Çəhrayı Zolaqlı Varlıq

Çəhrayı Zolaqlı Varlıq…

DEBÜT – ilk addımlar…

MİTTELŞPİL – özünü doğrultma…

ENDŞPİL – hər şeyin sonu…

 

      Şahmat oyunu mərhələlərinin

              həyatı qanunauyğunluğu

I

Debüt

 

Üç aylıq tətil müddətimin demək olar ki, yarısından ço­xu­nu yatırdım. Sanki Bakıdakı təhsil həyatımın mənim üçün ən acılı dəqiqələri sayılan, səhər saat yeddinin yarısı durmaq əziyyətinin acığını çıxmaq üçün yaranan fürsətdən istifadə edirdim. Bəzən isə gecədən açıq qoyduğum, otağımın o qə­dər də kiçik olmayan pən­cərəsindən səhərlər içəri dolan ay­lardır həsrətindən boğuldu­ğum təmiz kənd havasını ciyərlə­rimə çəkərək, gün işığı zenit nöqtədə qərarlaşıb, göz qapaq­larımı açılmağa məcbur edənə kimi yatağım­dan durmurdum. Hələ üstəlik yarpaqları güclə titrətməyi bacaran həzin səhər mehi ki, öz mövqeyini dağlardan götürüb, istiqamətini kəndi­mizin sıx meşəliyindən salaraq uca-qoca ağacların, hələ bəl­kə də indiyədək rastlaşmadığımız çiçəklərin və güllərin ətir­lərini bir-birinə qarışdıraraq otağımın pəncərəsindən içəri doldururdu, vallah, heç səhər yeməyinə ehtiyac da qalmırdı. Ona görə də, çox vaxt yuxudan ayılanda, qonaq otağında anamın nahar süfrəsi ha­zırladığının şahidi olurdum.

…amma indi haqqında bəhs edəcəyim gün bir qədər fərqli başlamışdı. İki qadın səsi məni yuxudan amansızcasına oyatdıqda, ilk öncə dolabcanın üzərindəki saatı özümə tərəf çevirdim. Saat on birə işləyirdi. Daha çox

Advertisements