Mərhəmət

Ac dişi bir aslan uzun sürən bir qovmanın ardından ceyranı tutmağı bacardı. Ceyranı parçalamağa başladığında ovunun hamilə olduğunu gördü, çaşdı və balanı qurtarmağa çalışdı.Lakin balanı qurtara bilmədiyini görüncə ovunun yanına yıxılıb qaldı.
Daha sonra rəsmi çəkən adam dişi aslanın bir müddət tərpənmədiyini görüb ona yaxınlaşdı və aslanın öldüyünü gördü..

0ee235

Adsız hekayə….

Oxudum çox təsirləndirdi bu hekayə məni ,hər hansı addımı atmazdan öncə yaxşı düşünək götür qoy edək və qarşı tərəfi mütəq və mütləq dinləmək gərək ki sonda belə anlaşmazlıq olmasın…

Qədim zamanlarda bir birilərini dəli kimi sevən 2 sevgili varmış.Bunlar hər zaman deyərmişlər gülərmişlər. Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə başlayırlar. Amma ondan qabaq hələ oğlanın 5 il müddətinə xaricə getmək məsələsi ortaya çıxır. Oğlan fikirləşir, fikirləşir, axırı sevgilisi ilə görüşür və ona bu sözləri deyir: Daha çox

Həyat imtahanı :)

Kevinin 22 yaşı təzəcə tamam olmuşdu, özündən əmin, çox ağıllı və bir cavan oğlan idi. 10 gündən sonra Koreyadakı müharibə zonasına yollanmaq üçün İngiltərədən ayrılacaqdı, heç bir şeydən qorxmurdu amma, ölkəsindən ayrılmaq çətin gəlirdi ona.
Ağır addımlarla böyük bir kitabxanın qapısından içəriyə girdi, bir kitab götürüb oturdu və səhifələməyə başladı. Həqiqətən də çox gözəl mövzuları özündə əks etdirən bir kitab idi, amma daha da maraqlı olanı isə kitabı daha əvvəl başqasının da oxumuş olması və bəzi yerlərə qeydlər götürmüş olması idi. Oxuyanın qeydlər götürdüyü hissələr Kevinə maraqlı gəldi, qeydləri oxuduqca sarsılırdı. Kim ola bilərdi bu? Dərhal kitabxanaçıya yaxınlaşdı və əvvəl kitabı oxuyan adamın kim olduğunu soruşdu 
Daha çox

Həyat bir təsadüf deyil

Bir gün ata oğlu ilə meşədə gəzintiyə çixmışdı.Birdən oğlanın ayağı ilişib yıxılır və «OFF» deyə qışqırır. Qarşıdakı dağın zirvəsindən «OFF» səsi eşidən uşaq təəccüblənir. «Sən kimsən» deyə qışqırır. Aldığı cavab sən kimsən olur. Qəzəblənən oğlan «Sən bir qorxaqsan » deyə yenidən qışqırır. Dağın cavabı oğlanın sözləri ilə eyni olur. Nə baş verdiyini anlamayan uşaq atasından bunun nə olduğunu soruşur. Atası «Oğlum dinlə və öyrən» söyləyir. O dağa tərəf çevrilib, «sənə heyranam, sən möhtəşəmsən» deyə qışqırır. Daha çox

“Diqqətli” müşahidəçilər …:)

Günlərin bir günü…

Tibb fakültəsində təhsil alan tələbələr labaratoriyada bir cəsəd ətrafında toplaşırlar. Professor dərsinə başlayır; «Tibbdə iki şey həkimlər üçün çox vacibdir, birincisi insan vücudu ilə əlaqədar heç bir şey sizin üçün iyrənc olmamalıdır. Məsələn, „deyir və barmağını cəsədin qıçına salır və çıxardıb öz ağızına salır. “Həə, indi sizlər də eyni şeyi edin!». Tələbələr təəccüb içində bir-birinin üzünə baxırlar. Amma professor çox ciddi idi və tələbələr istəməsələr də hamısı növbə ilə cəsədin qıçını barmaqlayıb ağızlarına salırlar. Tələbələrin hamısı bu işin dadına baxıb bərbad bir hala gələrkən, professor mühazirəsinə davam edir; Daha çox

O dünyaya imtahan…

(satirik hekayə)
“…Hörmətli tamaşaçılar, bir elanı nəzərinizə çatdırırıq: Yaşı 75-i ötmüş şəxs­lərin nəzəri­nə… Əgər hə­yatınızın heç olmasa bu son çağlarını rahat yaşamaq və siz dünya­dan köçəndən sonra, yaxınlarınızın əziyyət çəkməməsini və ən azından sizə “rəhmət” oxumasını istəyirsi­nizsə, bizə müraciət edib, üç aydan bir keçirilən imtahanlarımız­dan birində iştirak et­məyiniz kifayət­dir. İm­ta­hanın şərtləri çox sa­dədir. Buyurun, gəlin! İmtahanın vaxtı…”

Televiziyada qəfildən bu elan yayımlananda, Qafar kişi namazını yenicə qılıb, otağın kün­cündəki qol­tuqda otu­raraq, dörd yaşlı nəticəsi Nihata alma soyurdu… Elan kişinin diqqətini o qə­dər cəlb elə­di ki, bir də­qiqə sonra o, artıq şəxsiyyət vəsiqəsini axtarmaqla məşğul idi. Yazıq kişi ya­şının neçə olduğunu da unut­muşdu. Daha çox

KÖLGƏMƏ DEYƏ BİLMƏDİKLƏRİM . . .

Hə, öz-özünə deyirdi, bu gec-tez hamının ba-şına gəlir, ya təəccüblə qarşılanır, ya dəhşətlə, ancaq gəlir… Bunu düşünürdü, lakin ha¬vayı yerə ölüb getməsi onu qovururdu. Axı, o, ölümü üçün peşimançılıq keçirmirdi, əldən buraxdığı xoşbəxtliyi və xoş güzəranı düşünürdü… Düşündüyümdən xeyli qabaq ölürəm, ölürəm, həm də təkcə mən deyiləm, biz ölürük və hamı¬mız da acı təəssüflə peşimançılıq keçiririk ki, bizi qarşıda gözləyən xoşbəxtliyi və rahatlığı əbədi olaraq itiririk…

Con Sommerfild
“Ölmək asan deyil”
Həbsdən çıxarkən özümlə bir əlyazma götürmüşdüm. Bunu mənim həbsxana yoldaşım Fər-man yazmışdı. Həbsdən çıxmasına cəmi bir gün qalmış qələm-vərəqdən bu qədər asılı vəziyyətə düşməsi və onlardan bir müddət ayrıla bilməməsi bizim hamımızı təəccübləndirmişdi… Daha çox

Yaxşılıq et .

Ən çətin anında səndən -“Bu günədək kiməsə nəsə yaxşılıq etmisən?” soruşanda  gözünün qarşısından bütün həyatın kino lenti tək keçəcək… Bəlkə də o an ,kaş bu gününü-həyatını yenidən geri qaytarıb , kiməsə cüzi bir yaxşılıq etməyi arzulayacaqsan…Hələki gec deyil,əgər kiminsə sənin köməyinə,edəcəyin yaxşılığına ehtiyacı varsa,bunu əsirgəmə.Oxu və nəticə çıxar…

Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: ” Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən “. Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: ” Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın “. 

Mələk gülümsəyir, bu vaxt göydən bir hörümçək gəlir, öz torundan həmin adama uzadır. Adam ipdən yapışıb Cəhənnəmdən yuxarı, Daha çox

Əgər @ mailim olsaydı… :)

İş axtaran bir adam süpürgəçi işləmək üçün dünyanın ən varlı biznesmeni Bill Qeytsin kompüter texnologiyalarının istehsalı ilə məşğul olan “Microsoft” şirkətinə müraciət edir. O, kadrlar şöbəsinin keçirdiyi bütün sınaqlardan uğurla çıxır və işə qəbul olunur. Rəsmi müqavilənin elektron formasının göndərilməsi üçün kadrlar şöbəsinin işçisi ondan e-mail ünvanını istəyir. Amma həmin şəxs utana-utana: “Mənim e-mailim yoxdur”, – deyə bildirir. Şirkətin əməkdaşı isə buna cavab olaraq: “Bağışlayın, şirkətimizin prinsiplərinə görə e-maili olmayanın özü də mövcud deyil və bu səbəbdən biz sizi işə götürə bilmərik”, – deyir.  Daha çox

“CTR+Z” siz həyata çalışaq :)

Salam Olsun 🙂
Bu günümlə uygunlaşan bir hekayə oxudum ,gülümsəməyimə sövq etdi məni,hamımızda olur-Bir işdə günahkar məhz özümüz olanda özümüzü günahkar hesab eləmirik-Qəbul etmirik bunu ,qarşı tərəfi günahlandırıb odu günahkar deyib fikirləşirik,Bəzi hallarda qarşımızdakının günahkar olmasıbna dair fikirlər yürüdürük faktlar dəlillər gətiririk AMMA bəlkə də məhz bu halda da səhv özümüzük ,Günahkar bizik.Reallıqla davranmırıq .

Oxudugum hekayəni  sizdə oxuyun : Daha çox

Öncəki Əski Yazılar Sonrakı Yeni Yazılar