Hər şeyi ulduzlar həll edirsə…

Bir-biri ilə dostluq edən iki əsgər vardı. Bunların biri vaxtı-vaxtında namazlarını qılır, hətta ən çətin şəraitlərdə belə, ibadətindən qalmırdı. O biri əsgər isə, əksinə, nəinki namaz qılmır, hətta dostunu qınayırdı:

“Neçənci əsrdə yaşayırıq? Dindarlıq vaxtıdır? Niyə özünü zəhmətə salıb gündə beş dəfə namaz qılırsan?”.images

Dindar əsgər səbrlə dözür, cavab vermirdi. Nəhayət, bir gün yenə eyni söhbət düşəndə uzaqdakı zabiti dostuna göstərib soruşdu: “O zabiti görürsən? Niyə hər dəfə onun yanından keçəndə özünü toplayır, şax yeriyir, hərbi salam verirsən? Sənə hər nə əmr etsə, niyə yerinə yetirirsən,“qaçaraq” komandası versə qaçır, “farağat” komandası versə farağat durursan? O da sənin kimi bir adam deyilmi? Onun da iki əli, iki ayağı, iki gözü var. Niyə sən ona tabe olursan?”.

Dostu heyrətlə cavab verdi: “Guya özün bilmirsən niyə? Doğrudur, o da mənim kimi adamdır, amma çiynində ulduzu var!”.

Dindar əsgər gülümsədi: “Qardaş, çiynində bir dənə ulduzu var deyə, özün kimi birisinə tabe olursan, buyurduqlarını yerinə yetirisən. Amma mən yerdəki qum dənələri qədər kainatda ulduzları olan, bunların hamısını öz qüdrət və hikməti ilə idarə edən Allahın buyurduğuna tabe olub namaz qılanda sənə qəribə gəlir?”.

4 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. mursel87
    Noy 11, 2013 @ 14:27:31

    Bu kadar faydalı bir site daha iyi yerlerde olmayı hakkediyor.Sık sık ziyaret edeceğim.Teşekkürler.

  2. Meryam
    Noy 16, 2013 @ 09:33:05

    cox maraqlidi

  3. HESENOV SENAN TURAN NECEFELIYEVA
    Noy 19, 2013 @ 23:55:52

    ST Kaş ki Dünyada Tək ‘O’ və ‘Mən’ Olsaydı..
    Adəm Və Həvva Kimi;
    -O Mənə Məcbur – Mən O’na.
    ST

  4. NIHAT
    Yan 02, 2014 @ 10:46:05

    Duzdu

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: