Dünyanın maraqlı yerləri

Yer — kainatın ən nəhəng və gözəl planetlərindən biridir. Burada o qədər gözəl valehedici yerlər var ki, sözlə təsvir etmək mümkün deyil. Onların bir çoxunun təbii hadisələr nəticəsində, o cümlədən vulkan püskürməsi, yaxud meteoritin düşməsi ilə formalaşması isə insanlarda daha böyük maraq oyadır. 

1. Böyük mavi dəlik – Cənubi Amerikanın Beliza əyalətinin sahillərində yerləşir. Diametri 0,4 km olan bu ideal dairəvi dəlikdə suyun dərinliyi 145 m təşkil edir. Ərazinin tünd rəngə çalması bu coğrafi obyektlə digər ərazilərin arasında dərinlik fərqinin olmasına görədir.

2. Saxaranın gözü – Mavritaniyanın Saxara səhrasında yerləşən bu ərazi dünyanın ən gözəl geoloji möcüzələrinən biri sayılır. Səhranın ortasında göz formasına bənzəyən bu yerin diametri 50 km-dir. Qeyd edək ki, kosmik gəmilərin heyəti səmti müəyyənləşdirmək üçün Saxaranın Gözündən oriyentir kimi istifadə edir. Əvvəllər belə hesab olunurdu ki, bura meteoritin düşməsi nəticəsində indiki formanı alıb, hazırda isə alimlər əvvəlki fikirləri təkzib edərək torpağın erroziyası ilə belə bir gözəlliyin yarandığını bildirirlər.

3. Cəhənnəm qapısı – Türkmənistanda yerləşən bu ərazi saysız qaz yanacağına malikdir. Hesab olunur ki, 35 il əvvəl qaz əldə etmək üçün qazıntı işləri aparan geoloqlar çox dərinə gedərək yeri «dəliblər». Geoloqlar o qədər həyəcan keçiriblər ki, təchizatlarını belə götürmədən çıxıblar. Ancaq əvvəlcə oradan çıxan qazın insanları zəhərləməsinin qarşısını almaq üçün, təbii ehtiyatı yandırıblar. O zamandan da burada atəş daim yanır.

4. Erebusun buz qayaları – ən soyuq kontinent olan Antraktitada yerləşir. 20 metr yüksəklikdə yerləşən «qala»dan daim par çıxır. Par havada donanda qalaların daxili divarları hündürləşərək genişlənir. Bu geoloji yaradıcılığı daha çox Mars planetindəki, o cümlədən Saturn, Yupiter və Neptun peyklərindəki görüntüləri xatırladır.

5. Şeytan qayalıqları (Karlu-Karlu) – Avstraliyalı aborigenlər buranı belə adlandırıblar. Bu qırmızı qranitdən olan nəhəng qayaların ölçüsü 50 sm-dən 60 metrə kimi dəyişə bilir. Onlardan bəziləri bir-birini balanslaşdıraraq daha qəribə formada yerləşiblər. Alimlər «Karlu-karlu»nun milyon il əvvəl ərimiş maqmanın qum daşı ilə birləşərək, soyuyandan sonra qranit formasını almasını hesab edirlər.

6. Qamış fleytası mağarası – Çində yerləşir. Bu yeri dünyaca məşhur edən isə özünəməxsus quruluşu və rəngli işıqlanmasıdır. Mağaranın adı isə yaxınlıqda musiqi fleytası hazırlamaq üçün istifadə edilən qamışlığa görə qoyulub. 240 metr uzunluğunda olan bu geoloji obyekt e.ə.792-ci ilə aid edilir.

7. Uyuni şoranlığı – Boliviyada 10 min km sahəni əhatə edən bu yer dünyada ən böyük qurumuş duz gölü sayılır. Yağış yağanda bu şoranlıq nəhəng güzgünü xatırladır.

8. Antilop kanyonu – Arizona ştatında yerləşir. Əsrlərlə yağış suları qayalıqları döyəcələyərək maraqlı forma almasına səbəb olub.

9. Şokolad təpələri – 50 km ərazini əhatə edən bu yer Filippinlərdə yerləşir. Əlbəttə, burada şokolad yoxdur, sadəcə quraqlıq dövründə bu təpələr qəhvəyi rəng alır. Bu yer Bohol əyalətinin bayrağında da təsvir olunub.

10. Daş meşə – Madaqaskarda yerləşən bu ərazi YUNESKO-nun vərəsəsi sayılır. 666 km ərazini əhatə edən coğrafi obyektdə çox nadir heyvanlar, o cümlədən ağ lemur məskunlaşıb.

 

(c) Kayzen

6 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. HESENOV SENAN TURAN NECEFELIYEVA
    Noy 20, 2013 @ 00:05:02

    30 OKTIYABR AD GUNU MUNASIBET ILE SENI SEMIMI QELVDEN TEBRIK EDIREM

  2. HESENOV SENAN TURAN NECEFELIYEVA
    Noy 20, 2013 @ 00:05:59

    30 OKTIYABR AD GUNU MUNASIBET ILE SENI SEMIMI QELBDEN TEBRIK EDIREM

  3. ELSENLL
    Fev 17, 2014 @ 15:07:45

    A

  4. elcin
    Mar 26, 2014 @ 13:22:53

    Cox gozeldi.hormetli yazar bucur maraqli hadiseleri sevirem.arasdirmalariniz gozel idi.yene yazsaniz sevinerik

  5. amil123456789
    İyn 27, 2015 @ 07:14:30

    yaxsi id

  6. leyla
    Dek 12, 2015 @ 17:22:18

    cox gesengdi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: