Streotipiniz Qırılsın !

stereotip-nedir-300x222Streotipiniz Qırılsın !

Gözümü açannan eve qonaq gələndə ayrı boşqabda yemək yedik, biz qonaq gedəndə, bizə yeni açılmış boşqabda təqdime edildi, biz qonaq üçün ayri boşqab ayri süfrə açdıq. Niyə? cünki qonağın yeri başımızın üstündədir fikri yeridilmişdi beynimizə, çünki bizi olduğumuz kimi bəyənməyəcəklərindən qorxurduqmu çəkinirdikmi, komplekslerimizdən utanırdıq.

Niyə necə var, nəyimiz var elə qonağı qarşılamırıq, hə? Niyə qonağı olduğum kimi, köhnəlmiş, bir az da cırılmış süfrəmlə, qırağı çatlamış boşgablarımla,  o boşqabımda yemək tökməkdən utanmalıyam? Sırf o qonaq məni bəyənsin, gedəndə “filankəsin belə bahalı süfrəsində elə bahalı, təzə qab qaşığı var idi”-deyib agız dolu öyünsün deyəmi? yoxsa evinin üz qabığı  köhnə idi bəyənmədim deyib lağa qoymasınmı?!

Bəyənməsin! Köhnə olsun binamın üz qabığı, qırıq olsun boşqabımın bir tərəfi, cırıq olsun evimin süfrəsi, pərdəsi…

Amma ailə üzvlərim yaxınlarım saglam olsun… Daha çox

Sükut…-19.05.2015

11350552_977022198997605_3414343918271388546_n

Bu gün içimdə dərin çooox dərin boşluq, təəssüf, acı, kədər, nigarançılıq, xəyanətə ugranmış, laqeydliyə səbr və dözüm axtaran dərin bir boşluq var… Bu gün gözümün önündən yanğına qərq olmuş binanın, həyatın acı-şirinindən bixəbər olan gül üzlü balacaların siması, sağ qalmaq üçün özünü 16-cı mərtəbədən atan gəncin video görüntüsü çəkilməyib…..

Günahkar axtarmağın, günahkarların cəzalandırılmasına tələb hayqırmağın indi üçün sadəcə heç bir əhəmiyyəti yoxdur… Daha çox

İş müsahibəsi haqda bilməli olduqların

İş müsahibəsinə gedirsənsə, oxu sonra get 🙂

Hello Kishi

Əsas mərhələni keçmisən. Ərizənə baxıb səni xoşlayıblar, indi isə səni iş müsahibəsinə dəvət ediblər.

rsz_2interviewNə etməli? Nə geyinməli? Necə hazırlaşmalı? Nə danışmalı? Başlayaq!

Geyim

İlk təəssüratlar uzun müddət yadda qalır. Müsahibəyə gedəndə rəsmi paltar geyinməlisən. Bu o deməkdir ki, cins, futbolka (T-shirt), krasovka geyinmək ümumiyyətlə gülüncdür. Müsahibəyə oğlanlar təmiz qara kostyum, ağ/mavi köynək və qalstuk (və qara corab, qadanalım), qızlar isə rəsmi qara don və ya ağ kofta qara yubka/şalvar, çox hündür olmayan qara ayaqqabı geyinməlidir. Qızlar, iş müsahibəsinə geyindiyiniz paltar qolunuzun yuxarı hissəsini, dizdən yuxarı hissəni və sinənin döş hissəsini (Victoria’s Secret modelliyinə gedirsinizsə, o başqa) göstərməməlidir. Paltarınız ütülü, təmiz olmalıdır. İş müsahibəsinə parfüm vurmaq professional deyil. Parfüm qarşınızdakı insanda başağrı və mənfi reaksiya yarada bilər. 

Üz və saç

Oğlanlar təbii ki, üzlərini qırxmalıdır. Qızlar, nəzərə alın ki, Hallouin partisinə və ya toya getmirsiniz. Un meşokuna girib çıxmağa ehtiyac yoxdur. Sadə göz layneri/kölgəsi və bir az təbii ənlik (rumyana)…

View original post 874 daha çox kəlmə

Çəhrayı Zolaqlı Varlıq

Çəhrayı Zolaqlı Varlıq…

DEBÜT – ilk addımlar…

MİTTELŞPİL – özünü doğrultma…

ENDŞPİL – hər şeyin sonu…

 

      Şahmat oyunu mərhələlərinin

              həyatı qanunauyğunluğu

I

Debüt

 

Üç aylıq tətil müddətimin demək olar ki, yarısından ço­xu­nu yatırdım. Sanki Bakıdakı təhsil həyatımın mənim üçün ən acılı dəqiqələri sayılan, səhər saat yeddinin yarısı durmaq əziyyətinin acığını çıxmaq üçün yaranan fürsətdən istifadə edirdim. Bəzən isə gecədən açıq qoyduğum, otağımın o qə­dər də kiçik olmayan pən­cərəsindən səhərlər içəri dolan ay­lardır həsrətindən boğuldu­ğum təmiz kənd havasını ciyərlə­rimə çəkərək, gün işığı zenit nöqtədə qərarlaşıb, göz qapaq­larımı açılmağa məcbur edənə kimi yatağım­dan durmurdum. Hələ üstəlik yarpaqları güclə titrətməyi bacaran həzin səhər mehi ki, öz mövqeyini dağlardan götürüb, istiqamətini kəndi­mizin sıx meşəliyindən salaraq uca-qoca ağacların, hələ bəl­kə də indiyədək rastlaşmadığımız çiçəklərin və güllərin ətir­lərini bir-birinə qarışdıraraq otağımın pəncərəsindən içəri doldururdu, vallah, heç səhər yeməyinə ehtiyac da qalmırdı. Ona görə də, çox vaxt yuxudan ayılanda, qonaq otağında anamın nahar süfrəsi ha­zırladığının şahidi olurdum.

…amma indi haqqında bəhs edəcəyim gün bir qədər fərqli başlamışdı. İki qadın səsi məni yuxudan amansızcasına oyatdıqda, ilk öncə dolabcanın üzərindəki saatı özümə tərəf çevirdim. Saat on birə işləyirdi. Daha çox

Sevgi və Zaman

   Bir vaXtlar, bütün duyğuların yaşadığı bir ada var idi. Xoşbəxtlik, Kədər, Qürur, Sevgi  və başqa bütün duyğular. Bir gün, adanın batmaqda olduğu duyğulara xəbər verilir. Bu xəbərdən sonra bütün duyğular  adanı tərk etmək üçün hazırlaşır. Sevgi  adada ən sona qalan duyğu olur, çünki mümkün olan ən son ana qədər gözləmək istəyir. Ada  batdığı zaman Sevgi kömək istəməyə qərar verir. Zənginlik, çox böyük bir gəminin içində Sevginin yanından keçir. Sevgi

  — Zənginlik, məni də yanına alarsanmı? deyə soruşur. Zənginlik

  — Xeyr, olmaz. Gəmimdə çoxlu qızıl və gümüş var, sənin üçün yer  yoxdur. deyir. Daha çox

Diqqət, Danışır Konfutsi

Dərin olan quyu deyil, qısa olan ipdir.

Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.

Ehtiyatlı adamlar az hallarda səhv edir.

Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər. Daha çox

Coming soon … ;)

loqo-l-1

Təsvir

Dəyişə bilməyəcəyimiz dörd şey

 Hər şey öz zamanında və vaxtında gözəldir. Bunun üçün də həyatda peşimançılıq keçirərək «kaş ki» deməmək üçün, atdığımız hər addımı tələsmədən, eləcə də gecikmədən atmaq lazımdır. Allah hər birimizi çarəsiz peşimançılıqdan qorusun! 

Hava limanının gözləmə salonunda, gənc bir qadın təyyarəsinə minmək üçün gözləyirdi. Təyyarənin hərəkətinə xeyli vaxt qaldığından zaman keçirmək üçün bir kitab və bir paket kiçik peçenye satın aldı. İstirahət etmək və kitabını oxumaq üçün VIP salonunda bir kresloda əyləşdi.Kitabı oxumağa başladı. Yanındakı kresloya bir adam oturdu, jurnalını açıb oxumağa başladı. Gənc qadın ilk peçenyeni  götürdü. Adam da bir dənə götürdü. Qadın özünü çox narahat hiss etdi.Qadın hər peçenye götürdükçə, adam da bir dənə götürürdü. Dəli olacaq kimi idi qadın amma hadisə çıxarmaq istəmirdi. Nəhayət son peçenye qalanda  qadın: Daha çox

Hər şeyi ulduzlar həll edirsə…

Bir-biri ilə dostluq edən iki əsgər vardı. Bunların biri vaxtı-vaxtında namazlarını qılır, hətta ən çətin şəraitlərdə belə, ibadətindən qalmırdı. O biri əsgər isə, əksinə, nəinki namaz qılmır, hətta dostunu qınayırdı:

“Neçənci əsrdə yaşayırıq? Dindarlıq vaxtıdır? Niyə özünü zəhmətə salıb gündə beş dəfə namaz qılırsan?”.images

Dindar əsgər səbrlə dözür, cavab vermirdi. Nəhayət, bir gün yenə eyni söhbət düşəndə uzaqdakı zabiti dostuna göstərib soruşdu: “O zabiti görürsən? Niyə hər dəfə onun yanından keçəndə özünü toplayır, şax yeriyir, hərbi salam verirsən? Sənə hər nə əmr etsə, niyə yerinə yetirirsən,“qaçaraq” komandası versə qaçır, “farağat” komandası versə farağat durursan? O da sənin kimi bir adam deyilmi? Onun da iki əli, iki ayağı, iki gözü var. Niyə sən ona tabe olursan?”.

Dostu heyrətlə cavab verdi: “Guya özün bilmirsən niyə? Doğrudur, o da mənim kimi adamdır, amma çiynində ulduzu var!”. Daha çox

Bir qaranquşun hekayəsi…

true-love-story03Bir qaranquş bir adama aşiq olur. Pəncərənin önünə qonub bütün cəsarətini toplayır, tüklərini qabardır, gözəl durduğuna əmin olduqdan sonra kiçik dimdiyi ilə pəncərəyə vurur:
Tık…. Tık…. Tık….
Adam pəncərəyə baxır. İçəridə işi ilə məşğuldur. Kimdir onu işindən aralayan? Balaca bir qaranquş! Həyəcanlı qaranquş dərin bir nəfəs alaraq dimdiyindən sözlərini yağdırdı: Daha çox

Öncəki Əski Yazılar