Çəhrayı Zolaqlı Varlıq

Çəhrayı Zolaqlı Varlıq…

DEBÜT – ilk addımlar…

MİTTELŞPİL – özünü doğrultma…

ENDŞPİL – hər şeyin sonu…

 

      Şahmat oyunu mərhələlərinin

              həyatı qanunauyğunluğu

I

Debüt

 

Üç aylıq tətil müddətimin demək olar ki, yarısından ço­xu­nu yatırdım. Sanki Bakıdakı təhsil həyatımın mənim üçün ən acılı dəqiqələri sayılan, səhər saat yeddinin yarısı durmaq əziyyətinin acığını çıxmaq üçün yaranan fürsətdən istifadə edirdim. Bəzən isə gecədən açıq qoyduğum, otağımın o qə­dər də kiçik olmayan pən­cərəsindən səhərlər içəri dolan ay­lardır həsrətindən boğuldu­ğum təmiz kənd havasını ciyərlə­rimə çəkərək, gün işığı zenit nöqtədə qərarlaşıb, göz qapaq­larımı açılmağa məcbur edənə kimi yatağım­dan durmurdum. Hələ üstəlik yarpaqları güclə titrətməyi bacaran həzin səhər mehi ki, öz mövqeyini dağlardan götürüb, istiqamətini kəndi­mizin sıx meşəliyindən salaraq uca-qoca ağacların, hələ bəl­kə də indiyədək rastlaşmadığımız çiçəklərin və güllərin ətir­lərini bir-birinə qarışdıraraq otağımın pəncərəsindən içəri doldururdu, vallah, heç səhər yeməyinə ehtiyac da qalmırdı. Ona görə də, çox vaxt yuxudan ayılanda, qonaq otağında anamın nahar süfrəsi ha­zırladığının şahidi olurdum.

…amma indi haqqında bəhs edəcəyim gün bir qədər fərqli başlamışdı. İki qadın səsi məni yuxudan amansızcasına oyatdıqda, ilk öncə dolabcanın üzərindəki saatı özümə tərəf çevirdim. Saat on birə işləyirdi. Daha çox

Advertisements

Sevgi və Zaman

   Bir vaXtlar, bütün duyğuların yaşadığı bir ada var idi. Xoşbəxtlik, Kədər, Qürur, Sevgi  və başqa bütün duyğular. Bir gün, adanın batmaqda olduğu duyğulara xəbər verilir. Bu xəbərdən sonra bütün duyğular  adanı tərk etmək üçün hazırlaşır. Sevgi  adada ən sona qalan duyğu olur, çünki mümkün olan ən son ana qədər gözləmək istəyir. Ada  batdığı zaman Sevgi kömək istəməyə qərar verir. Zənginlik, çox böyük bir gəminin içində Sevginin yanından keçir. Sevgi

  — Zənginlik, məni də yanına alarsanmı? deyə soruşur. Zənginlik

  — Xeyr, olmaz. Gəmimdə çoxlu qızıl və gümüş var, sənin üçün yer  yoxdur. deyir. Daha çox

Hər şeyi ulduzlar həll edirsə…

Bir-biri ilə dostluq edən iki əsgər vardı. Bunların biri vaxtı-vaxtında namazlarını qılır, hətta ən çətin şəraitlərdə belə, ibadətindən qalmırdı. O biri əsgər isə, əksinə, nəinki namaz qılmır, hətta dostunu qınayırdı:

“Neçənci əsrdə yaşayırıq? Dindarlıq vaxtıdır? Niyə özünü zəhmətə salıb gündə beş dəfə namaz qılırsan?”.images

Dindar əsgər səbrlə dözür, cavab vermirdi. Nəhayət, bir gün yenə eyni söhbət düşəndə uzaqdakı zabiti dostuna göstərib soruşdu: “O zabiti görürsən? Niyə hər dəfə onun yanından keçəndə özünü toplayır, şax yeriyir, hərbi salam verirsən? Sənə hər nə əmr etsə, niyə yerinə yetirirsən,“qaçaraq” komandası versə qaçır, “farağat” komandası versə farağat durursan? O da sənin kimi bir adam deyilmi? Onun da iki əli, iki ayağı, iki gözü var. Niyə sən ona tabe olursan?”.

Dostu heyrətlə cavab verdi: “Guya özün bilmirsən niyə? Doğrudur, o da mənim kimi adamdır, amma çiynində ulduzu var!”. Daha çox

Bir qaranquşun hekayəsi…

true-love-story03Bir qaranquş bir adama aşiq olur. Pəncərənin önünə qonub bütün cəsarətini toplayır, tüklərini qabardır, gözəl durduğuna əmin olduqdan sonra kiçik dimdiyi ilə pəncərəyə vurur:
Tık…. Tık…. Tık….
Adam pəncərəyə baxır. İçəridə işi ilə məşğuldur. Kimdir onu işindən aralayan? Balaca bir qaranquş! Həyəcanlı qaranquş dərin bir nəfəs alaraq dimdiyindən sözlərini yağdırdı: Daha çox

«Yer üzündəki ən xoşbəxt insan kimdir?»

İngiltərənin nüfuzlu qazetlərindən birinin elan etdiyi müsabiqənin məqsədi xoşbəxtlik haqqında insanların nə düşündüyünü  öyrənmək idi. Müsabiqədə soruşulan sual bu idi: «Yer üzündəki ən xoşbəxt insan kimdir?» happy

Verilən cavablardan dördü mükafat aldı. Mükafat alan dörd cavab belə idi: 
1. Yorğun bir iş günündən sonra körpəsinə qovuşan və onu çimizdirən ana. 
2. Təhlükəli bir əməliyyatı müvəffəqiyyətlə tamamlamış bir həkim.  Daha çox

Gülüş üzünüzdən əksik olmasın ;)

1248158831_big20smileİndi hər şey gözünə günahkar kimi görünür, sıxılırsan, darıxırsan, hərdənbir köks də ötürürsən. Əslində desən də-deməsən də baxışlarından oxunur sıxıntın. Hərdən daha şən, qıvraq görünürsən… Bəs gülümsəyən gözlər, təbəssümlü çöhrə görəndə necə, heç sevinmirsənmi? İnanmıram ki, sevinməyəsən. Çünki çöhrədəki təbəssüm qaranlıqda yandırılan işıq kimidir, təbəssüm təşəkkürdür, təbəssüm sənə bağışlanan bir qucaq gül-çiçəkdir, təbəssüm sevgidir, dostluğa dəvətdir, bir dünyadır, təbəssüm hər şeydir, hər şey…

Sir-sifətindən zəhər-zəhrimar yağan birisini görmək istəyirsənmi? Daha çox

Ən düzgün yanaşma…

 Hindistanın ən gözəl rəssamı idi. Ona rənglərin ustası mənasında “Ranqa Carya” adını vermişdilər. Ranqa incəsənət məktəbi açmış və orda sənətinin incəliklərini öyrətməyə başlamışdı. Məktəbin bəlli bir tədris planı yox idi. İstedad və bacarığından, sadəcə Ranqanın razı qaldığı tələbələr məktəbin məzunu olur və sənət dünyasına təqdim edirdi.
Həm qabiliyyətinə, həm də sənətin incəliklərini tez bir zamanda mənimsəməsinə görə Rajyev adlı tələbə digərlərindən fərqlənirdi. Bir azca da səbrsiz olan Rajyev bir gün ustasından nə zaman məzun olabiləcəyini soruşdu. Ranqa sualı eşidib gülümsədi və sözünə davam etdi:images Daha çox

Öncəki Əski Yazılar