Diqqət, Danışır Konfutsi

Dərin olan quyu deyil, qısa olan ipdir.

Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.

Ehtiyatlı adamlar az hallarda səhv edir.

Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər. Daha çox

Advertisements

Bir qaranquşun hekayəsi…

true-love-story03Bir qaranquş bir adama aşiq olur. Pəncərənin önünə qonub bütün cəsarətini toplayır, tüklərini qabardır, gözəl durduğuna əmin olduqdan sonra kiçik dimdiyi ilə pəncərəyə vurur:
Tık…. Tık…. Tık….
Adam pəncərəyə baxır. İçəridə işi ilə məşğuldur. Kimdir onu işindən aralayan? Balaca bir qaranquş! Həyəcanlı qaranquş dərin bir nəfəs alaraq dimdiyindən sözlərini yağdırdı: Daha çox

Ziddiyyətli ata sözləri

Atalar sözlərindən yazacam bu gün, o atalar sözləri ki dərin hikmət daşıyır, ildən ilə, dildən dilə bu günədək ötürülüb çatdırır. Bəzən də elə atalar sözlərinə rast gəlirik ki, bu ata sözüynən o ata sözü bir-birinə uyğun gəlmir, tamamilə əks mənada dayanır 😉

Bir neçəsi ilə tanış olaq:

Dama-dama göl olar.hansına inanaq?
Quyuya su tökməklə quyu dolmaz. Daha çox

Dünyanın maraqlı yerləri

Yer — kainatın ən nəhəng və gözəl planetlərindən biridir. Burada o qədər gözəl valehedici yerlər var ki, sözlə təsvir etmək mümkün deyil. Onların bir çoxunun təbii hadisələr nəticəsində, o cümlədən vulkan püskürməsi, yaxud meteoritin düşməsi ilə formalaşması isə insanlarda daha böyük maraq oyadır. 

1. Böyük mavi dəlik – Cənubi Amerikanın Beliza əyalətinin sahillərində yerləşir. Diametri 0,4 km olan bu ideal dairəvi dəlikdə suyun dərinliyi 145 m təşkil edir. Ərazinin tünd rəngə çalması bu coğrafi obyektlə digər ərazilərin arasında dərinlik fərqinin olmasına görədir. Daha çox

«Yer üzündəki ən xoşbəxt insan kimdir?»

İngiltərənin nüfuzlu qazetlərindən birinin elan etdiyi müsabiqənin məqsədi xoşbəxtlik haqqında insanların nə düşündüyünü  öyrənmək idi. Müsabiqədə soruşulan sual bu idi: «Yer üzündəki ən xoşbəxt insan kimdir?» happy

Verilən cavablardan dördü mükafat aldı. Mükafat alan dörd cavab belə idi: 
1. Yorğun bir iş günündən sonra körpəsinə qovuşan və onu çimizdirən ana. 
2. Təhlükəli bir əməliyyatı müvəffəqiyyətlə tamamlamış bir həkim.  Daha çox

….

orphan_child Həyatını günahlarla doldurmuş bir adam, yağışlı və palçıqlı bir gündə ayağı sürüşür və yerə yıxılır. Yıxılan zaman üstündəki paltarları çirklənməsin deyə əlləri ilə yerdən tutur və ayağa qalxır.Yerdən tutuduğu üçün sağ əli daha çox çirklənmişdi. Amma bu bədəvi və mədəniyyəti olmayan biri, əlini yumaq yerinə, bir yerə silməyi üstün tutur. Siləcək bir yeri olmadığından, həmin anda yoldan keçən bir uşağın başını oxşayaraq əlini silir və ordan ayrılar. Bu hərəkətdən uşağın xəbəri belə olmur. Adam qısa bir müddət sonra günahlarına tövbə edəcək fürsət belə tapmamış vəfat edir.  Daha çox

İnsanın ölüm anında ən çox peşman olduğu məqamlar

Yazının adına aldanmayın,pessimist ruhlu yazı deyil 🙂

 İnsanların ölüm döşəyindəykən ən çox dostları və əlindən çıxanlar üçün peşman olduğu bildirilir. Bronnie Vare, «The Top Five Regrets of the Dying — A Life Transformed by the Dearly Departing» adlı kitabında ölüm yatağında insanların ən çox peşman olduğu şeyin digər insanlarla əlaqələrindəki səhlənkarlıq olduğunu bildirib. İnsanlar ölümlə üz-üzə gəldikdə çox əhəmiyyətli dəyişikliklər keçirir. Vare, xəstələrinin ölümlə üzləşdiyi zaman inkar, qorxu, hirs, peşmançılıq və.s mərhələlərdən keçdiyini söyləyib. Xəstələrindən ən çox nə üçün peşman olduqlarını soruşan Vare, aldığı cavabları beş başlıq altında cəmləşdirib: Daha çox

Öncəki Əski Yazılar