Sevgi və Zaman

   Bir vaXtlar, bütün duyğuların yaşadığı bir ada var idi. Xoşbəxtlik, Kədər, Qürur, Sevgi  və başqa bütün duyğular. Bir gün, adanın batmaqda olduğu duyğulara xəbər verilir. Bu xəbərdən sonra bütün duyğular  adanı tərk etmək üçün hazırlaşır. Sevgi  adada ən sona qalan duyğu olur, çünki mümkün olan ən son ana qədər gözləmək istəyir. Ada  batdığı zaman Sevgi kömək istəməyə qərar verir. Zənginlik, çox böyük bir gəminin içində Sevginin yanından keçir. Sevgi

  — Zənginlik, məni də yanına alarsanmı? deyə soruşur. Zənginlik

  — Xeyr, olmaz. Gəmimdə çoxlu qızıl və gümüş var, sənin üçün yer  yoxdur. deyir. Daha çox

Advertisements

«Yer üzündəki ən xoşbəxt insan kimdir?»

İngiltərənin nüfuzlu qazetlərindən birinin elan etdiyi müsabiqənin məqsədi xoşbəxtlik haqqında insanların nə düşündüyünü  öyrənmək idi. Müsabiqədə soruşulan sual bu idi: «Yer üzündəki ən xoşbəxt insan kimdir?» happy

Verilən cavablardan dördü mükafat aldı. Mükafat alan dörd cavab belə idi: 
1. Yorğun bir iş günündən sonra körpəsinə qovuşan və onu çimizdirən ana. 
2. Təhlükəli bir əməliyyatı müvəffəqiyyətlə tamamlamış bir həkim.  Daha çox

İnsanın ölüm anında ən çox peşman olduğu məqamlar

Yazının adına aldanmayın,pessimist ruhlu yazı deyil 🙂

 İnsanların ölüm döşəyindəykən ən çox dostları və əlindən çıxanlar üçün peşman olduğu bildirilir. Bronnie Vare, «The Top Five Regrets of the Dying — A Life Transformed by the Dearly Departing» adlı kitabında ölüm yatağında insanların ən çox peşman olduğu şeyin digər insanlarla əlaqələrindəki səhlənkarlıq olduğunu bildirib. İnsanlar ölümlə üz-üzə gəldikdə çox əhəmiyyətli dəyişikliklər keçirir. Vare, xəstələrinin ölümlə üzləşdiyi zaman inkar, qorxu, hirs, peşmançılıq və.s mərhələlərdən keçdiyini söyləyib. Xəstələrindən ən çox nə üçün peşman olduqlarını soruşan Vare, aldığı cavabları beş başlıq altında cəmləşdirib: Daha çox

Gözəllik və çirkinlik

Əsrlərdir bir-birləriylə küsülü olan gözəllik və çirkinlik bir gün artıq barışmaya qərar verirlər.Çirkinlik gözəlliyə deyər ki “Ey gözəllik biz səninlə illərcə küsülü olduq.Buna artıq son verək və barışaq”.Təmiz qəlbli gözəllik isə buna xeyr deyə bilmir və qəbul edir.Günlər bir-birini əvəz edir və çirkinlik gözəlliyi dənizə, üzməyə dəvət edir.Gözəllikdə onun xətrinə dəyə bilmir və razı olur.Gözəllik və çirkinlik geyimlərini çıxardır və üzməyə başlayırlar.Təbii çirkinlik yenə bir pislik edəcək,dənizdən çıxır və Daha çox

Səbir -ən böyük silah

Boyukler ne qeder savadli ve danyagoruwlu olsalar da,bezen az yawli uwaqlardan ewitdikleri sozlerden dunyalarini deyiwecek ibretler alirlar.bu ibretlerden birini de men yeddi yawli Kenandan aldim.Kenanin anasi derzidir.O,evlere gederek sifariwler qebul edirdi.gunlerin biri anasi ile birlikde bize gelib heyat yoldawimin sifariwini qebul etdi. Daha çox

BƏNÖVŞƏLƏR DİQQƏT GÖZLƏYƏN GÖZƏLLİK

Özünü tanıyandan bənövşəni çox sevərdi. Uşaqlığının keçdiyi iki mərtəbəli evin bağçasında bahar gəldikdə bənövşə açar, xoş ətirli iy verərdilər. Anası bənövşələri həmişə divar kənarında əkərdi. Bənövşələr kölgəni sevir deyərdi. Halbuki; müəllimi onlara bitkilərin günəş şüaları ilə fotosintez etdiyini izah etmişdi. Bitkilər günəş işığına möhtac idi. Bənövşələr nə qəribə bitkilər idi “Hər bitki günəşi sevərkən, onlar niyə kölgəni seçirlər?” deyə düşündü, dayandı Aysel…Balaca, kiçicik ağılı ilə əslində bənövşələrin digər çiçəklərdən fərqli olduğunu kəşf etmişdi, bəlkə də bənövşələr buna görə bu qədər gözəl idi. Kiçik başı o gün hər kəsdən fərqli olsan, bu həyatda qiymətli olarsan mühakiməsinə varmışdı. Daha o illərdə fərqli olmaq üçün məşğul olmağa, cəhd etməyə başladı. İlk, heç kimin yanında oturmaq istəmədiyi, “Həcərin yanına oturmaq istəyirəm müəllimim.” deyərək başladı fərqliliklərlə sürən həyatı. Həcər belə çaşmış, təəccüblə baxırdı onun üzünə. Daha çox

Qumdan qala

Bir yaz günü, çimərlikdə oturub, qumlarla oynayan iki uşağı seyr edirdim. Hər ikisi də, dəniz sahilində qapılarıyla, qüllələriylə, tunelləriylə böyük bir qala etmək üçün bərabərcə böyük səylə çalışırdılar. Qala demək olar ki, tamamlanmışkən, böyük bir dalğa gəlib qalanı pozdu. Hər şey, bir anda yaş bir qum yığınına çevrilmişdi.  Daha çox

Öncəki Əski Yazılar