin
    İyn 13, 2012 @ 11:34:29

    Burda insanin qurtuluşa görə başqalarini taptamasi verilib. Amma unutmayaq ki,yaxşiliqi bəzən öz əziyyətimiz bahasina da etməliyik. Maraqli idi.

  4. Ramiz
    İyl 31, 2012 @ 11:21:18

    Dünyanın işini yaxşı düşün sen,Ne eksen onuda sen biçeceksen,
    Yaxşı işde görsen,pis işde inan,Unutmaz onları bu qoca dövran

  5. Naile
    Dek 31, 2012 @ 10:37:12

    Heqiqetende gozel hekayedi.

  6. mehdi
    Yan 09, 2013 @ 03:58:31

    cox gozel heayedir TESEKKUR!insan hemise yaxsiliq etmelidirki yaxsiliqda gorsun

  7. fidan
    Yan 12, 2013 @ 18:26:32

    hekaye heqiqeten gozel idi.lakin bele bir mesele de var ki,yaxsiliq edende de oz xeyrimize gore edirik. Yeni ALLAHIN yaninda savab olsun deye.

  8. Ay Tac Q-eva
    Yan 20, 2013 @ 17:55:26

    Maraqli idi tewekkurler.Ona gorede her zaman yaxsiliq etmek lazimdir.

  9. 987654321
    Yan 26, 2013 @ 12:43:46

    maraqli idi .

  10. GUNEL
    Fev 02, 2013 @ 15:52:49

    Kim ne edirse, ozune edir.

  11. gunel
    Apr 01, 2013 @ 09:50:23

    yaxsiliq hec vaxt itmir elbette ki bu oz elimizdedir 1000 pislikle yadda qalm aqdansa 1 yaxsiliqla yadda qalmaq yaxsidir YAXSILIGA yaxsiliq her kisinin isidi,Yamanliga yaxsiliq ner kisinin isidi ALLAH BIZI YAXSILIQDAN MEHRUM ETMESIN AMIN

  12. hyxc c
    Okt 17, 2013 @ 11:53:11

    yaxsidir

  13. NAILE
    Okt 26, 2013 @ 09:33:59

    insallah allah mekanimizi cennet eder

  14. ilkin
    Yan 14, 2014 @ 15:13:31

    her

  15. Nesibe
    Yan 15, 2014 @ 13:01:58

    Allah mekanimizi cennet elesin.hec kes pis emel elemesin

  16. pervin
    Okt 12, 2014 @ 16:41:04

    Yaxsiliq ve xeyirxaqliq hec vaxt itmir. Gec tez yaxsiliq eden sexsin ozune qayidir .Onu esl insan kimi tanidir ve ucaldir ,sohretlendirir.Xeyirxaqliq esl terbiye mektebidir ve terbiye vasitesidir . Bizden komek umanlara,cetine dusenlere qayqi gostermeli,onlarin harayina ,komeyine catmaliyiq .Xeyirxaqliq temennasiz edilen yaxsiliq ve evezi gudulmeden gosterilen komeklikdi .
    Sizler ozunuzu yaxsi , yoxsa xeyirxaq hesab edirsiniz? Ya da yazilan yazida heqiqet varmi ? fikirleriniz menim ucun onemlidir .

  17. natiq
    Okt 13, 2014 @ 15:19:17

    allah hamini yaxsi elesin

  18. SEKINE
    Noy 23, 2014 @ 05:32:09

    yaxsiliq hec vaxt itmir elbette ki bu oz elimizdedir 1000 pislikle yadda qalm aqdansa 1 yaxsiliqla yadda qalmaq yaxsidir YAXSILIGA yaxsiliq her kisinin isidi,Yamanliga yaxsiliq ner kisinin isidi ALLAH BIZI YAXSILIQDAN MEHRUM ETMESIN AMIN

  19. ILAHE
    Noy 23, 2014 @ 05:35:23

    biz hec zaman pislik etmemeliyik ancaq yaxsiliq etmeliyik bu hekayede cox gozeldi

  20. ILAHE
    Noy 23, 2014 @ 05:35:57

    Allah mekanimizi cennet elesin.hec kes pis emel elemesin

  21. sebine
    Sen 25, 2015 @ 15:27:23

    cox gozel

  22. burak
    Okt 13, 2015 @ 13:41:37

    bunuda elave etmek isteyirem ki metn cok gozeldi

  23. Nesib
    Okt 14, 2015 @ 17:03:47

    Allaha qurban olum hersy ola biler insallah bizde cennete duserik
    insallah

  24. Neko Otaku
    Okt 21, 2015 @ 11:23:08

    Coox gozzel hekaydir birdeki metnin asagisindaki sekil anime sekldir*0*

  25. koko
    Fev 15, 2016 @ 16:17:35

    eladi

  26. Qadir
    Mar 27, 2016 @ 06:22:05

    Dunyada pisler olmasa yaxsilarin qiymeti bilinmez.Amma dunyada her kes yaxsiliq elese Dunya *Yaxsiliq Kainati*adlanar.

  27. Qadir
    Mar 27, 2016 @ 06:23:30

    Dunyada her kes yaxsi olsa Dunya*Yaxsiliq Kainati* adlanar

  28. nermin
    Apr 14, 2016 @ 17:09:11

    insallah allah mekanimizi cennet eder buna gore calisaq yaxsiliq edek pislik etmeyek menim14 yasim var ve ele dusunurem ki hec kimin xetrine deymemisem ve pislik etmemisem her zaman da bele edecem

  29. leman
    May 07, 2016 @ 16:21:28

    bu dogru deyil onda hami pislik edib birce yaxsiliq eder ve cennete geder bu nece ola bilerki???

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: