Sevgi və Zaman

   Bir vaXtlar, bütün duyğuların yaşadığı bir ada var idi. Xoşbəxtlik, Kədər, Qürur, Sevgi  və başqa bütün duyğular. Bir gün, adanın batmaqda olduğu duyğulara xəbər verilir. Bu xəbərdən sonra bütün duyğular  adanı tərk etmək üçün hazırlaşır. Sevgi  adada ən sona qalan duyğu olur, çünki mümkün olan ən son ana qədər gözləmək istəyir. Ada  batdığı zaman Sevgi kömək istəməyə qərar verir. Zənginlik, çox böyük bir gəminin içində Sevginin yanından keçir. Sevgi

  — Zənginlik, məni də yanına alarsanmı? deyə soruşur. Zənginlik

  — Xeyr, olmaz. Gəmimdə çoxlu qızıl və gümüş var, sənin üçün yer  yoxdur. deyir.

 Sevgi, çox gözəl bir yelkənli gəminin  içindəki Paxılı  görüb  kömək istəyir.

—  Paxıl, nə olar  mənə kömək et !

—  Sənə kömək edə bilmərəm, Sevgi. İslaqsan və yelkənləri məhv edə bilərsən. deyə cavab verir.

Kədər yaxınlıqdan keçir və Sevgi kömək istəyir.

—  Kədər, səninlə gəlim ?

–  Of, Sevgi  o qədər  kədərliyəm ki, tək qalmağa ehtiyacım var. deyə Kədər dillənir.

Xoşbəxtlik də Sevginin yanından keçir. O qədər xoşbəxt olur ki, Sevginin səsini eşitmir.

 Sevgi  birdən bir səs eşidir.

  — Gəl Sevgi! Səni yanımda apararam. Sevgi  o qədər  xoşbəxt olur ki, onu kömək edənin kimliyini öyrənməyi unudur. Yeni bir adaya çatdıqlarında,  Sevgi ona kömək edənə nə qədər borclu olduğunu anlayır.  Digər duyğulardan soruşur.

—  Mənə kömək edən kim idi?

—  O, Zaman idi. deyə cavab alır.

–  Zamanmı? Niyə mənə kömək etdi ki?” deyə Sevgi soruşur. Aldığı cavabsa çox sadə olur.

–  Çünki yalnız Zaman Sevginin nə qədər böyük olduğunu anlaya bilər….

10 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. Rufat
    Dek 13, 2013 @ 20:26:17

    Heyat bir gozelik sadece yashamaq lazimdi sevgini

  2. annana
    Fev 04, 2014 @ 15:57:22

    zamaninda sevgimize qiymet vermelidirler ki her kes sevginin deyerin bilsin

  3. elif
    Apr 01, 2014 @ 11:39:03

    zamaninda sevgimize qiymet vermelidirler ki her kes sevginin deyerin bilsin

  4. Kimse
    İyl 09, 2014 @ 19:08:11

    Bu həyatın sevgisi bitməz,
    Hər aşik sevgi uğurunda ölməz.
    Sevgi:-Qəlbən sevib,zülmə dözənindir,
    İnanaraq sevib,onun uğurunda ölənindir.!

    Y_C

  5. Aqil Abdurrahim
    Avq 26, 2014 @ 18:32:02

    Sadece ehsen deye bilirem…

  6. sebine
    Okt 08, 2014 @ 11:43:31

    beli duzdu.yalniz zaman sevginiz ne qeder boyuk oldugunu anlaya biler…

  7. eltun edirov
    Fev 09, 2015 @ 16:18:55

    Bu suali bu gun verdim ozume
    Bu gun niye sevgi yoxdu goresen ?
    Biri cixib cavab versin sozume
    Bu gun niye sevgi yoxdu goresen ?….

  8. salala
    Apr 16, 2015 @ 04:56:33

    mən sevdim sən sevmədin
    eşqim toxundu daşa.
    mənim dünyam dağıldı
    sən öz dünyanda yaşa.

  9. salala
    Apr 16, 2015 @ 04:58:26

    sevdiyin səni oxuya bilmeyende o sevgi iflic veziyyetinde qalır.Yeni bir terefi işlemir

  10. amin
    Mar 27, 2016 @ 16:15:31

    esil sevgi bele ol maz sev gi bu deyil bunlarin hec bir menasi yox idi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: