Ziddiyyətli ata sözləri

Atalar sözlərindən yazacam bu gün, o atalar sözləri ki dərin hikmət daşıyır, ildən ilə, dildən dilə bu günədək ötürülüb çatdırır. Bəzən də elə atalar sözlərinə rast gəlirik ki, bu ata sözüynən o ata sözü bir-birinə uyğun gəlmir, tamamilə əks mənada dayanır😉

Bir neçəsi ilə tanış olaq:

Dama-dama göl olar.hansına inanaq?
Quyuya su tökməklə quyu dolmaz.

Yaxşı insan sözünün üstünə gələr.
İti an, çomağı hazırla.

Bu günün işini sabaha qoyma.
Tələsən təndirə düşər.

Danışmaq gümüşdüsə, susmaq qızıldır.
Susmaq razılıq əlamətidir.

Düzlük ən böyük biclikdi.
Əyri otur düz danış.
Düz düzdə qalar.

Öyrənmənin yaşı yoxdur.
Qırxında öyrənən, gorunda çalar. 

Ağıl ağıldan üstündür.
Ağlın yolu birdir.

Anasına bax qızını al, kənarına bax bezini al.
Beş barmağın beşi də bir deyil.

Niyyətin hara, mənzilin ora.
Şər deməsən xeyir gəlməz.

Artıq tamah baş yarar.
Çox pul cib deşməz.

Aza qane olmayan toxa çatmaz.
Aza qane olan toxa çatmaz.

 Pis günün ömrü az olar.
 Dərd gələndə batmanla gələr.

Pul vermə, can ver.
Cana gəlincə, mala gəlsin.

Palaza bürün, el ilə sürün.
El üçün ağlayan göz kor olar.

Taylı tayın tapar.
Armudun yaxşısın ayılar yeyər

Qız yükü, duz yükü.
Qız qalar, qızıla dönər.

Ağıllı fikirləşincə dəli vurdu keçdi.
Yüz ölç, bir biç.

Ad adamı bəzəməz, adam adı bəzəyər.
Adı gözəl olanın özü də gözəl olar.

Araşdırdı: Axundova Təhminə

3 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. SenanTutuSamxalova
    İyn 20, 2014 @ 09:37:20

    artiq bu atalar sozunun vaxti kecib…cunki atalar sozlerine emel edenler azalib…

  2. Aqil Abdurrahim
    Avq 26, 2014 @ 18:54:50

    BU atalar sozleri mence insanlarin baxis acisina goredir. Kimi baxir gul gorur, kimi baxir kol gorur.

  3. aZeKiller
    Noy 09, 2014 @ 12:28:30

    Bu gunun isini sabaha qoyma
    Gecenin xeyrinden gunuzun seri yaxsidir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: