Bir qaranquşun hekayəsi…

true-love-story03Bir qaranquş bir adama aşiq olur. Pəncərənin önünə qonub bütün cəsarətini toplayır, tüklərini qabardır, gözəl durduğuna əmin olduqdan sonra kiçik dimdiyi ilə pəncərəyə vurur:
Tık…. Tık…. Tık….
Adam pəncərəyə baxır. İçəridə işi ilə məşğuldur. Kimdir onu işindən aralayan? Balaca bir qaranquş! Həyəcanlı qaranquş dərin bir nəfəs alaraq dimdiyindən sözlərini yağdırdı:
– Hey adam! Mən səni sevirəm. Niyəsini soruşma. Uzun zamandır səni izləyirəm. Danışmağa bu gün cəsarət tapdım. Pəncərəni aç, məni içəri al. Birlikdə yaşayaq.
Adam hirslə cavab verir:
– Yox daha nələr! Sən hardan gəldin? Olmaz. Ola bilməz. Sən bir quşsan. Heç quş insana aşiq olar?
Qaranquş pərt olur. Yenə də ümidini itirmir. Bir müddət sonra təkrar pəncərəyə gəlib gülümsəyərək təkrar şansını yoxlayır:
– Adam, ay adam. Aç bu pəncərəni. Al məni içəri. Səni heç incitmərəm. Bax soyuqlar da başladı, üşüyürəm. Yoxsa isti ölkələrə getməli olacam. Mən ancaq istidə yaşaya bilirəm. Peşman olmazsan. Sən də mənim kimi yalnızsan, yalnızlığını paylaşaram.
Bu dəfə adam əməlli hirslənir:
– Mən yalnızlığımdan məmnunam. Məni rahat burax!
Bu dəfə qaranquş başını önə əyib gedir. Bir daha görünmür pəncərədə.
Aradan zaman keçir. Adam öncə düşünür, sonra öz-özünə etiraf edir:
– Hey mənim ağılsız başım, nə qədər axmaqlıq etdim. Gözlənilməz anda qarşıma çıxan fürsəti əldən verdim. İndi belə tək oturacağıma əyləncəli vaxt keçirərdik birlikdə.
Peşman olur amma iş işdən keçib. Yenə də öz-özünü rahatlatmaq üçün deyir: İstilər başlayanda qaranquşum necə olsa gələr. Mən də onu yanıma alar, maraqlı bir həyat keçirərəm.
…. Və çox uzun müddət istilərin gəlməsini gözləyir. Gözü yollarda qalır. Yaz gəlir, başqa qaranquşlar gəlir, amma … onun qaranquşu heç görünmür. Yazın sonuna qədər pəncərəsi açıq gözləyir,amma nahaq. Qaranquş yoxdur! Gələn başqa qaranquşlardan soruşur, görən olmayıb. Sonunda dərdini demək və məlumat almaq üçün bir müdrikə gedir. Olanları danışır. Müdrik gözlərini adama dikir və deyir:
– Qaranquşların ömrü 6 aydır…

Həyatda bəzi fürsətlər vardır ki,sadəcə bir dəfə əlinizə keçər və dəyərləndirməsə­niz uçub gedər.
Həyatda bəzi insanlar vardır ki, yalnız bir dəfə qarşınıza çıxar, dəyərini bilməsəniz qaçıb gedər. Və heç vaxt geri dönməzlər.
Diqqətli olun və düşünün:

21 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. NAILE
    Okt 26, 2013 @ 09:11:51

    XOSUMA GELDI

  2. rufat404
    Noy 06, 2013 @ 20:59:59

    Cox tesırlıdi

  3. NIHAT
    Yan 02, 2014 @ 10:53:55

    Xosuma geldi cox tesir edicidi fursettttleri hec bir vaxt elinizden buraxmayin

  4. zeyneb
    Fev 25, 2014 @ 10:39:11

    cox tesirlidir aglamagim geldi

  5. AYSU
    Fev 25, 2014 @ 10:45:21

    superdi….. mene cox tesir eledi

  6. Nıgar
    Mar 16, 2014 @ 13:09:35

    cox gozeldı

  7. Pervın
    Mar 16, 2014 @ 13:10:58

    TEsırlendırıcı

  8. Nıgar
    Mar 16, 2014 @ 13:11:59

    agladım

  9. Pervın
    Mar 16, 2014 @ 13:12:39

    hmmmmmmmmmmmm

  10. Nıgar
    Mar 16, 2014 @ 13:13:08

    hmmm

  11. yusif
    Apr 01, 2014 @ 11:35:08

    XOSUMA GELDI

  12. Hamzayeva
    Apr 04, 2014 @ 05:13:16

    Salam,
    oxudugunuz və fikirləriniz üçün dərin təşəkkürlər.

  13. Ruslan
    May 06, 2014 @ 15:41:55

    gozel bir sualdir bu bezi insalarda hec deyerini bilmir sevdiklerinin

  14. maya
    May 19, 2014 @ 13:27:13

    cox gozeldir insani duygulandirir

  15. karamel
    May 19, 2014 @ 13:28:43

    yaxcidi bele davam edin fullll!!!!!!!!!!!

  16. SenanTutuSamxalova
    İyn 27, 2014 @ 11:16:56

    cox gozeldi….

  17. AYSEL
    Okt 02, 2014 @ 19:48:00

    belede

  18. SeMkA
    Yan 05, 2015 @ 17:29:13

    `AYSEL` delisen super hekayedi

  19. seymurmindoqquzyuzdoxsansekkiz
    Yan 05, 2015 @ 17:30:07

    duz deeyir

  20. Aydan
    Fev 05, 2015 @ 15:21:30

    superdi cox beyendim

  21. sebine
    İyn 05, 2015 @ 07:22:53

    tesirlendirici metindir ela.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: