Çəhrayı Zolaqlı Varlıq

Çəhrayı Zolaqlı Varlıq…

DEBÜT – ilk addımlar…

MİTTELŞPİL – özünü doğrultma…

ENDŞPİL – hər şeyin sonu…

 

      Şahmat oyunu mərhələlərinin

              həyatı qanunauyğunluğu

I

Debüt

 

Üç aylıq tətil müddətimin demək olar ki, yarısından ço­xu­nu yatırdım. Sanki Bakıdakı təhsil həyatımın mənim üçün ən acılı dəqiqələri sayılan, səhər saat yeddinin yarısı durmaq əziyyətinin acığını çıxmaq üçün yaranan fürsətdən istifadə edirdim. Bəzən isə gecədən açıq qoyduğum, otağımın o qə­dər də kiçik olmayan pən­cərəsindən səhərlər içəri dolan ay­lardır həsrətindən boğuldu­ğum təmiz kənd havasını ciyərlə­rimə çəkərək, gün işığı zenit nöqtədə qərarlaşıb, göz qapaq­larımı açılmağa məcbur edənə kimi yatağım­dan durmurdum. Hələ üstəlik yarpaqları güclə titrətməyi bacaran həzin səhər mehi ki, öz mövqeyini dağlardan götürüb, istiqamətini kəndi­mizin sıx meşəliyindən salaraq uca-qoca ağacların, hələ bəl­kə də indiyədək rastlaşmadığımız çiçəklərin və güllərin ətir­lərini bir-birinə qarışdıraraq otağımın pəncərəsindən içəri doldururdu, vallah, heç səhər yeməyinə ehtiyac da qalmırdı. Ona görə də, çox vaxt yuxudan ayılanda, qonaq otağında anamın nahar süfrəsi ha­zırladığının şahidi olurdum.

…amma indi haqqında bəhs edəcəyim gün bir qədər fərqli başlamışdı. İki qadın səsi məni yuxudan amansızcasına oyatdıqda, ilk öncə dolabcanın üzərindəki saatı özümə tərəf çevirdim. Saat on birə işləyirdi. Daha çox

Advertisements

O dünyaya imtahan…

(satirik hekayə)
“…Hörmətli tamaşaçılar, bir elanı nəzərinizə çatdırırıq: Yaşı 75-i ötmüş şəxs­lərin nəzəri­nə… Əgər hə­yatınızın heç olmasa bu son çağlarını rahat yaşamaq və siz dünya­dan köçəndən sonra, yaxınlarınızın əziyyət çəkməməsini və ən azından sizə “rəhmət” oxumasını istəyirsi­nizsə, bizə müraciət edib, üç aydan bir keçirilən imtahanlarımız­dan birində iştirak et­məyiniz kifayət­dir. İm­ta­hanın şərtləri çox sa­dədir. Buyurun, gəlin! İmtahanın vaxtı…”

Televiziyada qəfildən bu elan yayımlananda, Qafar kişi namazını yenicə qılıb, otağın kün­cündəki qol­tuqda otu­raraq, dörd yaşlı nəticəsi Nihata alma soyurdu… Elan kişinin diqqətini o qə­dər cəlb elə­di ki, bir də­qiqə sonra o, artıq şəxsiyyət vəsiqəsini axtarmaqla məşğul idi. Yazıq kişi ya­şının neçə olduğunu da unut­muşdu. Daha çox

KÖLGƏMƏ DEYƏ BİLMƏDİKLƏRİM . . .

Hə, öz-özünə deyirdi, bu gec-tez hamının ba-şına gəlir, ya təəccüblə qarşılanır, ya dəhşətlə, ancaq gəlir… Bunu düşünürdü, lakin ha¬vayı yerə ölüb getməsi onu qovururdu. Axı, o, ölümü üçün peşimançılıq keçirmirdi, əldən buraxdığı xoşbəxtliyi və xoş güzəranı düşünürdü… Düşündüyümdən xeyli qabaq ölürəm, ölürəm, həm də təkcə mən deyiləm, biz ölürük və hamı¬mız da acı təəssüflə peşimançılıq keçiririk ki, bizi qarşıda gözləyən xoşbəxtliyi və rahatlığı əbədi olaraq itiririk…

Con Sommerfild
“Ölmək asan deyil”
Həbsdən çıxarkən özümlə bir əlyazma götürmüşdüm. Bunu mənim həbsxana yoldaşım Fər-man yazmışdı. Həbsdən çıxmasına cəmi bir gün qalmış qələm-vərəqdən bu qədər asılı vəziyyətə düşməsi və onlardan bir müddət ayrıla bilməməsi bizim hamımızı təəccübləndirmişdi… Daha çox

Yeni yazılar silsiləsi )

Bu gündən sonra blogumda yeni yazılar paylaşacam, gənc yazar-Kamil İsayev tərəfindən  yazdigi maraqlı hekayələri mən çox maraqla oxudum və blogumda yerləşdirmək qərarına gəldim.

Buyurub oxuyun və qiymətləndirin .

Zəhmət olmasa, yazını başqa yerlərdə paylaşmaq istəsəniz,  müəllifi qeyd etməyi unutmayın.

Əvvəlcədən təşəkkürlər!