Dəyişə bilməyəcəyimiz dörd şey

 Hər şey öz zamanında və vaxtında gözəldir. Bunun üçün də həyatda peşimançılıq keçirərək «kaş ki» deməmək üçün, atdığımız hər addımı tələsmədən, eləcə də gecikmədən atmaq lazımdır. Allah hər birimizi çarəsiz peşimançılıqdan qorusun! 

Hava limanının gözləmə salonunda, gənc bir qadın təyyarəsinə minmək üçün gözləyirdi. Təyyarənin hərəkətinə xeyli vaxt qaldığından zaman keçirmək üçün bir kitab və bir paket kiçik peçenye satın aldı. İstirahət etmək və kitabını oxumaq üçün VIP salonunda bir kresloda əyləşdi.Kitabı oxumağa başladı. Yanındakı kresloya bir adam oturdu, jurnalını açıb oxumağa başladı. Gənc qadın ilk peçenyeni  götürdü. Adam da bir dənə götürdü. Qadın özünü çox narahat hiss etdi.Qadın hər peçenye götürdükçə, adam da bir dənə götürürdü. Dəli olacaq kimi idi qadın amma hadisə çıxarmaq istəmirdi. Nəhayət son peçenye qalanda  qadın:

 “ Bu həyasız adam indi nə edəcək?” deyə düşündü. Adam son peçenyeni götürdü, onu ikiyə böldü və bir parçanı qadına verdi. Aaaa! Bu qədəri də çoxdu! Çox hirslənmişdi indi. Qadın əsəbi halda kitabını və digər şeylərini götürüb bir külək kimi giriş salonuna oradan da təyyarənin içinə yönəldi. Təyyarədəki kreslosuna oturdu. Eynəyini götürmək üçün çantasını açdı. Nə görsün? Peçenye paketi açılmamış olaraq orada dayanırdı. Çox utandı. Çox böyük bir səhv etdiyini anladı. Peçenyelərinin paketini açmadan çantasına qoyduğunu unutmuşdu. Adam öz peçenyelərini, heç əsəbiləşmədən, qadınla paylaşmışdı. Qadın öz peçenyelərinin paylaşıldığını düşünərək çox əsəbləşmişdi. Və indi bu vəziyyəti düzəltmək mümkün deyidi. Üzr istəmə imkanı da qalmamışdı.

   Həyatda dəyişə bilməyəcəyimiz dörd şey var

— Daş… atıldıqdan sonra!

— Söz… ağızdan çıxdıqdan sonra!

— Fürsət… qaçdıqdan sonra!

— Zaman… keçdikdən sonra!

9 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. Meryam
    Noy 16, 2013 @ 09:29:23

    Cox maraqli hekaye idi .Umumiyyetle burdaki hekayelerin hamisi maraqlidi .Bezilerini oxuyanda aglayacaqdim .Gelin burdan heyat dersi goturek .Oxuyub15-20 deqiqeden sonra yaddan cixarib eyni sefleri tekrarlamayaq

  2. HESENOV SENAN TURAN NECEFELIYEVA
    Noy 19, 2013 @ 23:58:31

    ST

  3. iko
    May 26, 2014 @ 09:54:22

    ela:P

  4. ulka
    May 26, 2014 @ 09:55:17

    nema heyatdida

  5. Tutu666
    İyn 20, 2014 @ 09:15:18

    cox duzdu….

  6. SenanTutuSamxalova
    İyn 20, 2014 @ 09:34:41

    superdi..cox duzdu…

  7. Rehimli lamiye
    Dek 02, 2014 @ 18:37:36

    mence aadin cox paxil biridir cunki elinde oldugun tek seyi bolusmek yaxsi sseydir

  8. SML
    Okt 29, 2015 @ 09:21:46

    Heyatda cox sehv etmisem ve etmeye davam edirem cunki men yalniw insanam kas ki bu dunyaya gelmezdim

  9. Leyla Azizova
    Okt 29, 2015 @ 09:24:21

    Heyatda cox sehv etmisem ve etmeye davam edirem cunki men yalniw insanam kas ki bu dunyaya gelmezdim

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: