Karyera,karyera,karyera…=)

İş müsahibəsi+işə qəbul olmaq= karyera insan həyatının əsas arzu və məqsədlərindən biri və başlıcasıdır desəm yalan olmaz.Hər birinizə arzuladığınız karyeranı qurmağı və bu yolda gedərkən keçdiyiniz  iş müsahibəsi adlı cığırda ugurlu olmaq üçün aşağıdakı bilgiləri əldə etmək bəlkə də kömək olar😉

Yeni iş yeri axtarmaq üçün

İş yerinin dəyişdirilməsi insanların həyatında çox normal bir addımdır. Təcrübələrə baxsaq görərik ki, yalnız bir neçə insan bütün həyatı boyu eyni iş yerində və eyni vəzifədə çalışmışdır. Bu o deməkdir ki, hər bir şəxs orta hesabla 4-7 il arası eyni vəzifədə çalışırlar. Bu ondan irəli gəlir ki, əgər kimsə gündəlik iş həyatında işləməklə yanaşı bacarıqlarını inkişaf etdirirsə avtomatik olaraq yeni və daha üst pozisiya əldə etmək üçün çalışır. Bunun üçün maksimum 7 ildən sonra yeni işini dəyişmək haqqında fikirləşməyə başlayırlar.

Əlbəttə ki, həyatda bəzən elə hallar olur ki, bunlar da iş yerlərinin dəyişdirilməsi ilə nəticələnir. Bunlara xəstəliklər, işdən atılma, şirkətin müflis olmağı, yaşayış yerinin dəyişdirilməsi və s, kimi hallarda bu problemlərlə üzləşirlər. Bu zaman belə bir sual ortaya çıxır. Necə yeni iş tapmalıyam?

Biz burda ən qısa zaman kəsiyində necə yeni iş tapmağın yollarını və qaydalarını qeyd edirik. İşçi qüvvəsi axını o deməkdir ki, hər zaman yeni işçi axtaran şirkətlər mövcuddur. Sizin vəzifəniz bunun kimi mövcud imkanlardan xəbərdar olmaq və özünüz haqqında informasiyaların iş axtaranların əlinə keçməsinə şərait yaratmaqdır. Siz bu məsələlərə müxtəlif aspektlərdən yanaşmalısınız:

  • Şirkəti əhatə edən mühiti yaxşı öyrənin. Bu yolla şirkətin mövcud təbiətini axtarıb tapın; o nə istehsal edir, hansı xidmətləri göstərir, onun nağd pul axınını, gəlirini, sahiblərini, yerləşməsini, şirkətdəki personal haqqında və s. Bu kimi informasiyalar sizə İntervyu ərzində bir sıra müsbət təsir bağışlayacaqdır. Bu zaman siz həmin şirkət haqqında məlumatlanmış və təlimatlandırılmış olacaqsınız. Bunun kimi özəlliklər sizin digər namizədlərdən üstün olmağınız təsirini bağışlayacaqdır.
  • Qəzetlər. Qəzetlərdə verilən elanları diqqətlə izləyin. Əgər siz onlardan lazımı qaydada istifadə edərsəniz bu imkanlardan yararlanma şansınızı artırır. Reallıqda budur ki, verilən vakansiyaların müraciət formalarında, siz ya zəng vurmalı, və ya CV-nizi poçt və elektron formada göndərməyiniz gərəkməkdədir. Ümumiyyətlə siz iş axtarmaqla yanaşı qəzetləri də gözdən keçirmiş olursunuz. Həmçinin biz onuda görürük ki, bəzən şirkətlər istədikləri namizədi tapa bilmir və bunun üçün həmin vakansiya haqqında elan hələ də həmin qəzetlərdə qalır.
  • İnternet. İnternetin istifadəsi bizim gündəlik həyatımızda getdikcə daha önəmli olur. İnternetdə olan vakansiyaların həcmi daimi olaraq artan xətt üzrə inkişaf edir. İnternetdə iş axtararkən siz birbaşa məşğulluq portal kimi fəaliyyət göstərən veb səhifələrinə focus olmalısınız. Bundan sonra sizin karyeranızı qurmaqda planlaşdırdığınız ən yaxşı imkanların təklif olunmasına əmin ola bilərsiniz.
  • Əmək yarmarkaları. Əmək yarmarkalarında iş tapmaq çox yaxşıdır. Hansı ki, eyni zamanda eyni yerdə yüzlərlə iş təklif olunur.

İctimaiyyətə yayımlanmayan iş təklifləri

Bəzən biz ictimaiyyətə yayımlanmayan iş təklifləri ilə rastlaşırıq. Bunun kimi iş təklifləri adətən şirkət daxilindəki insanlar arasında yayılır və şirkətlər bu işə özlərinin şəxsən tanıdıqları insanları təyin edirlər. Həmçinin həmin vakansiya şirkətin ictimaiyyətə elan verməyə zamanı olmadığı üçün boş qala bilər.

Əgər siz bu kimi ictimaiyyətə açıqlanmayan işlərdən xəbərdar olmaq istəyirsinizsə, bu zaman həmin informasiyaları yaya bilən insanlarla və şirkətlərlə əlaqədə çox aktiv olaraq həmin məlumatları düzgün və vaxtında əldə edə bilərsiniz. Bunun üçün sizin aşağıdakıları etməyiniz lazımdır:

  • Mümkün ola biləcək vakansiyalar haqqında ailə üzvlərinizdən, dostlardan və tanışlardan soruşun. Onları siz tam olaraq hansı vakansiya ilə maraqlandığınız barədə məlumatlandırın.
  • Yaxud birbaşa işaxtaranlara özünüz şəxsən müraciət edərək onları sizin iş axtarmanız barədə məlumatlandırın (Bunu şirkətin menecerin və ya icraçı direktorun qapısını cəsarətlə döyüb içəri daxil olmaqla da edə bilərsiniz) baxmayaraq ki, onlar işçi axtarır yaxud axtarmır.
  • Həmçinin siz bunu yazılı formada da edə bilərsiniz (CV-nizlə yanaşı qısa motivasiya məktubunda özünüzün bilik və bacarıqlarınızı yazmaqla, elektron formada həmin insanın elektron ünvanına göndərə bilərsiniz).
  • Bundan başqa əgər şirkətin təklif etdiyi hər hansı vakansiya haqqında məlumatınız varsa, bununla bağlı həmin şirkətə zəng vurmaqla, həmin vakansiya ilə bağlı maraqlandığınızı ifadə edə bilərziniz.
  • Qəzetlərdə və məşğulluq idarələrinin informasiya bazalarında sizin iş axtarmağınız barədə məlumatlar yerləşdirin.

Ümumiyyətlə aktiv iş axtaran olmaq və özünüzü iş verən şirkətlərə yaxşı təqdim etmək üçün sizin bir sıra bacarıqlarınızın olması mütləqdir. Yalnız bunu unutmayın ki, özünüzü əsassız yerə tərifləməyinizin və dəqiq informasiyalar verməməyinizin gec-tez gözlənilməz nəticəsi ola bilər. Bunun üçün öz rebutasiyanızın bu yolla aşağı düşməsinə yol verməyin.

İş axtardığınız dövrdə bütün iş təkliflərindən, informasiya kanallarından və şəxsi təşəbbüskarlıqdan maksimum dərəcədə yararlanın.

Yayımlanmayan vakansiyalara adətən bütün məlumat bazalarına çıxışı olan kəslər müraciət etmək imkanına malik olurlar. Bunun üçün siz öz CV-nizi mümkün qədər çox yerdə yerləşdirməlisiniz. Bir çox şirkətlər CVcenter.az portalını özləri üçün məlumat bazası hesab edir və hər gün bizim saytı ziyarət edirlər. Sizdə CVcenter.az da öz CV-nizi yerləşdirərək yeni iş taparaq o şanslılardan biri ola bilərsiniz.

Təhsilinizi bitirdikdən sonra kim olacaqsınız?

Tələbələr məzun olduqdan sonra çox xoşbəxt olurlar “İndi hər şey bitdiyini düşünürlər” lakin bu hələ başlanğıcdır.

Bu gün məktəbi bitirdikdən sonra sözsüz ki, hər kəs ali məktəbə daxil olmur. Həmçinin hər bir kəsin ona yaxşı imkanlar təmin edəcək, yüksək əmək haqqılı işlə təmin edəcək və ya xaricə təhsil almağa göndərəcək valideyinləri və ya dostları yoxdur. Elə bu səbəbdən sizin özünüz, özünüz üçün iş axtarmağa başlamalısınız.

Söz yoxdur ki, təcrübə olmadan iş axtarmaq çətin və stresli bir prosesdir. Həmçinin deyə bilərik ki, təcrübəsi olmayan heç kəsi yüksək gəlirli və çox məsuliyyətli işə təyin etmirlər. Bizcə bu belə də olmalıdır. Əks halda kim bizim evlərimizi tikərdi, avtomobillərimizi təmir edərdi və ya mağazada satıcılıq edərdi.

Hansı növ işlər sizin üçün daha yaxşı olardı? Bunun üçün siz iş elanlarına və marketinq bazarı ilə maraqlana bilərsiniz lakin o da həqiqətdir ki, əgər qabiliyyətiniz və ya potensialınız yoxdursa bu zaman istədiyiniz nəticəyə çata bilməyiniz sual altında qalır.

Bu haqda fikirləşin:

  • Dərslərdən sonra boş vaxtlarınızda nə edirdiniz? Əgər hər hansı bir fəaliyyətiniz olurdusa, bunu nə üçün ediridiniz? Etdiyiniz fəaliyyətdən sizin əlinizə keçən hər hansı bir iş oldumu?
  • Siz nə üçün bu peşəni/ikinci peşəni seçibsiniz? Hansı önəmli bilik və bacarıqları əldə edibsiniz?
  • Hansı fənni daha çox xoşlayıbsınız? Bu sahədə nəyə nail olubsunuz?
  • Siz ictimai bacarıqlar tələb edən işləri yoxsa daha çox yalnız olamağı tələb edən işləri üstün tutursunuz?
  • Siz daha çox ofis işləri üçünmü istəklisiniz yoxsa daha çox hərəkət tələb edən işlər sizi cəlb edir?
  • İstədiyiniz iş daha çox fiziki əmək yoxsa zehni əmək tələb etsin?
  • Siz həyatınızın bütün hissəsini ilk işiniz üçün sərf etməlisinizmi? Əgər belə düşünmürsünüzsə sonrakı seçimləriniz daha asan olar.
  • Siz nə qədər qazanmalısınız? Siz nə qədər qazana bilərsiniz?
  • Məsləhət üçün dostlarınızdan və tanışlarınızdan soruşun (bu sizin məktəb müəlliminiz, təlimçiniz və ya hər hansı yaxından tanıdığınız şəxs də ola bilər). Onlar sizi hansı peşədə görmək istəyirlər? Güclü tənqidlər eşitməyə hazır olun!

Əgər siz hansı işi axtardığınızı bilsəniz bu zaman yeni biliklər qazanmaqla bu işə daha da yaxınlaşa bilərsiniz.

Düzgün CV necə yazılmalıdır?

Fərq etmir ki, sizin CV-niz necədir, yaxşı CV dərhal yaxşı iş təklif etmir. Lakin buna baxmayaraq çox dəqiqliklə hazırlanmış CV-lər mütləq şirkətlərin diqqətini cəlb edəcək və onlar ən azından sizə İntervyuda iştirak hüququ tanıyacaqlar. CV-nin əsas məqsədi onu göstərir ki, siz problemləri həll edə və keçmiş təcrübələrinə əsaslanaraq işdən irəli gələn tələbləri yerinə yetirə bilərsiniz. Əgər iş verən şirkətlər anlasa ki, sizin bu sahədə lazım olan əsas bacarıqlarınız vardır, sizin bu işi əldə etmək şansınız artır.

Elə düşünün ki, CV-niz sizin şəxsi reklam vəsaitinizdir. Hansı ki, siz orda özünüzün bütün nailiyyətlərinizi və bacarıqlarınızı əks etdirə bilərsiniz. Orda siz özünüzün.

Yaxşı hazırlanmış CV-lər həmçinin sizin ünsiyyət və təşkilatı bacarığınızı əks etdirir. Bu bir növ iş verənlərə sizin necə bir işçi olduğunuz təəssüratını bağışlayır. Yaxşı hazırlanmamış CV-lər isə işə götürəndə sizin haqqınızda xoşagəlməz təəssürat yaradır.

CV-lərin tərtibatında 10 tipik səhv

CV-nizi göndərməmişdən əvvəl əmin olun ki, sizin CV-niz özündə aşağıdakı məqamları birləşdirir:

 

  • Aşağı keyfiyyətli kağız. Əgər siz CV-nizi çap edib göndərirsinizsə bu zaman keyfiyyətli kağız istifadə etməlisiniz. Həmçinin CV-nizdə qrammatik səhvlərin və kofe damcılarının olub olmamasına diqqət yetirin. Bundan əlavə dostunuza sizin CV-nizə diqqət yetirməsini istəyin, ona gorə ki, adətən sizin tərəfindən müəyyən olunmayan səhvlər digərləri tərəfindən aşkar oluna bilər.
  • Uzun CV-lər. Əgər siz karyera həyatınızı üç səhifədə ifadə edə bilmirsinizsə bu zaman yeni bir sənəd yaradıb o sənəddə özünüzün təcrübənizi və təhsil həyatınızı əks etdirə bilərsiniz.
  • Özünüzdən yanlış məlumatlar yazmağınızın arzuolunmaz nəticəsi ola bilər. Çalışın özünüz haqqında CV-nizdə yanlış məlumatlar yerləşdirməyin. CV-də tarixlərin yazılışına da önəm verin. Əgər karyera həyatınızda işsiz qaldığınız zamanlar olubdursa bu faktı gizlətməyə çalışın. Bundan başqa əgər karyeranızda aşağı əmək haqqı və ya başqa səbəblərdən tez-tez iş yeri dəyişibsinizsə CV-nizdə bunları yerləşdirməsəz daha yaxşı olar.
  • Həddindən artıq monotonluluq. Siz heç zaman CV-nizi lazımlı bələdçi kimi əsaslandırmayın. Çalışın bir neçə xüsusi bacarıqlaırınızı, hər hansı bir işdəki uğurunuzu, bilavasitə iştirakınızla baş tutan hər hansı gəlirli bir işin baş tutmasındakı səyinizi və qazandığınız mükafatları qeyd edin.
  • Lüzumsuz bəhanələr. Çalışın öncəki iş yerinizdən nə üçün ayrıldığınızın səbəblərini lüzümsuz bəhanələrlə dilə gətirməyin. Şirkət müflis etdi, rəhbər səfeh idi, Əmək haqqı kifayət qədər olmadığı üçün mən işi atdım kimi ifadələrin işlədilməsi tamamilə lüzumsuzdur.
  • Keçmiş məlumatlar. Baxmayaraq ki, CV-niz bəzən çox uzun ola bilər, bu zaman sizin CV-nizdə bütün keçmiş işlərinizi qeyd etmək lazım deyil. Adətən işə götürən şirkətlər sizin son 10 ildəki iş təcrübəniz ilə maraqlanırlar. Bu səbəbdən iş yerlərinizi yazarkən sırf olaraq son 10 ildəki iş yerlərinizi qeyd etmək kifayətdir.
  • CV ilə var dövlət axtarmaq. Çalışın hər sadə iş təklifi üçün CV-nizi göndərməyin. Əgər hər hansı bir iş təklifində sizi cəlb edən bir sıra kriteriyalar yoxdursa bu zaman həmin vakansiyaya müraciət etməyin. Hər hansı bir vakansiyaya müraciət etməmişdən öncə həmin işin sizə nə dərəcədə uyğun olub olmadığını, sizin bu işin öhdəsindən gəlib-gəlməməyinizi və bu işə nə dərəcədə motivasiyalı olduğunuzu müəyyən etdikdən sonra həmin vakansiyaya müraciət edə bilərsiniz.
  • Şəxsi məlumatın çoxluğu. CV-nizdə sizin uşaqlığınız, dininiz və cinsi üstünlüyünüz və s. kimi məlumatların yerləşdirilməsi lazım deyil.

 

CV yazmağın özünə məxsus qaydaları

Əgər siz yeni CV hazırlamağa başlayıbsınızsa və ya siz artıq CV-nizi hazırlayıbsınızsa bu zaman ona diqqət yetirin ki, aşağıdakı əsas qaydalara əsaslanaraq bunları etmisiniz:

 

  • Şirkətlərin iş rejimi çox gərgin olur və onlar vaxtlarının çox hissəsini sizin CV-nizi oxumağa ayırmaq istəmirlər. Buna görə də siz çalışıb bütün məlumatlarınızı 2 səhifəyə maksimum 3 səhifəyə yerləşdirə bilərsiniz.
  • Sözləri elə ifadə edin ki, onlar sizin üçün işləsin. CV yazmaqda sizin dil bilikləriniz çox önəmli dərəcədə vacibdir. Çalışın çox uzun cümlələr və ifadələr işlətməkdən qaçının. Hər fikirinizi çox qısa şəkildə ifadə etməlisiniz.
  • Mümkündürsə rəqəmlərlə danışmağa çalışın. Mən satışın həcmini effektiv dərəcədə yüksəltdim kimi ifadələrin yerinə, mən satışın həcmini 30% artırdım və bununla yanaşı bizim müştərilərimizin sayı 100-dən 160-a qədər yüksəldi. Bu zaman işə götürən sizin rəqəmlərlə işləmək bacarığınızı hiss edəcəkdir.
  • Səmimi Olmaq. Əldə etmədiyiniz biliklər haqqında yanlış məlumatlar verməkdən pis heç nə yoxdur. İntervyu zamanı yanlış məlumatlar vermək ilk mərhələdə sizin şansınızı yüksəldə bilər lakin müəyyən müddətdən sonra həmin məlumatların yanlış olduğu müəyyən olunarsa bu sonda sizin həmin iş yerini itirməyinizə gətirib çıxara bilər.
  • CV-sizin haqqınızda ilk təəssürat yaradan vasitədir. Bunun üçün çalışın hərf səhvləri buraxmadığınıza əmin olun. Bundan başqa iş təklif edən şirkətlər sizdən CV-lərinizi vakansiya elanın verildiyi dildə göndərməyinizi gözləyirlər.
  • CV-nizdə ki, bütün lazımsız məlumatları götürün. CV-nizdə özünüzün çəkinizi və boyunuzun ölçüsü kimi lüzumsuz məlumatları yerləşdirməyin. Əgər hər hansı bir hobbiniz varsa və həqiqətən onu edirsinizsə bu zaman bunu CV-nizdə qeyd etmək olar.

 

Qüsursuz CV-lər necə yazılmalı

CV-nizdə bu günə kimi gördüyünüz bütün işləri yerləşdirməyinizə ehtiyac yoxdur. CV özünüzü əmək bazarında satmağa kömək edən bir vasitə kimi çıxış edir. Əgər bu sizə iş tapmağınızda köməklik göstərirsə, deməli bu missiyanızın öhdəsindən gəlibsiniz. Bundan başqa əgər siz hələ də CV-nizdə hansı məlumatları yerləşdirməyi bilmirsinizsə bu zaman onlarda aşağıdakı göstərişlərə diqqət yetirin.

 

  • Fikrinizi açıqlamaq üçün əsas sözlərdən çox diqqətlə istifadə edin, hər şey haqqında öncədən həvəsli və xəbərdar olun. Bir sıra önəmli əsas sözlər: Problemləri operativ həll etmə bacarığı, yaxşı analiz etmə bacarığı, əməkdaşlıq, biliklərdən praktikada tətbiq etmə bacarığı, daima inkişaf etmək bacarığı, şəxsi təşəbbüskarlıq bacarığı, məqsəd yönümlü, inandırıcı bacarığı və s. kimi sözlərin işlədilməsi sizin peşəkar olmağınızı göstərəcəkdir.
  • Lazımsız sözlərin və ifadələrin işlədilməsi sizin peşəkarlıq səviyyənizi aşağı sala bilər. Məsələn: “Ofisin bütün yükü məndə idi” kimi ifadənin yerinə “Mən ofisin idarə olunmasında məsuliyyətli idim”. Bunu kimi yaxşı ifadələr sizin CV-nizdə özünüzü daha yaxşı ifadə etmək imkanı yaradacaqdır.
  • Çalışın hazır ki, işiniz haqqında danışdığınız zaman indiki zamandan, keçmiş işinizdən danışdığınız zaman isə keçmiş zamandan istifadə edin.
  • Cümlələr çox qısa olmalıdır. Çalışın özünüz haqqında olan məlumatları çox qısa cümlələrlə ifadə edin.
  • İndiki işinizdə hansı yeniliklər edə biləcəyiniz və şirkətin gəlirini necə yüksəldəcəyiniz. Bu nüans bütün şirkətlər üçün çox önəmlidir.

 

Müşayiət Məktubu nədir və o nə məqsədlə yazılır?

Müşayiət Məktubu yazmaq CV yazmaq qədər vacibdir. Sənin əla CV-in ola bilər, amma Müşayiət Məktubu bu CV-ini tamamlayan amildir. Yaxşı Müşayiət Məktubu sənə intervyu üçün dəvət imkanı yaradır, ancaq pis Müşayiət Məktubu sənin şansını azaldır.

Sənin CV-nin məqsədi sənin kimliyini və hansı təcrübəyə malik olduğunu gostərdiyi halda Müşayiət Məktubunun məqsədi nə üçün sizin bu iş üçün ən yaxşı namizəd olduğunuzu göstərməkdir. Müşayiət Məktubu birbaşa bu iş üçün cavabdeh olan adama gondərməniz məqsədəuyğundur (əgər adamın adı iş elanında yazılbsa). Müşayiət Məktubu üçün vacib bir amil də onun sadə yazılmasıdır. Əsasən Müşayiət Məktubu bir tərəfdən iş üçün tələb olunan göstəricilər və digər tərəfdən isə sizin bu göstəricilərə necə cavab verdiyinizi bildirən sənəddir.

Müşayiət Məktubunun format və quruluşu

Müşayiət Məktubunun məqsədi ozünüzü ən yaxşı şəkildə potensial işə götürənə təqdim etməkdir. CV-nizi heçvaxt Müşayiət Məktubsuz göndərməməlisiniz, amma unutmayın ki, onlar iki fərqli şeylərdir. CV sizin karyera tarixçənizdir amma Müşayiət Məktubu sizin həmin iş üçün lazım olan bacarıqlar siyahısıdır.

 

  • Özünü təqdim et və CV-ni nə səbəbə yolladığını bildir, niyə onların şirkəti sənin üçün maraqlıdır və arzuların nədir. Əgər eyni sahədə işləyirsinizsə həmin şirkət haqqında əvvəlcədən məlumatlı olduğunuzu və müraciət etdiyiniz vəzifənin haqqında məlumatlı olduğunuzu bildirin.
  • Özünüzü düzgün təqdim edin. Onlara sizin bacarıqlarınızın onların tələblərini necə qarşıladığını qısa yolla göstərin.
  • Müşayiət Məktubunun sonunda daha fəal olun. Onlara diqqətlərinə gorə təşəkkürünüzü bildirin və qeyd edin ki, onların hər hansi bir suallarına cavab verməyə hazırsınız və sizin əlaqə vasitələrinizi CV-nizdə tapa bilərlər. Siz həmçinin qeyd edə bilərsiniz ki, itervyuya gedib iş haqqında daha yaxından danışmaq və onların butun suallarına cavab vermek istəyirsiniz. Çalışın çox nəzakətli şəkildə aqressiv olasınız.

 

Müşayiət Məktubunun konkret quruluş qaydası yoxdur amma orda müəyyən məqamlar var ki, onları unutmamalısınız:

 

  • İlk iki paraqraf sizin kim olduğunuzu, hansı işə müraciət etdiyinizi və nə üçün məhz bu işə müraciət etdiyinizi bildirməlidir.
  • Əgər sizin Müşayiət Məktubunu kimin oxuyacağını bilmirsinizsə çalışıb bunu aydınlaşdırın və ya formal başlıqdan istifadə edə bilərsiniz, məsələn Əziz “İnsan Resusrsları Meneceri”.
  • Siz “bold” həriflərdən istifade edə bilərsiniz, amma bunu həddən artıq istifade etməyin.
  • Məktubu həmişə müsbət emosiya ilə bitirin – en yaxşı arzularla ve ya tezliklə sizdən bir xəbər eşidəcəyimi umid edirəm – və əgər siz məktubu poçt vasitəsilə göndərirsinizsə imza atmaq üçün də yer saxlayın.

 

Burada Müşayiət Məktubunu yazmaq üçün bir neçə əsas məqamlar qeyd olunmuşdur.

 

  • Positiv və özünüzə inamlı olun
  • Özünüzü sadə dillə ifadə edin
  • Nəzakətli və professional olun
  • Hərf səhvlərini yoxlayın
  • Müşayiət Məktubunu əl ilə yazmayın
  • Müşayiət Məktubunun bir surətini özünüzdə saxlayın
  • Işə göturənin sizi tapa bilməsini təmin edin

 

Müşayiət Məktubunu yazarkən 5 əsas məqamı unutmamalısınız

Əgər Müşayiət Məktubunu yazmaqda çətinlik çəkirsinizsə onda bunu addım-addım edin. Aşağıdakı 5 suala cavab sizin Müşayiət Məktubunu yazmağınıza kömək edəcək.

 

  • Gələcək işə götürənin ehtiyacları və maraqlari nədir?
    İş üçün hansı bacarıqlar, biliklər və təcrübə tələb olunur?
  • Məqsədlərin nədir?
    Sən bu işə ən yaxşısını istədiyin üçün müraciət edirsən ya ümid edirsən ki, heç olmasa intervyuya gedə bilərsən və ya hər hansı bir iş üçün müraciət edirsən.
  • Sənin işə götürən üçün təklif edə biləcəyin 3-5 ən yaxşı keyfiyyətlərin hansılardır?
    Əgər hər hansı xüsusi keyfiyyətlər tələb edən bir işə müraciət edirsinizsə onda sizin keyfiyyətləriniz onların tələblərinə cavab verməlidir. Əgər siz sadəcə bəxtinizə güvənirsinizsə onda azından ümumiyyətlə hansı keyfiyyətlərin və təcrübənin dəyərləndirildiyi haqqında fikirləş.
  • Sənin keçmiş təcrübələrini bu işlə necə əlaqələndirmək olar?
    Sənin ən azı hansı 2 nailiyyətin 3-cü sualdaki keyfiyyətlərə uyğun gəlir?
  • Nə üçün bu şirkətdə işləmək istəyirsən?
    Bu şirkət haqqında nə bilirsən? Onların hansı məhsulları, xidmətləri, iş fəlsəfələri, missiyaları, şirkət daxili mədəniyyəti, məqsədləri və ehtiyacları sənin təcrübən,dəyərlərin və məqsədlərin ilə uyğun gəlir?

 

Yuxarıda göstərilən bütün suallara cavab tapdıqdan sonra siz Müşayiət Məktubunu yazmağa hazırsınız.

Iş müsahibəsinin növləri

İş axtardığınız müddət ərzində siz tezliklə müxtəlif növ iş müsahibələri ilə üzləşəcəksiniz. Biz sizlərə bir neçə növ iş müsahibələri təsvir edəcək və həmin müsahibələr zamanı necə davranmağınız barədə bir neçə məsləhət verəcəyik.

 

  • Gərgin Müsahibə
    Gərgin müsahibə sizin stresli vəziyyətlərdə necə hərəkət edəcəyinizi öyrənmək üçün bilərəkdən edilən bir cəhddir. Bəzən müsahibə götürən sizinlə kinayəli rəftar edə və ya cavablandırmağı istəmədiyiniz suallar verə bilər, həmçinin provakativ suallar veməklə sizin gözləmənizə şərait yaradar. Bunun üçün hər zaman hazırlıqlı olun və bunu şəxsi məsələ kimi üzərinizə götürməyin. Ən önəmlisi isə çalışın bütün bunlara qarşı sakit olun və sulları cavablandırmadan öncə xeyli düşünün.
  • Ətraflı Müsahibə
    Ətraflı müsahibənin məqsədi sizin iş mühitinə nə dərəcədə uyğun gəlib-gəlmədiyinizi yoxlamaq, o cümlədən bilik və bacarığınızın şirkətin gözləntilərinə nə dərəcədə cavab verib-verməməyinizi yoxlamaqla yanaşı, gündəlik mövzularda nə dərəcədə bilikli olub olmamağınızı yoxlamaqdır. Mövzular mütəmadi olaraq dəyişdiyi üçün Əraflı Müsahibə sual-cavab-sual kimi deyildir. Burda sizin vəzifəniz gedən söhbətin mətnini izləmək və müsahibə götürənin simasını və necə birisi olduğunu özünüzdə canlandırmağınızdır. Bunları yerinə yetirərək siz çox asan və çox rahat müsahibədən keçə bilərsiniz.
    Müsahibə götürənin nitqindəki əsas sözlərə diqqət yetirin. Sizcə o sizinlə tam açıq, rəsmi və yaxud da dost kimi söhbət aparmağa çalışır? Sizcə o sizinlə yüksək səslə danışır? Belə etməklə sizdən hansı növ məlumatları- ümumi, professional yoxsa şəxsi məlumatları almaqda sizi sıxışdırır? Sizin onun ümumi davranış modelini tapdıqdan sonra onu izləyə və onun gözləntilərinə uyğun cavablar verməyə çalışın. Hər zaman pozitiv olmağa çalışın. Çalışın müsahibə götürənə öz komplimentlərinizi və rəylərinizi dostcasına bildirin. Çalışın intervyu götürənə eyni səs tonunda danışın. Yaxşı dinləyici olmağa çalışın.Bütün bunlara əməl etməklə siz sülh mühitinə nail olmaqla özünüz və oponentiniz arasında çox yaxşı əlaqələr qurmağa nail ola bilərsiniz. Çalışın xüdahafizləşəndə belə açıq və dostcasına olun, mühasibəni tərk edəndə isə gülümsəməyi və əl sıxışanda isə müsahibə götürənin gözlərinə baxmağı unutmayın.
  • Yoxlama Müsahibəsi
    Bu tip müsahibələrin əsas məqsədi təklif edilən vakansiyalar üçün müraciət etmiş namizədləri bir növ süzgəcdən keçirtməkdir. Sizin burda rolunuz öz biliyinizə və bacarığınıza əminliyinizi ifadə etməkdir. Müsahibə götürənin əsas məqsədi sizdən istədiyi məqamlar haqqında söhbət apararaq özünə sərf edən sulları əldə etməkdir. Bu tip sullara çalışın hər zaman birbaşa cavab verin və artıq informasiyaların verilməsinə çalışmayın.
  • Nahar zamanı müsahibə
    Eyni qaydada olaraq bəzən müsahibə götürənlər bu tip müsahibə növlərinə müraciət edirlər. Baxmayaraq ki, bu sizin üçün çox rahatladıcıdır, lakin unutmayın ki bu iş yeməyidir və sizin bütün hərəkətinizə onlar tərəfindən diqqət yetirilir. Siz bu imkanı dəyərləndirməklə müsahibə götürənin davranışını ve etdiyi hərəkətə diqqət yetirərək onun imicini yarada bilərsiniz. Bu zaman ümumi etik davranışları unutmayın.
  • Bir-üç Müsahibə
    Bu ən çox bilinən müsahibədir. Bu zaman siz bir neçə mühim şəxslərlə görüşəcəksiniz, hansı ki, həmin şəxslər sizin həmin vakanisyaya nə dərəcədə uyğun gəlib gəlmədiyiniz barədə qərar verəcəkər. Siz bir neçə adamla danışan zaman çalışın, sualı verən insanın suallarını cavablandırmağa diqqətinizi toplayın. Ola bilər ki, sizə problemləri həll etmə bacarığınızı sübut etməniz üçün fərziyyəyə əsaslanan situasiyalar canlandırmağa və öz probleminizi həll etmə bacarıqlarınızdan istifadə etməkə bu problemi həll etməniz istənəcəkdir. Siz sonuncu həll yolunu təkif etməməlisiniz, çünki bunun əsas məqsədi sizin nə dərəcədə cəld cavab vermə bacarığınızı yoxlamaqdır.
  • Qrup müsahibəsi
    Bu tip müsahibələr çox zaman potensial liderləri və ictimai əlaqələr işçilərini namizədlər arasından seçmək üçün aparılır. Bu zaman seçilmiş namizədlər müsahibəyə dəvət olunur. Bu tip müsahibələrin əsas məqsədi sizin digər namizədlərlə birgə necə əməkdaşlıq etdiyinizi görmək, sizin bilik və bacarıqlarınızdan istifadə etməklə bu yolda digərlərini problemin həllində əllərindən gələni etmələrinə inandırmaqdır.
  • Telefon müsahibəsi
    Telefon müsahibəsi də yoxlama müsahibəsi kimi eyni məqsəd daşıyır, beləki onların ən əsas məqsədi uyğun olmayan namizədləri sıradan çıxartmaqdır. Sizin burda missiyanız təkə-tək müsahibəyə seçilmənizdir. Bunun üçün sizin telefon müsahibəsindən uğurla keçməniz üçün bir sıra ipuclarını bilməniz önəmlidir.
  • Çalışın telefon müsahibəsinin olacağı barədə öncədən məlumatlı olun. Onlar tərəfindən verilə biləcək gözlənilən sualları və onlara verəcəyiniz cavabları özünüz üçün qeyd edin. Öz bilik və bacarıqlarınıza fokus olmağa çalışın. Özünüz üçün qeyd etdiyiniz notları telefona yaxın bir yerdə saxlamağa çalışın.
  • CV-nizi yerləşdirin, şirkət haqqında informasiyaları və başqa önəmli olacaq məlumatları toplayıb telefona yaxın yerdə yerləşdirin. Bütün gözlənilməz zənglərə və situasiyalara hazır olun və özünüzə daha çox inanmağa çalışın. Həmçinin telefona yaxın yerdə qələm və dəftəri lazım olacaq məqamlar üçün hazır vəziyyətə gətirin.
  • Cavabınızı çalışın yığcam və qısa söyləyin. Unutmayın ki, telefon müsahibəsi zamanı uzun monoloq nitqi istifadə etməməlisiniz.
  • Əmək haqqının məbləği barədə söhbət açmayın. Əgər lazımdırsa bu zaman siz təxmini rəqəmlər söyləyə bilərsiniz. Məsələn ay üçün 500-1000 AZN. Səhv rəqəmlər təklif etməklə siz özününzü dərhal həmin müsabiqədən uzaqlaşdırmış olursunuz. Daha yaxşı cavab belə olardı ki, “Mən ümid edirəm o əmək haqqı işlə bağlı məlumatda yerləşdirilmişdir ki, biz o haqda söhbət edə bilərik.“
  • Çalışın bir faktı vurğulayın ki, siz qarşıdakı günlərdə müsahibəyə gəlməkdə həvəslisiniz. Məsələn siz deyə bilərsiniz ki, ”Mən sizin təşkilatın elan etdiyi bu vakansiya üçün çox maraqlıyam və ümid edirəm ki, bu iş üçün mən ən yaxşıyam. Nə zaman sizə görüşmək üçün yaxşı zaman olardı?”
  • Əgər sizə uyğun olmayan zamanda zəng vurublarsa bu zaman çalışın söyləyin ki, sizə münasib zamanda yenidən zəng vursunlar və əlavə edin ki, zəng üçün indi uyğun zaman deyil, çünki siz indi başqa bir görüşdəsiniz.

 

İş Müsahibəsi zamanı verilə biləcək suallar

Çalışın müsahibədən öncə mümkün verilə biləcək sullara cavab tapın, çünki bu sizi daha arxayın salacaq və şirkət üçün nə dərəcədə lazımlı olmağınızı göstərəcəkdir. Buradakı nümunələrə baxa bilərsiniz:

 

  • “Bizə özünüz haqqında danışın!”
    Bu zaman təhsilinizi haqqında qısa xülasə verin və nailiyyətlərinizdən danışın. Həmçinin izah edin ki, siz həmin şirkət üçün nə dərəcədə faydalı ola bilərsiniz.
  • “Bizim şirkətdə nə üçün işləmək istəyirsiniz?” və ya “ Bizim şirkətdə sizi nə cəlb etdi?”
    Bu ən vacib soruşulan suallardan biridir bunun üçün çalışın bu sualı aydın və ruh yüksəkliyi ilə cavablandırmağa çalışın. Onlara göstərin ki, siz onların şirkətləri barədə maraqlısınız- siz şirkət haqqında məlumatlı olduğunuz informasiyalar və faktlarla bunu göstərə bilərsiniz. Heç zaman söyləməyin ki, siz yalnız pul üçün maraqlısınız bu sizi heç yerə aparmayacaqdır.
  • “Hansı səbəbə görə siz sonuncu iş yerinizi tərk etmisiniz?”
    Bu sualı sizə verməklə müsahibə götürən bilmək istəyir ki, siz sonuncu iş yerinizdə problem yaşamısınızmı. Əgər hər hansı bir problem yaşamayıbsınızsa bu zaman hər hansı bir səbəbi söyləyə bilərsiniz məsələn, şirkət müflis oldu, o müvəqqəti iş yeri idi, həmin işdə karyera imkanları yox idi. Mən elə iş axtarırdım ki, o işdə bütün potensialımı ortaya qoya bilim və s. Əgər hər hansı problem yaşamısınızsa bu zaman səmimi olun. Onlara göstərin ki, siz səhv edə-edə öyrənmisiniz və bununla daha məsuliyyətli olmusunuz. Siz problemlər haqqında danışa bilərsiniz lakin bunu sözün əlavə məzmunu ilə ifadə etməlisiniz. Çalışın vurğulayın ki, siz öyrəndiklərinizi təcrübədən öyrənmisiniz və gələcəkdə o kimi səhvlər etməkdən qaçınacaqsınız.
  • “Sizin ən yaxşı bacarıqlarınız hansılardır?”
    İndi müraciət elədiyiniz işə uyğun olaraq bütün bacarıqlarınızı sıralaya bilərsiniz.
  • “Sizin əsas zəifliyiniz nədədir?”
    Bu zaman pozitiv olun və zəifliyinizi güclü tərəflərinizlə göstərin. Məsələn, “Mən işim haqqında çox narahat oluram” və ya “İş yoldaşlarım tənbəllik edəndə və işə yalnız saatın keçməsi üçün gəldikdə bu zaman çox məyus oluram”.
  • “Siz tək yoxsa komanda ilə işləməyi üstün tutursunuz?”
    Bu cavbla çalışın özünüzün nücə yolagedən olduğunuzu göstərin. Diqqət edin görün həmin işdə tək yoxsa komanda ilə işləmək tələb olunur. Nümunələr göstərin ki, hər iki situasiyada siz nə edə bilərsiniz.
  • “Siz karyera qurmağı arzu edirsiniz?” yoxsa “Sizin gələcək planınız nədir?”
    Müsahibə götürən istəyir ki, sizin gələcək planlarınızın nə dərəcədə şirkətlə bağlı olduğunuzu yoxlasın. Bu zaman ona bildirin ki, sizin bir sıra planınız vardır və siz bu planları bu şirkətdə reallaşdırmaq istəyirsiniz. Ona özünüzün gələcək planlarınız barədə qısa xülasə verin və həmin planlarınıza necə nail olma metodlarını göstərin.
  • “Hobbiləriniz nələrdir?” və ya “Siz plan işləyib hazırlayırsınızmı?”
    Hobbilər hər zaman insanın bacarıqlarını təsvir edir. Əgər siz şahmat oynaya bilirsinizsə bu sizin analitik düşünmə bacarığınızı göstərir. Oxumaq, müsiqi dinləmək və rəsim çəkmək sizin yaradıcılığınızı göstərir. İdman isə sizin qətiyyətliliyinizi və dözümülüyünüzü, və əgər bu idman növü komanda tələb edən idman növüdürsə bu sizin komanda kimi işləmək bacarığınızı göstərir.
  • “Sizin əmək haqqı gözləntiləriniz nədir?”
    Heç zaman dəqiq rəqəm söyləməyin. Soruçun ki, siz “ Nə təklif edirsiniz”? çalışın ilk addımı işə götürən atsın. Hər halda siz bu vakansiya üçün əmək haqqı səddi barədə məlumatlı olmalısınız.
  • “Nə isə əlavə etməyi arzu edirsinizmi?”
    Bu zaman çalışın öz müsbət keyfiyyətləriniz və bacarıqlarınızdan danışmaqla bu vakansiya üçün nə dərəcədə uyğun olduğunuzu söyləməklə söhbətə yekun vurun. İnandırın ki, siz bu vakansiya üçün ən yaxşı namizədsiniz və həqiqətən bu iş üçün çox istəklisiniz.

 

Bundan başqa çalışın ki, bu suallara da cavab tapa bilərsiniz:

Sizin keyfiyyətləriniz

  • Biz nə üçün sizi seçməliyik?
  • Sizin bu iş üçün professional bacarığınız nədir, hansı ki bu iş üçün uyğun ola bilər?
  • Sonradan siz hansı bararıqlarınızı mənimsəmisinz?
  • Sonuncu iş yerində göstərdiyiniz təşəbbüslər haqqında nümunələr göstərin.
  • Ən böyük uğurunuz nədir?
  • Bu işdə sizin üçün ən önəmli şey nədir?

 

Sizin Karyeranız

  • Önümüzdəki 5 il içində nə etmək istəyirsən?
  • Siz özünüzü uğurlu hesab edirsinizmi? Bu uğurunuza necə nail olmusunuz?
  • Bu sizin karyera planınızla nə dərəcədə uzlaşır?
  • Bu işdən gözləntiləriniz nədir?
  • Hansı növ iş vaxtı sizin üçün daha uyğundur?
  • Siz nə zaman başlaya bilərsiniz?

 

Sizin iş təcrübəniz

  • Sonuncu işinizdən nə öyrənmisiniz?
  • Ən böyük məsuliyyətiniz nə olubdur?
  • Sizin sonuncu işiniz bu işlə necə əlaqəlidir?
  • Bu işdə ən çox/az xoşladığınız şey nədir?
  • Sizin zəmanətiniz kim ola bilər?

 

Sizin təhsiliniz

  • Sizin təhsiliniz bu işlə necə əlaqəlidir?
  • Orta məktəbdə ən çox sevdiyiniz fən hansı olubdur?
  • Nə üçün siz bu peşəni seçmisiniz?
  • Təhsilinizi davam etdirmək istəyirsinizmi?

 

Müsahibə zamanı siz sual verə bilərsiniz ki, bu sual iş ilə əlaqəli deyildir.Siz hər zaman istədyiniz suallara cava verə bilərsiniz və əgər arzu etsəniz işlə əlaqəli olmayan sualları cavablandırmaqdan qaçının. Əgər siz o tip sullara cavab verərək həmin cavabları bu işlə əlaqələndirə bilərsiniz. Məsələn:” Əgər siz iş səyahətinə getsəniz bu zaman sizin uşaqlara kim baxacaq?”. Siz bu cür cavablandıra bilərsiniz: “Təklif edilən iş saatı mənim üçün çox uyğundur və həmçinin işim də iş səyahətlərini tələb edir.”

Müsahibənin sonunda onlar soruşa bilərlər

Sizin hansısa sualınız var və adət üzrə verilmiş cavab “xeyr, siz hər şəyi çox aydın izah etdiz”. Bu səhv cavabdır, onun üçün ki,siz əlinizə düşən fürsəti dəyərləndirib iş haqqında maraqlı olan sualları hamısına cavab tapa bilərsiz.

Siz necə suallar verə bilərsiz? Əgər siz tətil və ya xəstəliklə bağlı məzuniyyətə çıxmaq haqqında sual versəz, bu işə götürən insanda yaxşı təəssürat yaratmayacaq və o düşüncək ki,indidən işdən qalmağı planlaşdırırsız.

Birinci müsahibə gələcək müdirlə tanış olmaqdan ötəridir . Sizin alacağınız əmək haqqı barasində müsahibənin sonunda soruşa bilərsiz.Daha məqsədə uyğundur ki,siz şirkət adətləri və onun gələcək planları haqqında soruşasız, çünki bu işə götürən tərəfdən elə görünəcək ki,siz şirkət haqqında maraqlanırsız. Onlar gələcək planları və arzuları haqqında danışmağı sevirlər.Bu sizin söhbəti daha canlı vəziyyətə çevirəcək və işə götürəndə sizin haqqınızda müsbət təəssürat yaradacaq.

Müsahibədə dəyişik məlumatlar olmalıdır; şikətə nə lazımdır və siz onlara nə təklif ədə bilərsiz? Bu sizin üçün də eynidir sizə nə lazımdır və şirkət sizə nə təklif edir.

Həmçinin sizin kimlə danışdığınız vacibdir. İnsan resursları üzrə menecer iş haqqında məlumatları və tapşırıqları daha yaxşı bilir. O, gərəkli olan şəxsi keyfiyyətləri və daxili adətləri daha yaxşı bilir.

Müsahibə zamanı cavablandırılan sualları təkrar verməyin. Sual verərkən elə təsir yaratmayın ki, siz oları sorğu-suala tutursuz. Müsahibə əvvəlində verəcəyiniz bir neçe nümunəvi suallar aşağıda qeyd olunub:

  • Sizdən iş qaydaları haqqında nümunələri götürmək, mümkündürmü?
  • Nə üçün bu işdə vakansiyaya ehtiyac oldu?
  • Nə vaxt bu vəzifəyə namizəd axtarmağa qərara gəldiz?

 

Müsahibə zamanı yol verilən xətalar

Mühasibə zamanı sizin gələcəkdəki işverəninizlə üz-üzə görüşmək şansınız olur. Ancaq, əvvəlcədən hazırlanmaqla bu işi əldə edəcəyinizə əmin olmağınız vacib deyil, çünki özünə əminsizlik və ya verə biləcəyiniz təsadüfi uyğunsuz bir cavab sizin şansınızı azalda bilər.

Burada əsas xətaların siyahısı verilib:

  • Salamlaşmada tərəddüd
    İnsan haqqında ilkin təəssürat ilk 10 saniyə içərisində formalaşır. Adını düzgün tələffüz etməmək, çox astadan danışmaq və ya çirkli əl uzatmaq – bu halda sizin haqqınızda ilk təəssürat mənfi olacaq. Özünü təqdim etmə və münasibət qurma şəkliniz sizin haqqınızda ilk təəssüratı formalaşdıran amillərdir. Diqqətli və alicənab olmalısınız; əgər işverəninizin adını xatırlamırsınızsa mədəni şəkildə adını yenidən soruşa və ya işverəninizin kart-vizitini tələb edə bilərsiniz, əgər səhv etsəniz üzr istəməyi gecikdirməyin.
  • Yarımçıq hazırlıq
    Təqdim etdiyiniz tərcümeyi-hal gələcəkdəki işverəninizdə sizin şəxsiyyətiniz barəsində müəyyən bir təəssürat formalaşdırır. Buraxa biləcəyiniz ən böyük xəta kompaniya və sənəd verdiyiniz iş haqqında heç bir məlumatınızın olmamasıdır. Cari iş sahəsi və iş öhdəlikləriniz haqqında qabaqcadan məlumatlı olmalısınız.
  • Uyğunsuz xarici görünüş və davranış
    İş üçün müsahibələrə hər zaman uyğun geyimdə getməlisiniz. Aşbaz və ya satıcı vəzifəsi üçün müsahibəyə getməyinizdən asılı olmayaraq uyğun geyimdə olmağınız həmişə vacib bir amildir.
  • Yanlış informasiyanın verilməsi
    Hər hansı vacib bir məlumat haqqında yalan söyləmək və ya onu gizlətmək vəziyyəti sizin əleyhinizə çevirə bilər. Özünü tərifləmək faydalı bir davranış sayılmır. Sizin müvəffəqiyyətlə əməl edəcəyiniz bu faktorlar sizin çıxışınızı daha inanadırıcı göstərəcək. Məsələn, əgər sizin köhnə işverəninizlə aranızda hansısa bir anlaşmazlıq olubsa bu barədə yalan söyləmək lazım deyil, onlar sizin köhnə işverəninizlə əlaqə saxlaya və sizinlə əlaqədar bir arxiv araşdırması tələb edə bilərlər. Narazılığınızın səbəbini və köhnə işverənlə anlaşılmazlığın sizin səhviniz ucbatından baş vermədiyini əsaslı səbəblərlə izah etməyə çalışın. Əgər bu işlə həqiqətən maraqlanırsınızsa onda gələcəkdəki iş öhdəlikləriniz barəsində daha həvəsli görünməlisiniz. Belə ki, cari işlə əlaqədar suallar verə və sizin şəxsi keyfiyyətlərinizin bu işə nə üçün uyğun olduğu barəsində dolğun səbəblər göstərə bilərsiniz.

 

Əlavə olaraq, müsahibə zamanı buraxılan bəzi səhvlərin siyahısı aşağıda verilmişdir:

  • müsahibəyə gecikmək;
  • uyğunsuz xarici görünüş;
  • stulda yellənərək oturuş tərzi;
  • göz təmasını itirmək;
  • şərtlərə uyğun davranış bacarığını tənzimləyə bilməmək;
  • heç bir misal göstərmədən özünü tərifləmək;
  • aydın olmayan və qeyri-dəqiq cavablar;
  • həvəssiz olmaq;
  • yalnız “hə” və “yox” cavabları;
  • müsahibini yalnış adla çağırmaq;
  • köhnə işverənini pisləmək;
  • “Sualınız varmı?” sualını “Xeyr” deyə cavablandırmaq.

 

Hər bir iş müsahibəsi sizə geniş təcrübə imkanı qazandırır. Bu səhvlərdən qaçınmaqla siz yalnış davranmaq riskinizi minimuma endirmiş olarsınız.

İş müsahibəsi üçün hazırlıq

Əgər siz şirkət haqqında hələ məlumat toplamamısızsa, onda bunu dərhal edin. Şirkət və vakansiya haqqında çox məlumat sizin şansınızı daha da artırar. Şirkət haqqında bildiyiniz məlumat adətən müsahibə götürəni təəccübləndirir və ona yaxşı təsir bağışlayır. Siz internetdən, qəzetlərdən və ya evvelki və hazırki işçilərdən məlumat ala bilərsiz.

Hazırlıq üçün ipucları:

  • Şirkət, məhsul və xidmətlər, müştərilər, şirkətin tarixi, şirkətin son vaxtlardakı inkişafları, iqtisadi vəziyyəti haqqında məlumatlar toplayın.
  • Potensial suallar üçün cavablar. Həmçinin işəgötürəndən soruşacağınız sualları hazırlayın.
  • Müsahibəni dostunuzla məşq edin. Yadda saxlayın ki, siz 15 dəqiqədə özünüz haqqında ən müsbət təsiri bağışlamalısız. Siz həmçinin öz hekayənizə özünüz qulaq asıb səhvlərinizi görə bilərsiz.
  • Lazımi sənədləri əvvəlcədən hazırlayın.
  • Rahat və professional geyinin. Siz öz görünüşünüzlə mühakimə edilə bilərsiz. Əgər siz hansı paltarı geyinmək barədə bir qərara gələ bilmirsinizsə, daha konservativ baxmaq üçün gedin.                                                                                                                                                  (C) http://www.cvcenter.az/

______________________________________________________

Gedəcəyiniz yolda  bol ugurlar arzusu ilə.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: